Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə
Tarix: 6-05-2024, 13:01 | Çap et
 Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Nizami rayonu, Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib. Bu tədbir sözsüz ki, təqdir edilməli addımdır. Çünki bu gün Bakının yaşıllıqlar qədər ehtiyacı olan ikinci aktual məsələsi bəlkə də yoxdur. Xüsusən Nizami rayonunda ağacların əkilməsinə əşhədü ehtiyac var. Ona görə ki istər keçmiş icra başçısı Arif Qasımov, istərsə hazırkı rəhbər Coşqun Cəbrayılov yaşıllıqlara qənim kəsiliblər. Onların tamahının ucbatından Nizami kimi rayon, onun Qara Qarayev prospekti kimi əhəmiyyətli ərazisi səhraya, daşlığa çevrilib. Odur ki, Leyla xanımın təşəbbüsü ilə Nizami rayonunda ağacəkmə aksiyası keçirildiyi xəbərini görəndə qəribə bir təzadlı mənzərə gözlər önündə canlandı: bir yandan "İDEA" yaşıllıq salır, o tərəfdən acgöz məmurlar onların kökünü kəsir. Nizami rayonunda bu özbaşınalıqlar indiyə qədər davam etməklə ərazi keçəl və eybəcər görünür. Hara baxırsan çayxana, dönərxana, qab-qacaq satılan dükanlar, alt paltarı satılan mağazalar, xiyar, bibər, badımcan piştaxtaları, dənə siqaret satılan köşklər... Yəni tam eybəcər mənzərə. Bu şəraitə isə rayonun icra başçısı Coşqun Cəbrayılov səbəb olub. Onun səhlənkarlığı ucbatından nə yaşıllıq qalıb, nə səki. Arif Qasımovdan sonra gözlənti var idi ki, Coşqun Cəbrayılov Nizami rayonunda qanunsuz işləri dayandıracaq. Ən azı fəlakətin uzanmasının qarşısını alacaq. Di gəl, az qala hər həftə internet resurslarında yayımlanan görüntülərdən məlum olur ki, Qara Qarayev prospekti, digər ərazilər tikintilərin qurbanına çevrilir. Heç kimi inandıra bilməzlər ki, rayon rəhbərliyi bunlardan xəbərsizdir. Sadəcə, bir daş altda, bir daş üstə iş gedir. Artıq nə piyadalar üçün yol qalıb, nə ağac saxlanıb, nə boş ərazi var. İcra başçısı sanki xələfinin yarımçıq "işi" ni tamamlamaq üçün təyinat alıbmış. Hazırda Nizami rayonunda Coşqun Cəbrayılovun "əl işləri" var. Misal üçün 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz “qulağının dibində” - “Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Ümumiyyətlə "Vosmoy" bazarından metroya qədər sağ-sol yaşıllıqların məhv edilib daş-divar hörülüb obyektlər tikilməsi ilə müşayiət olunur. Beləliklə, Leyla xanım yaşıllıq salsın, icra başçısı da obyekt tikməyə girişsin. Ta buna nə ad vermək olar?!
Üstəlik, təkcə elektron KİV-lər deyil, hətta aparıcı televiziya kanalları Nizami rayonundakı özbaşınalıqlardan bəhs edən reportajlar yayırlar. Buna misal olaraq, ATV, “Xəzər”, “Space” kimi kanalların yayımladığı materialları göstərmək olar. Nə baş verir? Nizami rayonunun adı niyə hələ də “əlləm-qəlləm” işlərdə hallanır?



Çox maraqlıdır ki, Cəbrayılovun "qara kassa"sı kimi tanınan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun xüsusən sahibkarların, tikinti işləri ilə məşğul olan iş adamlarının cibini soyması iddiaları səslənir. O da maraqlıdır ki, Tural Cavadov ünsiyyətdə olduğu vətəndaşlarla söhbətində tez-tez Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkir. Və elə təsəvvür yaratmağa çalışır ki, Coşqun Cəbrayılov iş instruktajını məhz Eldar müəllimdən alır. Görəsən Coşqun Cəbrayılovun bundan xəbəri varmı? Ümumiyyətlə, bildirilir ki, Tural Cavadov İcra başçısı tərəfindən ona tapşırılan bu işin öhdəsindən “məharətlə” gəlir. Məhz bu gün Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan və sair işlərə nəzarət Tural Cavadovun əlindədir. Qəribədir, Nizaminin adını daşıyan rayon kimlərin əlindədir? Ritorik suala adı keçən şəxslərin cavabı varsa, işıqlandırmağa hazırıq.
Anaxeber.info



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
|