Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: .....                     "Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb .....                     Paşinyanın GÜMRÜ GEDİŞİ... .....                     Əsl şeytan olan Paşinyan adlı bir türk... .....                     Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? .....                     BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                     Xankəndidən sonra vəziyyət DƏYİŞDİ .....                     İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib .....                     Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib .....                     Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana .....                     Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... .....                     Putin Bakıya onları göndərdi: yeni təklif var .....                     Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu .....                     “Onlarla eyni verilişdə olmayacağam” .....                     “Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən .....                     Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib .....                     "Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." .....                     Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub .....                     "MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? .....                     Bakıda kuryerlər "Wolt"u boykot edir .....                     Paylaşıb biabır edəcəyəm .....                     Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı .....                     MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı .....                     Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi .....                     “Kubinka”da TƏHLÜKƏ .....                     Tələbələr etiraza qalxdı… .....                     Saakaşvili əfv edilməyəcək .....                     AZAL yeni onlayn xidmətini istifadəyə verib .....                     Prezident bu instituta yeni rektor təyin etdi .....                     Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT .....                     Bazarda 6, marketdə 15 manat… .....                     Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır .....                     Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı .....                     Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR .....                     “Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” .....                 

Təzə bəyin KÖHNƏ MACƏRALARI... - Bu reputasiya ilə görəvdə tutulursa...
Tarix: 14-05-2024, 09:18 | Çap et
Təzə bəyin KÖHNƏ MACƏRALARI...
Ölkədə aparılan kadr islahatları nəticəsində gənclərin yüksək vəzifələrə təyin olunması, onlara etimad göstərilməsinə başlandı. Hakimiyyət gənc kadrları vəzifələrə gətirəndə böyük ümid bəslənirdi ki, idarəetmədə effektiv nəticələr əldə olunacaq. Prezident İlham Əliyevin də, xalqın da gözləntiləri mobil, çevik idarəetmə sistemi qurmaq, reputasiyası şəffaf kadrları irəli çəkmək, əhali ilə işləməyi bacaran, yeniliklər gətirə bilən gənclərə şans verməklə köhnə əyyamlara son qoymaq idi. Hətta belə proqnozlar səslənirdi ki, gənc kadrlar keçmiş talançı, korrupsiyaya bulaşmış məmurlara oxşamayacaqlar, vətəndaşların müraciətlərinə açıq olacaqlar. Amma kadr dəyişikliklərinin heç də hamısı etimadı doğrultmadı.
Dövlət başçısı da onları qəbul edərkən bildirmişdi ki, sizə şans verilir, işləməlisiniz, əgər qanunsuz bir hərəkət aşkar olunsa, vəzifədən azad ediləcək, ağır şəkildə cəzalandırılacaqsınız. Lakin məlum olur ki, ayrı-ayrı gənc məmurlar Prezidentin gözləntilərini tam doğrultmurlar. Ağstafa rayon icra başçısı Seymur Orucovu da özünü doğrultmayan gənc kadrlar sırasına salmaq olar. Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. Seymur Orucovun qaynatasının keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyev olması onun bu ali məktəb karyerasında böyük rol oynayıb. O, 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi, 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. Ən maraqlısı da odur ki, 24 yaşında Şəmsəddin müəllimin himayəsi altında dekan, saha sonra Tərbiyə işləri üzrə prorektor vəzifəsində olmağa qədər yüksəlib. Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Daha sonra sabiq rektorun qızı ilə evliliyə rəsmən son verilib. Növbəti karyera yüksəlişində onun dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyev rol oynayıb. S.Hacıyev 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən S.Orucov rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina etməsi və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkməməsi ilə qalmaqal yaratmışdı. Azərbaycan reallığında ilk dəfə belə hal yaşanırdı və gənc icra başçısına yazılmamış qanunları izah etməklə bu situasiya ört basdır edildi. Bir müddət öncə isə Seymur Orucov ikinci evliliyi ilə gündəmə gəlib. Əlbəttə bəziləri hesab edə bilər ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s…
Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur. Əvvəla, Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir. Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi.
İkincisi, dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan. Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa. Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi.
Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evinə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı. Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək.
İndi isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının adı 194 min manatlıq mənimsəmə işində hallanır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib. Rəşad Babayev məhkəmədə deyib ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Rəşad Babayev deyib ki, 194 min manatdan 135 min manatını Seymur Orucova şəxsən verib, 15 min manatı Gülbənizə qaytarıb, qalan 44 min manatı isə öz ehtiyaclarına sərf edib. Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

cumhuriyyet.net










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Bu gün, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Bu gün, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Bu gün, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 17:49
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Bu gün, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Bu gün, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Bu gün, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Bu gün, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Bu gün, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Bu gün, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Bu gün, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Bu gün, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Bu gün, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Bu gün, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Bu gün, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Bu gün, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Bu gün, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Bu gün, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Bu gün, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Bu gün, 16:20
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub - FOTO
Bu gün, 16:14
"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 16:12
Bakıda kuryerlər "Wolt"u boykot edir - FOTO
Bu gün, 16:07
Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger
Bu gün, 16:03
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Bu gün, 15:58
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:57
Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi - VİDEO
Bu gün, 15:01
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır
Bu gün, 14:51
Tələbələr etiraza qalxdı… - SABAH qruplarına onların qəbulu niyə ləğv edildi?
Bu gün, 14:46
Saakaşvili əfv edilməyəcək - RƏSMİ TİFLİS
Bu gün, 14:38
AZAL yeni onlayn xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 14:35
Prezident bu instituta yeni rektor təyin etdi - SƏRƏNCAM
Bu gün, 14:34
Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT - Raman Sədrəddinov haqsız yerə həbs olunduğunu iddia edir
Bu gün, 14:32
Bazarda 6, marketdə 15 manat… – Bakıda bu məhsul Rusiyaya görə baha satılır?
Bu gün, 14:20
Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır - Peskov
Bu gün, 14:14
Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı - “Sputnik Ermənistan”
Bu gün, 14:12
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Bu gün, 14:00
“Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” – Məhkəməyə verilən şair
Bu gün, 13:51
Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb
Bu gün, 13:48
Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır - KREML MEYMUNLUĞA "DAVAM" DEYİR...
Bu gün, 13:43
Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet - VİDEO
Bu gün, 13:15
Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Bu gün, 13:07
Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Bu gün, 13:04
Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Bu gün, 13:01
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:58
Sahibini gözləyən kreslolar - SİYAHI
Bu gün, 12:53
Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi - Mövsümi sahibkarlıq təhlükədədir
Bu gün, 12:49
“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” - ŞƏRH
Bu gün, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru