"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" .....                     İrandan razılaşma xəbərinə növbəti təkzib: .....                     Təhsil İnstitutu akkreditasiyadan keçib .....                     Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb .....                     Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb .....                     Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                     Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? .....                     Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi .....                     Səhhətində problem yaranan Xalq artistinin .....                     Tramp İranı bombardmanla hədələyib, .....                     Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı .....                     Generalın oğlu işdən çıxarıldı .....                     Metrologiya İnstitutu 2 ədəd avtomobil alır .....                     Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi .....                     Qədir Qızılsəsə qarşı HAQSIZLIQ .....                     Çətin anlarda həmişə işçilərimin yanında olmuşam .....                     Sentyabrda dəhşətli müharibə: .....                     Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: .....                     Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir .....                     Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib .....                     İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər .....                     "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" .....                     Daha 4 tiktoker tutuldu .....                     Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır .....                     Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                     FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                     Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə .....                     Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib .....                     Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? .....                 

"İndi reytinq yox, məsuliyyət vaxtıdır"
Tarix: 4-11-2020, 08:44 | Çap et
"İndi reytinq yox, məsuliyyət vaxtıdır"
Azərbaycan teleməkanında barmaqla sayılası qədər aparıcılarımız var ki, tamaşaçı onun sözünə, sözünün dəqiliyinə, ciddiyyətinə inanır. Bugünkü qonağımız İctimai Televiziya və Radio Yayımlar şirkətinin sevilən siması olan Nigar Sabirqızı kimi. Belə ki, müsahibimiz efirdə səsləndirdiyi hər bir kəlməsini ustalıqla seçən və sözünün əri olan aparıcılardandır. Onunla bugünlərdə ölkədə və dünyada baş verən ən son proseslərdən danışdıq.

Nigar Sabirqızı bizimlə söhbətdə uşaqlıq illərini xatırladı. Orada keçirdiyi uşaqlıq xatirələrinə birlikdə səyahət etdik. Müsahibim Kəlbəcərin işğalından sonra atasının qəbrinə bir parça vətən torpağı aparacağı günü səbirsizlik gözləyir.

- Hər bir aparıcının, media nümayəndəsinin arzusu qələbə xəbərinin müjdəçisi olmaqdır. O arzuya toxunmaq, zəfər xəbərlərini tamaşaçı ilə bölüşmək necə bir hissdir?

- Ümumiyyətlə, hər bir aparıcı efirə çıxdığı zaman tamaşaçıya operativ, obyektiv və xoş xəbərlər çatdırmağı arzulayır. Amma biz elə bir peşəyə sahibik ki, həyatın bütün məqamlarını bu və digər şəkildə yaşayırıq. Mənim uşaqlığım 20 yanvar faciəsinin, Xocalı soyqırımının yaşandığı illərə təsadüf edib. Yəni, mən bütün bu və digər hadisələrin yaratdığı sarsıntılarla böyümüşəm. Yaşım çox olmasa da, hər gün hansısa rayonun işğal edildiyini eşidəndə dərk etdiyim qədər məyusluq keçirmişəm. Mənim atam əslən Kəlbəcərdən idi. Məktəb illərimdə bütün yay təillərim Qarabağda keçib. Kəlbəcər işğal edildikdən sonra mən illərlə atamın necə doğma torpağın həsrətini çəkdiyini müşahidə etmişəm. Bütün bunlardan sonra indi həmin ağrı-acını bizə yaşadan düşmənlə mübarizə apararaq qalib gəlməyimiz, bunun verdiyi qürur, haqqın qələbə çalmasının məndə hansı hisslər yaratdığını sözlə ifadə etmək mümkün deyil. Bu gün atam həyatda deyil. Amma Kəlbəcərin işğaldan azad olunacağı günün yaxınlaşması məni çox həyəcanlandırır. İnşallah yaxın günlərdə bu xəbəri eşidəcəyimə inanıram. Həmin xəbəri tamaşaçılarla bölüşəcəyim günü səbirsizliklə gözləyirəm. İnanın ki, hər dəfə hansısa yaşayış məntəqəsinin işğaldan azad edildiyi xəbərindən sonra efirə çıxaraq Azərbaycan Ordsunun şanlı zəfərindən danışmaq çox qürurvericidir. İnanıramki, mən həmin an hansı hissləri keçirirəmsə, tamaşaçıya da onu ötürürəm. Bu mənada düşünürəm ki, əgər bu gün mən ölkəmizin çətin, amma eyni zamanda məsuliyyətli və qürurlu günündə Vətənə öz işimlə xidmət edə bilirəmsə, bu mənim üçün böyük xoşbəxtlikdir.

- 30 ildə işğal olunan torpaqlar, orda əsir düşənlər, dünyasını dəyişənlər, torpaqlarından məcbur çıxarılanlar.... Çətin, əzablı bir yol keçdik. Hər dəfə işğaldan azad olunan torpaqlarımızın adını qeyd etdikdə o səhnələr kadrlar gözünüzün önündən keçirmi? Hansı hissləri yaşayırsınız?

- Əlbəttə. Məncə o kadrlar heç kimin yaddaşından silinməyib. Mən hər dəfə o kadrlara baxanda düşünürdüm ki, hər şeydən xəbərsiz anasının qucağında olan bu körpə indi böyüyüb, yaxud vertolyota mindirilən bu ahıl bəlkə də artıq dünyasını dəyişib, bu gənc indi ev-eşik sahibidir və sair. Bunları unutmaq mümkün deyil. İndi həmin insanların necə sevincli olduqlarını düşünürəm. Hər qələbə xəbəri gələndə gözlərimin önündə Kəlbəcərdə keçirdiyimiz günlər canlanır. Tezliklə oralara gedəcəyimi, o yerləri yenidən görəcəyimi xəyal edirəm.

- Bu gün ölkədəki ab-hava, aura sizi qane edirmi?

- Ab-hava tam qane edir. Düzünü deyim ki, biz illərdir ki, bu cür ab-havaya ac idik. Bu gün yaşından, cinsindən, siyasi baxışından asılı olmayaraq hər kəsin ürəyi Qarabağ üçün döyünür. Sən demə, bizə qələbə lazım imiş ki, içimizdəki vətən, millət sevgisini göstərə bilək. Bu gün hamının üzündə təbəssüm var, eyvanları, maşınları Azərbaycan bayraqları bəzəyir, binaların üzərində nəhəng Azərbaycan bayraqları aslıb. Bu mənzərəni görəndə necə qürur hissi keçirməyəsən? Azərbaycanlı olduğunla necə fəxr etməyəsən?

- Bir media nümayəndəsi olaraq bizim bu günkü məsuliyyətimiz nədən ibarət olmalıdır?

- Bu gün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz dediyimiz hər bir sözə, yazdığımız hər cümləyə görə məsuliyyət daşıyırıq. Çünki bizim dediyimizi, yazdığımızı minlərlə insan izləyir və oxuyur. Və bu insanlar bizə inanır. Ona görə də min ölçüb, bir biçməliyik. Düşünmədən elə bir söz deyə və ya yaza bilərik ki, bu, izləyici, oxucu tərəfindən səhv başa düşülə bilər. Biz insanları yanlış istiqamətləndirə bilərik. Həm də unutmaq olmaz ki, bu gün bizi yalnız ölkəmizdə yox, bütün dünyada izləyirlər. Xüsusilə düşmənlərimiz. Ona görə də maksimum diqqətli olmalıyıq. Xüsusilə sosial şəbəkələrdə. Emosiyalara, həyəcana qapılıb yanlış informasiya və ya video yaymamalıyıq. Mən ümumiyyətlə cəbhə xətti ilə, əsgərlərimizlə bağlı yayılan videoların, qeyri-rəsmi məlumatların əleyhinəyəm. Bununla bağlı dəfələrlə dövlət orqanları xəbərdarlıq da edib. Amma təəsssüf ki, hələ də bəzən bu cür xəbərə və ya videolara rast gəlirik. Bunu bir jurnalist edəndə təəccüblənməyə bilmirəm. Axı, sən bununla düşmənin xeyrinə nəsə edə bilərsən. Bunları cciddi düşünmək lazımdır. Minlərlə baxış sayı və ya çoxlu izləyici toplamaq eşqinə bu cür hallara yol vermək qəbuledilməzdir. Peşəkar jurnalist populizmdən uzaq olmalıdır. O belə vaxtlarda yalnız rəsmi xəbərlə işləməlidir, söz oyunundan, dezinformasiyadan uzaq durmalıdır.

- Bugünü təsəvvürünüzdə necə canlandırırdınız?

-Çətin sualdır. Düşünün ki, 30 ildir həllini tapa bilməyən bir münaqişə var. Bu qədər vaxtdan sonra bu məsələnin tezliklə həll ediləcəyinə ümid edə bilərsənmi? Təbii ki, bir gün mütləq ədalətin qalib gələcəyinə inanmışam. Çünki mən həyatda nə olursa-olsun, haqq-ədalətin bir gün mütləq qalib gələcəyinə inanan adamam. Bu məsələnin də bir gün həll ediləcəyinə inanmışam. Amma bunun, deyək ki, sabah olacağını təsəvvürümdə canlandırmamışam. Allaha şükürlər olsun ki, bu günləri bizə yaşatdı. Artıq indi daha gözəl günlərin bizi gözlədiyini bilirəm. İndi təsəvvürümdə insanların öz doğma torpaqlarına qaydacağını, viran qoyulan cənnət guşəmizin yenidən gülüstana çevriləcəyini, həmin yerlərdən verilişlər hazırlayacağımızı, yay tətillərimizi artıq Qarabağda keçirəcəyimizi canlandırıram.

