İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                 

AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... - ETİRAZ VAR...
Tarix: 7-08-2025, 09:10 | Çap et

“Azəriqaz” İstehsalat Birliyinin regional idarələrindən iyun-iyul aylarında 40-dan çox işçi ixtisar olunmaları ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatına şikayət edib.

Bu haqda Meydan TV-yə məlumat verən təşkilat sədri Mirvari Qəhrəmanlı bildirib ki, proses mart ayında “qiymətləndirmə” adlanan imtahandan sonra başlayıb.

“İxtisara düşən şəxslər əsasən 52-60 yaş arasında olan insanlardır. Yəni onların həyatının böyük hissəsi bu işdə keçib. Ən təsirləndirici məqam isə təqaüd yaşına bir il qalmış işçilərin ixtisara salınmasıdır”, – Mirvari Qəhrəmanlı deyir.

Foto: Mirvari Qəhrəmanlının şəxsi profilindəndir

Onun sözlərinə görə, iyun ayından etibarən SOCAR-ın tabeliyində olan müəssisələrdə, xüsusilə “Azəriqaz” İB-də kütləvi ixtisarlar aparılır. Mart ayında keçirilmiş qiymətləndirmə imtahanından sonra işçilərə ixtisarla bağlı bildirişlər göndərilir. Lakin bu bildirişlərdə işçilərin imtahan nəticələri ilə bağlı heç bir məlumat yer almır, sadəcə ştatların ixtisarı ilə əlaqədar işdən çıxarıldıqları qeyd olunur.

M. Qəhrəmanlı bildirir ki, ixtisara düşən şəxslərin müraciət və şikayətlərinə baxan yoxdur:

“İşçilərə göndərilən məktublarda ixtisarlar maliyyə məsələlərinə, islahatlara bağlayırlar.”

Müxtəlif qurumlara şikayət edən Zabit Məcidov 11 il Salyan Regional Qaz İstismar İdarəsinin Neftçala Xüsusi Sahə Qaz Təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər kimi çalışıb. Məcidov 2025-ci ilin 17 mart tarixində qiymətləndirmə imtahanında iştirak edib, 17 iyun tarixində isə işlədiyi ştatın ixtisara düşməsi ilə bağlı bildiriş alıb.

Şikayətçinin müxtəlif dövlət qurumlarına etdiyi müraciətdə deyilir:

“2025-ci il 17 mart tarixində keçirilən imtahanlarda iştirak etmişəm. İmtahanın nəticəsi barədə mənə rəsmi heç bir sənəd təqdim edilmədi. 17 iyun 2025-ci il tarixində mənə bildiriş təqdim edilərək guya işlədiyim ştatın ixtisara düşməsi haqda məlumat verildi. Faktiki olaraq isə həmin ştat üzrə iş başqa şəxslərə verilib. Mənim isə “ixtisara” düşməyimə səbəb sürücülük vəsiqəmin olmamasıdır. Çünki bundan əvvəl Neftçala XS-i üzrə işçilərdən sürücülük vəsiqəsinin surətləri tələb edildi. Və bildirildi ki, guya ştatlar yeniləndikdən sonra sürücü çilingərlər bu işdə işləyəcəklər”.

Zabit Məcidov həm imtahanın nəticələri, həm də onun işdən çıxarılma səbəbinə dair rəsmi sənədin təqdim olunması ilə bağlı “Azəriqaz” İB-ə müraciət edib.

Eyni tələblə Salyan Regional Qaz İstismar İdarəsinin qəza-bərpa işləri üzrə çilingəri Bəhruz Əkbərov da çıxış edib. O da 15 il işlədiyi sahədə 2025-ci ilin 17 mart tarixində imtahan verib. Lakin ona da imtahan nəticələri barədə heç bir rəsmi sənəd təqdim olunmayıb. 17 iyun tarixində isə işlədiyi ştatın ixtisara düşməsi ilə bağlı ona da bildiriş göndərilib.

Bəhruz Əkbərovun da sözlərinə görə, ondan sürücülük vəsiqəsinin surəti tələb edilib və bildirilib ki, ştatlar yeniləndikdən sonra guya sürücü-çilingərlər bu işdə çalışa biləcəklər.

1989-cu ildən “Azəriqaz” İstehsalat Birliyinin Hacıqabul Rayon Qaz İdarəsi və Şirvan Şəhər Qaz İdarəsində müxtəlif vəzifələrdə çalışmış Qədirova Kəmalə Baləli qızı 36 ildən sonra “boş qalan yerlərə göndərəcəyik” vədi ilə 2025-ci ilin iyul ayında işdən çıxarılıb. O, 2018-ci ildən bu günə qədər Salyan RQİİ-nin Hacıqabul Xidmət Sahəsində Təmir-Bərpa Xidməti üzrə 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu vəzifəsində çalışıb.

“Mən 36 ildir ki, bu qurumda işləyirdim. Bu yaşdan sonra əmək bazarında işin məhdud sayda olduğu zamanda hara müraciət edə bilərəm? İşim və əməkhaqqıma uyğun olaraq hazırda kredit öhdəliyim də var . Əlavə olaraq qeyd edim ki, həyat yoldaşım da 2-ci qrup əlildir”, – deyə Kəmalə Qədirova sosial mediada yazır.

O, həm iş təcrübəsini, həm də ailə vəziyyətini nəzərə alaraq boş qalan vakant yerlərdən birinə yerləşdirilməsi üçün müxtəlif dövlət qurumlarına müraciət edib. Lakin bu günə qədər ərizəsinə cavab verilməyib.

Eyni vəziyyətlə Mingəçevir şəhər Qaz İdarəsində çalışan və təqaüd yaşına 1 il 7 ay qalmış Zamidə Hüseynova da üzləşib. O da ixtisara düşməsi barədə bildiriş aldığını bildirib. Z.Hüseynova yazır ki, ixtisarlar əsasən aşağı xidmət sahələrində çalışan texniki işçilər arasında aparılır:

“Lakin islahatlar regional idarələrin rəhbər heyətinə və yüksək vəzifəli şəxslərə şamil edilmir.”

38 illik əmək təcrübəsinə və veteran ailəsi olmasına baxmayaraq, Hüseynova da işə bərpa olunmaq üçün aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib.

Göründüyü kimi, ixtisarlar mart ayında keçirilmiş qiymətləndirmə imtahanından sonra həyata keçirilib. İşçilərə bildirilib ki, qiymətləndirmə zamanı onların bilik, bacarıq, təhsil və təcrübəsi əsas götürüləcək. Halbuki 36-38 illik iş təcrübəsi olan şəxslər artıq 5-7 dəfə attestasiyadan uğurla keçmiş şəxslərdir. Buna baxmayaraq, həmin işçilər “qiymətləndirmə” zamanı kəsiliblər.

Sonda isə məlum olub ki, qiymətləndirmədə əsas meyarlar bilik, təhsil və təcrübə deyil, işçilərin sürücülük vəsiqəsinə malik olub-olmaması olub.

Bu, Salyan Regional Qaz İstismar İdarəsinin rəisi Ramin Səfərovun quruma daxil olan şikayət və ərizələrə verdiyi rəsmi cavab məktubunda da öz əksini tapıb.

Foto: Salyan Regional Qaz İstismar İdarəsinin rəisi Ramin Səfərovun cavabı

Cavab məktubunda qeyd olunur ki, ixtisarların səbəbi yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması ilə bağlıdır. Həmçinin vurğulanır ki, qəza-bərpa işləri üzrə çilingər peşəsinə dair təsdiq edilmiş peşə təlimatında sürücülük vəsiqəsinin olması tələb edilir.

Yeri gəlmişkən, “Azəriqaz” İstehsalat Birliyinin mediada yayımlanan məlumatlarına əsasən, struktur islahatları hələ 2020-ci ildən başlayıb. Belə ki, həmin ildən etibarən Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti və Qaz Kəmərlərinə və Cihazlarına Texniki Xidmət Sahəsi birləşdirilərək, onların bazasında yeni Bakı Regional Qazın Satışı Departamenti formalaşdırılıb.

Bundan əlavə, 2023-cü ildə “Azəriqaz” İB-nin nəzdində fəaliyyət göstərən Sayğacların Müayinəsi Laboratoriyası Azərbaycan Metrologiya İnstitutuna ötürülüb. Bu dəyişiklik nəticəsində Metrologiya Departamenti ləğv edilib.

Beləliklə, struktur optimallaşdırması siyasəti 2020–2023-cü illər ərzində həyata keçirilib. İşçilərin kütləvi ixtisarları isə 2024-cü ildən etibarən başlayıb. Belə ki, 2016-cı ildə “DOST İş Mərkəzi” ilə “Azəriqaz” İB arasında bağlanmış müqavilə qüvvədən düşəndən sonra ixtisarlara start verilib. 2016-2021-ci illərdə 8500 nəfərlə fərdi sahibkar kimi mülki-hüquqi müqavilə (yəni VÖEN hesablı) bağlanaraq, “Azəriqaz”da işləyiblər. Həmin şəxslərlə fərdi sahibkar kimi müqavilə imzalansa da, əslində onlar haqqı ödənilən ictimai işlərə cəlb ediliblər.

2021-ci ildən isə bu şəxslər artıq fərdi sahibkar kimi deyil, aylıq müqavilə əsasında “Azəriqaz” İB-də çalışmağa başlayıblar. Bu dövrdə onların əməkhaqqısı DOST İş Mərkəzi tərəfindən ödənilib.

Baxmayaraq ki, əmək hüquqları üzrə ekspertlər aylıq əmək müqavilələrin Əmək Məcəlləsinə zidd olduğunu bildirirdilər. Nəticədə, 2024-cü ildə DOST İş Mərkəzi aylıq müqavilələrin müddətini uzatmaqdan imtina edərək, minlərlə işçinin “Azəriqaz” İB-dəki fəaliyyətinə son qoyub.

Hazırda isə “optimallaşdırma siyasəti” peşəkar mütəxəssisləri hədəfə alıb. Son 2 ay ərzində işdən çıxarılan peşəkar kadrların sayı 100-ü keçib və bu prosesin davam edir.

Niyə sürücülük vəsiqəsi meyar seçilib?

Məsələ ilə bağlı Meydan TV-nin “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı sorğu cavabsız qalıb.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirir ki, ştatda olan sürücülər işdən çıxarıldığı üçün hazırda sahələrdə çalışan əməkdaşlardan sürücülük vəsiqəsi tələb olunur:

“İllərdir ki, 104 çağrı mərkəzində növbətçi çilingərlər işləyir. İndi onlardan tələb edirlər ki, sürücülük vəsiqəniz olmalıdır. İşçilərə bildirirlər ki, artıq sürücüləri işdən çıxarırıq və bundan sonra maşınları işçilərin özləri idarə etməlidir. Halbuki hər bir əməkdaşın əmək müqaviləsində öz funksiyaları açıq şəkildə göstərilib. Bu funksiyalar arasında sürücülük vəzifəsi yoxdur. Yeni meyarlar və standartlar barədə işçilərə heç bir məlumat verilmədən qiymətləndirmə imtahanı keçirilib. İmtahanın nəticələri açıqlanandan sonra məlum olub ki, bu meyarlardan biri sürücülük vəsiqəsinə sahib olmaq imiş. Halbuki belə tələblər əvvəlcədən bildirilməli idi”.

Qəhrəmanlının sözlərinə görə, SOCAR və ona tabe olan müəssisələrdə islahatlar aparıldığı barədə məlumat verilir, lakin bu islahatların nədən ibarət olduğu izah olunmur:

“Bildiyim qədər ən çox çətinlik “Azəriqaz”da yaşanır və bu gün də davam edir. Proses Neft-Qaz Layihələndirmə İnstitutunda da gedir. Amma “Azəriqaz”da baş verən islahatların nədən ibarət olduğu aydın deyil. işçiləri əmrlə tanış etmirlər. İslahat adı ilə xeyli sayda əməkdaş ixtisara salınıb. Təəccüblüdür ki, bu islahatlar niyə yalnız aşağı qurumlara tətbiq olunur?”

Qəhrəmanlı əlavə edir ki, keçirilən qiymətləndirmə imtahanlarının da hüquqi əsası bəlli deyil:

“Əmək Məcəlləsinə əsasən, hər beş ildən bir attestasiyalar keçirilir. Bəs bu “qiymətləndirmə” nədir? İşçilər bildirir ki, imtahanda onların sahəsinə aid olmayan suallar verilib. Bu isə insanlarda ciddi stress və narahatlıq yaradıb. İxtisarların əksəriyyəti Regional Qaz İstismar İdarələrində aparılır. Qəribəsi odur ki, xadimə, çilingər, mühəndis kimi aşağı vəzifələr ixtisara salınır, amma yuxarı qurumlarda yeni departamentlər yaradılır, müavin və müşavir ştatlarının sayı artırılır.

Xəzər Dənizi Neft-Qaz Layihələndirmə İnstitutunda da işçilərə məcburi ərizə yazdırılır. Bir çox əməkdaş isə qorxudan aşağı vəzifəyə keçməyə razı olur. Yuxarı dərəcəli əməkdaşları aşağı dərəcə ilə yenidən işə götürürlər. İnsanlar ya işdən çıxarılmaqdan qorxur, ya da ailə vəziyyətinə görə razılaşmağa məcbur olur.”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru