Mikayıl Cabbarova daha bir "8-ci sinif şilləsi"... - Nazirə AÇIQ MƏKTUB
Tarix: 29-09-2015, 08:07 | Çap et
 DİA.AZ: - Son günlər hazırda istifadədə olan yeni 8-ci sinif Azərbaycan dili dərsliyinin 126-cı səhifəsində çap olunmuş küçə danışıq tərzi ilə bağlı çox söz-söhbətlər gedir. Bununla bağlı DİA.AZ-a daha bir müraciət daxil olub. Bir qrup yaşlı nəsil Azərbaycan dili və ədəbiyyat müəllimləri bu məsələ ilə bağlı Təhsil naziri Mikayıl Cabbarova açıq məktub ünvanlayıb. diaaz.space olaraq həmin məktubu olduğu kimi təqdim edirik:
"AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRİ CƏNAB MİKAYIL CABBAROVA BİR QRUP AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMİ TƏRƏFİNDƏN AÇIQ MƏKTUB
Hörmətli Mikayıl müəllim! Biz, bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimi sizə müraciət etməyi özümüzə borc bildik. Bu il istifadəyə verilmiş 8-ci sinif Azərbaycan dili dərsliyinin 126-cı səhifəsində 12-ci çalışmada şagirdlərə iki mətni müqayisə etmək tapşırılır. Onlardan biri dilimizə və adət-ənənələrimizə zidd ifadə tərzi ilə yazılmış mətndir. Biz müəllimlik fəaliyyətimizdə şagirdlərimizi kitabda məlum tapşırıqda yazılmış danışıq tərzindən (soldakı mətn) daim uzaqlaşdırmağa çalışmışıq. Çünki, bizim amalımız doğma dilimizin təmizliyini qorumaqdır. Fikrimizcə, dərslik çap olunana qədər ciddi yoxlanılmış və dərindən təhlil edilmiş yeganə tədris ədəbiyyatı olduğundan, orada yalnız və yalnız nümunəvi mətnlərdən istifadə edilməli idi. Aramızda ömrünü-gününü doğma dilimizin tədrisinə, onun şəffaflığına və təmizliyinə həsr etmiş qocaman müəllimələr də vardır. Onların da adında sual veririk: – Biz bu mətni necə oxuyaq, yaxud şagirdlərin oxuması zamanı necə qulaq asaq, necə reaksiya verək? Biz – ağbirçək müəllimələr bunu özümüzə necə sığışdıraq? Budurmu yenilik? – Əgər biz şagirdlərə desək ki, “küçədə siz bu sözləri onsuz da eşidirsiniz”, onda dilimizin doğurdan da belə aşağı səviyyəyə düşdüyünü etiraf etmiş olmuruqmu? – Axı biz hər dəfə bu cür bayağı danışıq tərzini eşidərkən məktəbdə, küçədə, evdə daim təbliğ etmişik ki, özünə hörmət edən heç bir Azərbaycanlı bu tərzdə danışmamalıdır. İndi biz onu dərsliyə daxil etməklə bu cür danışıq tərzini təsdiqləmiş olmuruqmu? – Məktəbin əsas vəzifələrindən biri də onun tərbiyə ocağı olmasıdır. Biz Azərbaycan dili dərslərində bu cür küçə danışıq tərzi ilə şagirdlərimizə hansı tərbiyəni vermiş olacağıq?
Hörmətli Mikayıl müəllim! Bizim heç bir qaranlıq məqsədlərimiz yoxdur. Adlarımızın açıq yazılmamasının səbəbini isə, fikrimizcə, özünüz gözəl başa düşürsünüz. Biz müəllimlərin əsas məqsədi Azərbaycanın gələcəyi olan övladlarımıza Ana dilimizi sevdirmək, ondan məharətlə istifadə etməkdən daim zövq almağı və şərəf duymağı tərbiyə etməkdir. Düşünürük ki, bu işdə Sizin və bizim məqsədlərimiz tamamilə üst-üstə düşür.
Cənab Təhsil Naziri! Yuxarıda qeyd edilənləri nəzərə alaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, daxili əmrinizlə hazırda istifadədə olan 8-ci sinif Azərbaycan dili dərsliyinin 126-cı səhifəsinin kitabdan çıxarılmasına icazə verəsiniz. Bu səhifənin kitabdan kənarlaşdırılması hələ 4 il istifadə olunacaq bu dərsliyin balalarımızın tərbiyəsinə göstərə biləcək mənfi təsirinin qarşısını alardı.
Hörmətli Mikayıl müəllim! Xahişimizə anlaşıqlı yanaşacağınıza ümid edirik və Sizi təhsilimizin keyfiyyəti uğrunda daim birgə fəaliyyət göstərəcəyimizə əmin edirik.
Hörmətlə, bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimi"
diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
| • Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59 |
|
|
|
| • İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53 |
|
|
|
| • Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47 |
|
|
|
| • “Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46 |
|
|
|
| • Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38 |
|
|
|
| • Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32 |
|
|
|
| • Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30 |
|
|
|
| • Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
|