Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yarıtmaz fəaliyyəti artıq vətəndaşları da boğaza yığıb. "DİA-AZ" xəbər verir ki, bu barədə gileylənən vətəndaşlar "Azərsu" dönəmində heç olmasa qurumun qəza xidmətinin normal işlədiyini deyirlər: "İndi isə hər sahədə anormallıqdır..."
Şikayətçi düşən sakinlər deyir ki, artıq 3 günə yaxındır ki, paytaxt Bakının mərkəzi küçəsi hesab olunan Xaqani 90 ünvanında kanalizasiya daşaraq, ətrafı çirkab suları bassa da, bu barədə tədbir görən yoxdur.
Sakinlər deyir ki, aidiyyatı üzrtə bir neçə dəfə şikayət olunub, amma tədbir görən yoxdur.
"Əgər belə davam edərsə, bu isti havada ətrafa yayılan çirkab suları həm də xəstəlik mənbəyinə çevriləcək" deyən sakinlər ADSEA rəhbəri Zaur Mikayılovdan kömək istəyirlər.
Məsələ diqqətimizdədir.
Xaqani kucesi 90 weherin merkezi iki gundur kanalizasiya dawir yuz defe zeng etmiwik heckim gelmir. Uc dene otel var erazide xarici qonaqlar kecirler gorurler biyabirciliqdir axi. Yayin istisi ufunet, antisanitariya buruyub mehleni. Xahiw edirem aidiyyati qurumlar maraqlansin ve problemi hell etsinler.