Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır .....                     Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR .....                     Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI .....                     "Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" .....                     İrandan razılaşma xəbərinə növbəti təkzib: .....                     Təhsil İnstitutu akkreditasiyadan keçib .....                     Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb .....                     Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb .....                     Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                     Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? .....                     Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi .....                     Səhhətində problem yaranan Xalq artistinin .....                     Tramp İranı bombardmanla hədələyib, .....                     Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı .....                     Generalın oğlu işdən çıxarıldı .....                     Metrologiya İnstitutu 2 ədəd avtomobil alır .....                     Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi .....                     Qədir Qızılsəsə qarşı HAQSIZLIQ .....                     Çətin anlarda həmişə işçilərimin yanında olmuşam .....                     Sentyabrda dəhşətli müharibə: .....                     Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: .....                     Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir .....                     Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib .....                     İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər .....                     "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" .....                     Daha 4 tiktoker tutuldu .....                     Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır .....                     Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                     FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                 

"Televiziyalar məsuliyyət hissini ciddi şəkildə artırmalıdır" - Qulu Məhərrəmli
Tarix: 14-10-2020, 08:29 | Çap et
"Televiziyalar məsuliyyət hissini ciddi şəkildə artırmalıdır"
Cəbhədəki vəziyyətlə əlaqədar, internetə məhdudiyyət tətbiq edilməsindən sonrakı müddətdə yerli televiziya kanallarına baxış sayı artıb. Bu barədə AYNA-nın sorğusuna cavab olaraq, Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

“Əldə etdiyimiz məlumatlara əsasən, bildirmək olar ki, internetə məhdudiyyət tətbiq edilməsindən başlayaraq televiziya kanallarına baxış həcmi ortalama olaraq 50%-ə yaxın artıb. FM radio kanalları ilə bağlı dəqiq rəqəmlər olmasa da, onların da dinləyici həcminin artmasını qeyd etmək olar”, - deyə məlumatda qeyd olunur.

Bəli, 27 sentyabr səhər saatlarından Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ərazisinə atəş açmasından sonra Azərbaycan Ordusu əks-kücuma keçdi. Bundan sonra Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”nda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı, və qismən səfərbərlik elan edildi.

Bununla yanaşı, 27 sentyabrdan internet məhdudlaşdırıldı. Beləliklə də cəbhədən xəbər almağın ən əlçatan yolu televiziya və FM radio kanallarımız olmağa başladı. Elə hazırda da məhdudiyyət davam edir, ürəyi səksəkədə olan hər kəsin gözü-qulağı ya televizorda, ya da radiodadır.

Lakin hələlik görünən mənzərə onu deməyə əsas verir ki, nə televiziya, nə də radio kanallarının operativliyi qənaətbəxşdir. Daha öncədən də xəbər verdiyimiz kimi humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozan Ermənistan, 11 oktyabr gecə saatlarında hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşən Gəncə şəhərini raket atəşinə tutdu. Raket atəşi nəticəsində, indiyə olan məlumata görə, 4-ü qadın olmaqla 9 nəfər həlak olub, aralarında uşaqlar da olan 35 nəfər yaralanıb, 7 binaya zərər dəyib.

Həmin gecə hadisə yerindən canlı yayım etməli olduqları halda, bir çox televiziya kanallarımızın səssiz qalması ictimaiyyətdə qıcıq yaradır. Əməkdar jurnalist, professor Qulu Məhərrəmli AYNA-ya açıqlamasında deyib ki, hazırkı mərhələdə telekanalların üzərinə daha böyük məsuliyyət düşür.

“Əslində, bu hadisələr başlayandan televiziyalar operativ işləməyə çalışır, lakin hiss olunur ki, verilən məlumatlar bir çox hallarda özlərinin tapıb-çıxartdıqları məlumatlar deyil, Müdafiə Nazirliyinin və ya digər rəsmi orqanlardan verilən məlumatlardır. Televiziya kanallarının özləri çox zaman bu sistemlə işləyir: Bizə məlumat versinlər, tapşırıq versinlər, biz də bunu işıqlandıraq və sair. Mənə elə gəlir ki, indiki halda o postulat qüvvədən düşür, çünki müharibə şəraitidir, ekstremal vəziyyətdir. Auditoriyanın məlumata daha çox ehtiyacı var. Üstəlik, şəraitin özü insanların düşüncələrini, qavrayışını həssaslaşdırıb. Bunlar hamısı üst-üstə gələndə təbii ki, televiziyalar da məsuliyyət hissini ciddi şəkildə artırmalıdır”, - müsahibimiz bildirib.

Professorun fikrincə, Gəncə hadisələri göstərdi ki, bizim televiziyalar bir mexanizm kimi yenilikləri tutmağa və onu tamaşaçıya çatdırmağa o qədər də hazır deyil: “Amma struktur etibarilə bir institutlaşmış vəziyyət var: Xüsusi müxbirlər var, yerlərdə onların məntəqələri var. Lakin nöqsanlı olan oradakı işin quruluşudur. Hesab edirəm ki, televiziyalar bu məsələyə yenidən baxmalıdır. Mənim düşüncəmə görə, Gəncə, Mingəçevir, Tərtərdə, yəni düşmən tərəfin hədəf aldığı nöqtələrdə reportyor məntəqələrində müxbirlər xüsusi növbəli rejimlə işləməlidirlər. Gözlənilməz xəbərlər çoxdur. Mən demirəm ki, müxbirlər keşik çəkməlidirlər. Lakin müxbirlər gecə ortaya çıxacaq xəbərləri, oradakı insanların yüksək əhval-ruhiyyəsindən doğan müəyyən məqamları tamaşaçıya vaxtında təqdim etməyi bacarmalıdırlar. İkinci bir məqam isə budur ki, yerli radiolarımızın səsi oralara gedib çıxmır. Dediyimiz məntəqələrdə daha çox Ermənistan, İran radiolarının səsi eşidilir. Ona görə də bizim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi bunu nəzərə almalıdır, gücləndiricilərin sayı artmalıdır. Xüsusən də, büdcədən maliyyələşən radiolar erməni dilində xəbərləri artırmalıdır. CBC televiziyası var, onlar 10-15 dəqiqəlik erməni dilində verilişlər verirlər, bu müddət artırılmalıdır”.

Erməni dilində verilişlərin olmasını Məhərrəmli belə izah edir: “Hazırda Qarabağda yaşayanlar bizim vətəndaşlarımızdır, onlar nələr baş verdiyini təkcə özlərinin yalan fabrikindən yox, həm də bizdən eşitməlidirlər. Hesab edirəm ki, o bölgələrin birində erməni dilində xəbərlər, verilişlər yayan bir radiostansiyanın fəaliyyətinə ehtiyac var və bu, çox ciddi bir məsələdir. Bunlar hamısı bir yerdə təbii ki, indiki xəbər mənzərəsində olan boşluqlardır və bunları təcili aradan qaldırmalıyıq”.

Həmsöhbətimizin sözlərinə görə, Gəncə hadisəsinə qədər televiziya kanallarımız müəyyən qədər babat işləyirdi: “Məlumatlar verilir, “dəyirmi masa”lar təşkil edir, müzakirələr aparırdılar. Bütün televiziya kanallarının effektiv müzakirələr aparmadığı fikri ilə razı deyiləm. Məsələn, İTV-də gedən müzakirələri effektiv hesab edirəm. Başqa televiziya kanalları da çalışırlar, lakin hiss edirsən ki, müəyyən nöqsanlar var. Mən hesab edirəm ki, hazırda müzakirələri birbaşa tarix üzərindən aparmağa, Ermənistan reallıqlarını ələ salmağa bəlkə də ehiyac yoxdur. Bu gün önəmli olan Azərbaycan auditoriyasının şüuruna bu mübarizənin Azərbaycanın haqqı işi olduğunu, Azərbaycanın apardığı ədalətli əks-hücumları çatdırmaqdır”.

