Ərəb musiqiçinin Bakıya yolu birdəfəlik bağlandı
Tarix: 3-11-2020, 08:45 | Çap et
 Bakı Caz Festivalı və Azərbaycanın Əməkdar artisti İsfar Sarabski bir də heç vaxt tanınmış ərəb musiqiçi və bəstəkarı Dafer Yusiflə əməkdaşlıq etməyəcəklər. Buna səbəb isə ərəb musiqiçinin erməni separatçılarının xeyrinə keçirilən təxribatçı onlayn konsertdə iştirakıdır.
Caz Festivalının direktoru Leyla Əfəndiyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, son hadisələrdən sonra Azərbaycana arxa çevirən bütün əcnəbi musiqiçilərin siyahısı onda var:
“Bu adamlar gəlib burada yeyib-içirdilər, gəzib kef edirdilər, ən yaxşı otellərdə qalırdılar, üçqat qonorar alırdılar, sonra isə bütün bu yaxşılıqları unudub, Qarabağ münaqişəsi barədə anlayışları belə olmadan əks mövqe tutdular”. Bu cür qərəzli münasibətə misal kimi L.Əfəndiyeva caz ifaçısı Dafer Yusifin adını çəkib və deyib ki, o daha heç vaxt Bakıya gələ bilməyəcək.
“Caz Festivalında iştirak adı ilə Azərbaycana gəlmək üçün bu cür musiqiçilərin yolu birdəfəlik bağlandı. Siyasətlə mədəniyyətin bir-biri ilə bağlı olmadığı barədə bütün söhbətlər isə artıq mənasızdır. Müharibə bizə hər şeyi açıq-aşkar göstərdi, kimin kim olduğunu bildik və nəticə çıxardıq”, - Əfəndiyeva deyib.
Musiqiçilərin Azərbaycana qarşı bu cür münasibətində, onun sözlərinə görə, iki amil rol oynayır: biri maddi maraq, digəri isə erməni dostlarından birinin təsiridir. Nəticədə, münaqişənin mahiyyətindən bixəbər olan və bunu heç araşdırmayan musiqiçilər 30 il başqasının torpaqlarını işğalda saxlayanın xeyrinə çıxış edirlər.
“Əminəm ki, çox şey itirmədik. Bakıda yenidən cazın səslənəcəyi gün uzaqda deyil. Və tək paytaxtda deyil, başqa bölgələrdə də keçiriləcək festivallarda iştirak etmək üçün əvvəlkitək xeyli müraciət, xahiş olacaq”, - Əfəndiyeva əlavə edib.
Əməkdar artist İsfar Sarabski D.Yusiflə yaxından tanış imiş, onlar musiqi layihəsi üzərində birgə işləyiblər. Hətta 2016-cı ildə onunla dünya turnesinə də çıxıb. Sarabski Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, Yusifin erməni separatçılarını dəstəkləyən konsertdə iştirak edəcəyini öyrənən kimi onunla əlaqə yaradıb və Dağlıq Qarabağ barədə həqiqətləri ona çatdırıb.
“Mən şəxsən onun çıxışına qədər Daferə hazırkı vəziyyət barədə, öz mövqeyimiz barədə bütün məlumatı dedim. O tədbirdə çıxış etmək onun öz seçimi idi. Bundan belə məni o artistlə heç nə bağlamır”, - Sarabski deyib. Dafer Yusif ud çalır. O, İva Bittova, Mino Çinelu, Tom Kora, Paolo Fresu və digər artistlərlə çalışıb. 1990-cı ildən Avropada, əsasən Vyana və Parisdə yaşayır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Bu gün, 18:14 |
|
|
|
| • İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Bu gün, 18:01 |
|
|
|
| • Təhsil İnstitutu akkreditasiyadan keçib
Bu gün, 17:27 |
|
|
|
| • Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Bu gün, 17:14 |
|
|
|
| • Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Bu gün, 17:11 |
|
|
|
| • Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Bu gün, 16:57 |
|
|
|
| • Asif həkim dəfn edildi - Foto
Bu gün, 16:54 |
|
|
|
| • Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Bu gün, 16:46 |
|
|
|
| • Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Bu gün, 16:38 |
|
|
|
| • “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Bu gün, 16:33 |
|
|
|
| • Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Bu gün, 16:24 |
|
|
|
| • Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
| • Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Bu gün, 16:05 |
|
|
|
| • Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Bu gün, 16:00 |
|
|
|
| • Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Bu gün, 15:58 |
|
|
|
| • Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Bu gün, 15:51 |
|
|
|
| • Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Bu gün, 15:49 |
|
|
|
| • Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Bu gün, 15:42 |
|
|
|
| • Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Bu gün, 15:37 |
|
|
|
| • Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Bu gün, 15:29 |
|
|
|
| • Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Bu gün, 15:23 |
|
|
|
| • Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Bu gün, 15:18 |
|
|
|
| • Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Bu gün, 15:12 |
|
|
|
| • İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Bu gün, 14:59 |
|
|
|
| • "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Bu gün, 14:58 |
|
|
|
| • Daha 4 tiktoker tutuldu
Bu gün, 14:45 |
|
|
|
| • Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Bu gün, 14:42 |
|
|
|
| • Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19 |
|
|
|
| • ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12 |
|
|
|
| • Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01 |
|
|
|
| • Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
| • Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48 |
|
|
|
| • FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43 |
|
|
|
| • Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27 |
|
|
|
| • Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
| • İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17 |
|
|
|
| • Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07 |
|
|
|
| • Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56 |
|
|
|
| • Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44 |
|
|
|
| • Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43 |
|
|
|
| • Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36 |
|
|
|
| • Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35 |
|
|
|
| • Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30 |
|
|
|
| • “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19 |
|
|
|
| • Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06 |
|
|
|
| • Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57 |
|
|
|
| • Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48 |
|
|
|
| • Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45 |
|
|
|
|