- Sizə elə gəlmirmi ki belə günlərdə efirdə daha çox peşəkar, sözünü demiş, ixtisaslaşmış kadrlar daha çox görünməlidir? Çünki Qarabağ elə bir mövzudur ki, burada yalnışlığa yol vermək mümkünsüzdür.

- Təbii ki, bu belə olmalıdır. Ümumiyyətlə, yalnız indi yox, hər zaman efirlərdə peşəkarlar olmalıdır. İstər aparıcı, istər çağırılan qonaqlar. İndiki dövrdə isə buna xüsusi yanaşmaq lazımdır. Bayaq dediyim kimi, indi hər sözümüzə, hərəkətimizə xüsusi diqqət etməliyik. Düşünürəm ki, bu günlərdə efirlərdə ictimai-siyasi proseslərdən anlayışı olan, dediyi sözün məsuliyyətini dərk edənlər olmalıdır. Hər kəsin öz sahəsi var. Siyasi sahədən uzaq olan populyar aparıcını və ya qonağı efirə çıxarmaq olmaz. İndi reytinq yox, məsuliyyət vaxtıdır. Biz İctimai Televiziyada hər zaman bu nüanslara diqqət edirik. Bizim efirdə peşəkar aparıcılardır. Sevindirici həm də odur ki, tamaşaçı bizə inanır və hər xəbər saatında, müzakirə vaxtında bizə sarı gəlir.

- Qarabağ tam azad olunduqdan sonra nə edəcəksiniz? İlkin olaraq hara gedəcəksiniz?

- Qarabağ tam azad olunduqdan sonra əvvəlcə bu möhtəşəm qələbəni hər bir azərbaycanlı kimi yaşayacam. Yəqinki, biz bu qələbəni hələ uzun müddət qeyd edəcəyik, onun təsirində olacağıq. Arzum aparıcısı olduğum “Diqqət Mərkəzi” və “Diqqət Mərkəzi Yekun” verilişlərini Qarabağdan hazırlamaqdır. Bir qarabağlı kimi isə uşaqlıq xatirələrimi canlandırmaq, atamın ruhunu şad etmək üçün ilk olaraq Kəlbəcərə getməyi, o yerləri bir daha görməyi, Kəlbəcərdən atamın məzarı üçün bir ovuc torpaq gətirməyi düşünürəm. Bu arzularımın həyata keçməsinə lap az qalıb.

- Vyanada 10 nəfər öldü, dünyanın gözü o tərəfə döndü. Amma Türkiyədə zəlzələdə insanlar ölür, Bərdədə, Tərtərdə terror yaşanır, dünya buna laqeyd yanaşır. Sizcə bunun səbəbi nədir?

- Bu, beynəlxalq birliyin bəzi məsələlərə ədalətsiz yanaşmasının daha bir göstəricisidir. Əslində 30 ildir Ermənistanın cinayətlərinə, 1 milyon qaçqınımızın hüquqlarının tapdanmasına göz yuman, Azərbaycanın haqq işini görməzdən gələn beynəlxalq birlikdən indi ədalət gözləməyə dəyməz. Bu gün ədaləti biz özümüz təmin edirik. Təbii ki, harada törədilməsindən asılı olmayaraq, terror pislənilməlidir. Biz Vyanada baş verənləri pisləyiriksə, dünya da Azərbaycanda və ya Türkiyədə baş verənlərə laqeyd yanaşmamalıdır. Dünyanın erməni terroruna göz yummasının əsas səbəbi bizim müsəlman olmağımızdır. Bu gün dünyada xristian həmrəyliyi var. Bu ölkələr haqlı oldu-olmadı hər zaman bir-birlərini dəstəkləyirlər. Amma bizə münasibətdə təəssüf ki, çox vaxt ədalətsizliklə qarşılaşırıq. Düşünrəm ki, dinindən asılı olmayaraq, əgər insan Allaha inanırsa, o zaman haqqın tərəfində olmalıdır.
\\moderator.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Bu gün, 18:14
İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Bu gün, 18:01
Təhsil İnstitutu akkreditasiyadan keçib
Bu gün, 17:27
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Bu gün, 17:14
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Bu gün, 17:11
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Bu gün, 16:57
Asif həkim dəfn edildi - Foto
Bu gün, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Bu gün, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Bu gün, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Bu gün, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Bu gün, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Bu gün, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Bu gün, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Bu gün, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Bu gün, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Bu gün, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Bu gün, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Bu gün, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Bu gün, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Bu gün, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Bu gün, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Bu gün, 15:18
Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Bu gün, 15:12
İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Bu gün, 14:59
"Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Bu gün, 14:58
Daha 4 tiktoker tutuldu
Bu gün, 14:45
Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Bu gün, 14:42
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru