"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" .....                     İrandan razılaşma xəbərinə növbəti təkzib: .....                     Təhsil İnstitutu akkreditasiyadan keçib .....                     Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb .....                     Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb .....                     Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                     Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? .....                     Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi .....                     Səhhətində problem yaranan Xalq artistinin .....                     Tramp İranı bombardmanla hədələyib, .....                     Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı .....                     Generalın oğlu işdən çıxarıldı .....                     Metrologiya İnstitutu 2 ədəd avtomobil alır .....                     Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi .....                     Qədir Qızılsəsə qarşı HAQSIZLIQ .....                     Çətin anlarda həmişə işçilərimin yanında olmuşam .....                     Sentyabrda dəhşətli müharibə: .....                     Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: .....                     Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir .....                     Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib .....                     İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər .....                     "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" .....                     Daha 4 tiktoker tutuldu .....                     Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır .....                     Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                     FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                     Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə .....                     Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib .....                     Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? .....                 

"Biz xalq olaraq məğlub olmaqdan bezdik”
Tarix: 3-11-2020, 12:46 | Çap et
"Biz xalq olaraq məğlub olmaqdan bezdik”
"Çox qarışıq günlər yaşayırıq. Bir tərəfdən sevincli, çünki torpaqlarımızı azad etməyə başlamışıq. Bir tərəfdən kədərli, çünki şəhid veririk. Müharibə bir yandan qələbə və sevincdirsə, bir yandan da itki və göz yaşıdır. Biz 30 il müharibə istəməmişik, 30 il danışıqlar aparmışıq. Düşmən isə elə bilib ki, belə də olmalıdır. Həmişə də belə olacaq".

Cebhe.info xəbər verir ki, bunu tanınmış aktyor Taleh Yüzbəyov deyib.

O bildirib ki, müharibə insanın eləyə biləcəyi ən mundar işdir:

"Müharibə insan xislətinin vəhşiliyinə enişdir. Ona görə sülh istəyən insanları söymək lazım deyil. Əgər o, insan səmimidirsə. Əgər sülh istəyəndə öz mənafeyini güdmürsə. Əgər buna görə kimlərdənsə heç nə almağı ummursa. İndiki anda sülh istəmək cəsarət tələb edən bir şeydir. Ona görə sülh istəyən adamları təhqir eləmək lazım deyil. Kimlərsə sülhü də öz tərbiyəsinə və intellektinə görə loban kimi tələb edirsə, bu onun öz problemidir. Belə adamları ciddiyə almağa dəyməz. Biz reaksiya verdikcə onlar var. Sülhü səmimi istəyən insanlar insan faktorunu ən önə qoyanlardır. Sadəcə, başa düşsünlər ki, müharibə istəyənlər də bunu öz kefindən istəməyiblər".

Aktyor qeyd edib ki, müharibə bizim seçimimiz deyildir, biz heç kəsin torpağını zəbt eləməmişik:

"Biz heç kəsi öldürüb, əsir götürüb, yaşadığı yerlərdən qovmamışıq. İndi də olmasa idi bu müharibə nə vaxtsa yenə başlayacaqdı. Çünki düşmənin hələ Naxçıvan iddiası da var. Düşmənin dənizdən-dənizə arzusu var. Onların qurduğu müdafiəyə baxanda görürsən ki, aldıqları yerləri də nə vaxtsa qaytarmaq fikrində olmayıblar. Bu müharibə indi başlamasaydı da, bizim övladlarımızın vaxtında başlayacaqdı yəqin.

İndi bu qədər insanın könüllü olaraq cəbhəyə getməsi də elə belə deyil. Biz xalq olaraq məğlub olmaqdan bezdik. Biz bununla yaşamaq istəmədik. Bəlkə də tariximzdə ilk dəfə belə həmrəy olduq. Biz onları 1905-dən, 1918-dən sonra bağışladıq. Amma 1992-dən sonra bağışlamaq istəmədik. Niyə bir əsrdə 3 dəfə bizə hücum edib, əlisilahsız adamları öldürənlərə qarşı vuruşmamalıyıq? Niyə hər dəfə bağışlayan tərəf biz olaq ki?! Kimlərsə bunu başa düşmürsə yəqin əzikdir və həmin adamın özündən başqa müqəddəs heç nəyi yoxdur. Ya da özünü gicliyə qoyub. Vətən bir çox insan üçünsə dəyərdir, sadəcə torpaq yox. Biz bu müharibədə haqq tərəfik. Həm mənəvi, həm beynəlxalq hüquq baxımından evimizə qayıdırıq.

Müharibə uzandıqca dəhşətli səhnələr çoxalır. Amma bu günlərdə bir erməni əsirinin əhvalatı mənə toxundu. Deyir:

“Mən yaralı idim, tez telefonumu qırdım ki, birdən evdəkilərə ölümümdən sonra zəng edərlər. Avtomatı qapıya tərəf tuşlamışam, bizi mühasirəyə alan Azərbaycan əsgərinə dedim ki, səndən bir xahişim var. Bizi öldürəndən sonra meyitimizi evə göndərin, anamız basdıra bilsin. O əsgər də mənə dedi ki, biz sizi öldürmək istəmirik, mən ona dedim ki, inanmıram. Onda Azərbaycan əsgəri silahsız və zirehli gödəkçəsiz içəri daxil oldu. Mənim silahım ona tuşlanmışdı. O dedi ki, görürsən mən sənə inanıram. Sən də mənə inan. Və məni öldürmədilər”. Müharibənin içində insanlığı itirməmək bir insan üçün ən böyük uğurdur. Azərbaycan əsgəri buna qadirdir. Biz uşaq öldürmədik, qadın zorlamadıq bu müharibədə. Əgər belə bir hal olsaydı bütün dünyaya car çəkərdilər. Azərbaycan əsgərinə həmişə belə təmkinli olmağı arzulayıram.

Ermənilərin hamısı qaniçən deyil. Bir xalqın hamısı cani ola bilməz. İndiki halda bir çoxumuz hiddətlənib, onları ümumiləşdiririk. Çünki yaralarımız təzədir. Çünki gözümüzün qarşısında dinc əhalimiz ölür. Onlardan isə adekvat adama demək olar ki, rast gəlmirik. Heç bir erməni qrupunun küçələrə çıxıb, öz dövlətindən uşaq ölümlərinə son qoymağı tələb etdiklərini görmürük. Nə Ermənistanda, nə dünyada. Ancaq çıxıb “Artsax” qışqırırlar. İnanmaq istəyirəm ki, onların da arasında haqqı deyən insanlar var. Bəlkə də qorxularından səs çıxartmırlar. Amma əgər yoxdursa vay o xalqın halına. Bu xəstə təfəkkürlə məğlubiyyət qaçılmazdır. Bu təfəkkürlə hələ çox itirəcəklər".

Aktyor bildirib ki, arzusu müharibənin tez bitməyi və torpaqlarımızın tez bir zamanda qaytarılmağıdır:

""Biz ermənilərin kökünü kəsməliyik!" sözü düzgün deyil. Amma mən ermənilərlə dost da olmaq istəmirəm. Mən tarix boyu olanlardan sonra onlarla ümumi nəyiminsə olmağını istəmirəm. Gələcəkdə ermənilərlə birgə yaşamağın qərarını isə sırf gərək Qarabağda yaşayan insanlar versinlər. Bu insanların vaxtı ilə ermənilərin elədiyi kimi referemdum haqqı olmalıdır. İndi isə bu haqda danışmaq tezdir. Zaman hər şeyi öz yerinə qoyacaq.

Arzum budur ki, müharibə tez bitsin. Biz torpaqlarımızı qaytaraq, əsgərlərmiz, zabitlərimiz sağ-salamat evlərinə qayıtsınlar. Bir də heç vaxt düşmən cəsarət eləyib, bizə hücum eləyə bilməsin. Öz torpaqlarımızda yaşayaq və yaradaq. Topraqları işğal altında olmayan bir Azərbaycanda ömür sürək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Bu gün, 18:14
İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Bu gün, 18:01
Təhsil İnstitutu akkreditasiyadan keçib
Bu gün, 17:27
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Bu gün, 17:14
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Bu gün, 17:11
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Bu gün, 16:57
Asif həkim dəfn edildi - Foto
Bu gün, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Bu gün, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Bu gün, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Bu gün, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Bu gün, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Bu gün, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Bu gün, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Bu gün, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Bu gün, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Bu gün, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Bu gün, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Bu gün, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Bu gün, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Bu gün, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Bu gün, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Bu gün, 15:18
Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Bu gün, 15:12
İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Bu gün, 14:59
"Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Bu gün, 14:58
Daha 4 tiktoker tutuldu
Bu gün, 14:45
Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Bu gün, 14:42
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru