В«GOLD RESİDENCEВ» Bakı sakinlərini mühasirədə saxlayır - ÖZBAŞINALIQ!
Tarix: 26-08-2024, 09:07 | Çap et
 В«GOLD RESİDENCEВ» MMC Bakı şəhər sakinlərini problemlə üzləşdirib. Bunu Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 28-də yaşayan sakinlər bildirirlər.
Sakinlər “Reytinq” qəzeti vasitəsi ilə aidiyyatı dövlət orqanlarına müraciətlərində yazırlar ki, В«GOLD RESİDENCEВ» MMC Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən 9 mərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini - В«GloriyaВ» gül dükanınadək əsassız və qanunsuz olaraq hasarlayıb. Bu isə bina sakinlərinin və ərazidə yaşayan digər vətəndaşların gediş-gəlişini çətinləşdirir, xüsusən də yaşlı insanlara və uşaqlara ciddi problemlər yaradır.
Sakinlər bildirir ki, son vaxtlar bəzi işbazların yaratdığı süni maneələrə görə gediş-gəlişləri çətinləşib: “Təxminən 20 gündür ki, Fətəli Xan Xoyski prospektinə çıxışımız В«GOLD RESİDENCEВ» MMC tərəfindən qanunsuz olaraq bağlanıb. В«GOLD RESİDENCEВ» MMC tərəfindən istismar vaxtı keçmiş yataqxana binalarının söküntüsü həyata keçirilir. Həmin şirkət yataqxanalar yerləşən əraziləri hasara alaraq söküntü işlərinə başlasa da, hasarı Fətəli Xan Xoyski prospekti, 128 ünvanında yerləşən yataqxanadan əlavə Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinə də şamil edib. Yəni oradakı yaşıllıq qarışıq В«GloriyaВ» gül dükanınadək qanunsuz hasarlama işləri aparıb. Bununla həmin MMC bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışını qanunsuz olaraq bağlayıb”.
Sakinlərin sözlərinə görə, В«GOLD RESİDENCEВ» MMC-nin Elnur adlı işçisi şikayətlərinə cavabında bildirib ki, guya ölkədə keçiriləcək COP29 tədbiri ilə bağlı söküntü ərazisinə aid olmayan Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini də bağlayıblar. Lakin o, izah edə bilməyib ki, nəyə görə Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən söküləcək yataqxananın sol tərəfi, yani orada fəaliyyət göstərən otelin qarşısı hasarlanmayıb, amma yataqxananın sağ tərəfində yerləşən 9 mərtəbəli binanın qarşısı hasara alınıb. Hansı ki, həmin oteldə heç 3-5 adam qala-qalmaya, amma 9 mərtəbəli binada 84 mənzil var.
Sakinlər В«GOLD RESİDENCEВ» MMC-nin əməlini qanunsuz hesab edirlər:
В«GOLD RESİDENCEВ» MMC-nin işçiləri bizim binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinin qarşısını da yaşıllıqla birlikdə qanunsuz olaraq hasara alıblar. Söküntü işlərini aparan şirkətin Elnur adlı işçisi qeyri-rəsmi olaraq bina sakinlərinə deyib ki, guya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş müvafiq layihədə yaşıllığın da söküləcəyinə qərar verilib”.
Sakinlər problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət ediblər. Hər iki qurumdan bildiriblər ki, Aşıq Molla Cümə küçəsində inşa edilmiş 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsi, oradakı yaşıllıq və В«GloriyaВ» gül dükanı söküntü və tikinti ərazisinə düşmür, həmin yaşıllığın və gül dükanının söküləcəyi planlaşdırılmayıb. Buna görə də В«GOLD RESİDENCEВ» MMC tərəfindən söküləcəyi planlaşdırılan Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən yataqxananın sağ tərəfində yerləşən В«GloriyaВ» gül dükanınadək ərazinin hasarlanması qanunsuzdur. Sakinlərin iddiasına görə, çox güman ki, В«GOLD RESİDENCEВ» MMC-nin rəhbərliyi binalarının yanındakı yaşıllığa da göz dikib.
Sakinlər В«GOLD RESİDENCEВ» MMC-nin hərəktləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat veriblər:
“İmkan vermək lazım deyil ki, bəzi işbazlar COP29 tədbirini bəhanə gətirərək şəhərimizi və onun sakinlərinə qarşı yuxarıda göstərdiyimiz qanunsuz əməllərə yol versinlər, bu dövlət tədbirindən öz çirkin əməlləri üçün istifadə etsinlər”.
Sakinlər müraciətlərinin sonunda aidiyyəti dövlət qurumlarından xahiş edirlər ki, cavabdeh şəxslər cəzalandırılsın, onların qanunsuz çəkdiyi hasar sökülərək yalnız müvafiq plana uyğun olaraq nəzərdə tutulmuş söküntü-tikinti ərazisinə çəkilsin.




|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
|