“Digər tərəfdən də bölgənin və dünyanın mənzərəsini anlatmağa ehtiyac var. Elə adamlar var ki, onların ümumi səviyyəsi bəzi qeyri-peşəkar politoloqların, hərbi ekspertlərin bildiyindən daha yuxarıdır. Ona görə də müzakirəyə gələn adamların bir çoxu olduqca köhnə məlumatlara istinad edirlər. Bizə lazımdır ki, camaatımız bilsin ki, bu dəqiqə ölkədə, qonşu ölkələrdə, bölgədə, dünyada hansı proseslər gedir, biz bu davanı niyə aparırıq. Xalq bilməlidir ki, biz apardığımız bu milli dava ilə millət olaraq öz heysiyyətimizi, ləyaqətimizi, dünya xalqları içərisində yerimizi qoruyuruq. Biz müstəqil dövlət olduğumuzu ifadə edirik. Bu, çox önəmlidir və bu cür məqamlar olduqca çoxdur ki, bunları tezislər şəklində televiziyalar verməlidir. Lakin bəzi müzakirələr var ki, bəli, onlar maraqlıdır, faydalıdır, auditoriyaya xeyri dəyir”, - deyə professor vurğulayıb.

Q.Məhərrəmli əlavə edib ki, bir çox hallarda müxbirlər əsas vəzifələrini unudurlar: “İndiki şəraitdə televiziya kanalları auditoriyanın həssaslığını xüsusi qiymətləndirməlidir. İndi əvvəlki kimi deyil, məlumat mənbələri məhdud olduğuna görə, televiziya bir qədər önə keçib. Qüsurlardan danışarkən, bir çox hallarda yerlərdəki müxbirlərin qeyri-peşəkar davranmalarını da vurğulamalıyıq. İndiki halda biz daha çox hərbi jurnalistikadan yox, hesab edirəm ki, normal reportyor haqqında danışsaq, daha səmərəli olar. Məsələn, Gəncə hadisələrini işıqlandırmaq üçün hərbi jurnalist olmağa ehtiyac yoxdur, yaxşı reportyor olmaq laızmdır: bilikli, informasiya duyumu güclü olan. Onların əsas işi ondan ibarətdir ki, o bölgədə hansı yeniliklər var, nələr baş verib, əhalinin əhval-ruhiyəsi nə yerdədir və s. bunları vermələri lazımdır. Lakin bəzən yerlərdəki müxbirlərdən canlı yayıma qoşulanlar siyasətdən danışır, təbliğat aparırlar. Bu, reportyorun vəzifəsinə, funksiyasına aid deyil. Çox təəssüf ki, onsuz da bizim televiziyaların təbliğat yükü həddindən artıq çoxdur və bəzən yaxşı, səmərəli, maraqlı informasiya da o təbliğatın içərisində əriyib gedir. Buna diqqət etmək lazımdır ki, belə hallar olmasın”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır - Kütləvi ixtisarlar
Bu gün, 03:12
Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR - ETİRAZ VAR!
Bu gün, 03:05
Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:55
"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Dünən, 18:14
İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Dünən, 18:01
Təhsil İnstitutu akkreditasiyadan keçib
Dünən, 17:27
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Dünən, 17:14
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Dünən, 17:11
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Dünən, 16:57
Asif həkim dəfn edildi - Foto
Dünən, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Dünən, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Dünən, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Dünən, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Dünən, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Dünən, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Dünən, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Dünən, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Dünən, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Dünən, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Dünən, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Dünən, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Dünən, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Dünən, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Dünən, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Dünən, 15:18
Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Dünən, 15:12
İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Dünən, 14:59
"Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Dünən, 14:58
Daha 4 tiktoker tutuldu
Dünən, 14:45
Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Dünən, 14:42
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Dünən, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Dünən, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Dünən, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Dünən, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Dünən, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Dünən, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Dünən, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Dünən, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Dünən, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Dünən, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Dünən, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Dünən, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Dünən, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Dünən, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Dünən, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Dünən, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Dünən, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru