Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                     Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? .....                     Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi .....                     Səhhətində problem yaranan Xalq artistinin .....                     Tramp İranı bombardmanla hədələyib, .....                     Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı .....                     Generalın oğlu işdən çıxarıldı .....                     Metrologiya İnstitutu 2 ədəd avtomobil alır .....                     Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi .....                     Qədir Qızılsəsə qarşı HAQSIZLIQ .....                     Çətin anlarda həmişə işçilərimin yanında olmuşam .....                     Sentyabrda dəhşətli müharibə: .....                     Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: .....                     Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir .....                     Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib .....                     İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər .....                     "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" .....                     Daha 4 tiktoker tutuldu .....                     Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır .....                     Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                     FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                     Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə .....                     Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib .....                     Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? .....                     Meloninin Bakıdan İran mesajı .....                     Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər .....                     Sirkə turşusu içən "estetik" həkimin .....                     Qarabağ ermənisinə Rusiya pasportu verildi .....                     “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu .....                 

Dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyan unudulmaz sənətkar... - ANIM
Tarix: 7-11-2020, 11:12 | Çap et
Dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyan unudulmaz sənətkar...
Azərbaycanın Xalq artisti, teatr və kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmış ELDƏNİZ ZEYNALOVun xatirə günüdür.
Bu gün onun vəfatından 19 il keçir
Hörmətlə xatırlayaq.

Onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Səməd Vurğun onlara qonşu olan dostu Abdulla Şaiqgilə tez-tez gəlib-gedərmiş. Yeni il qabağı yenə yığışıblar. Həmin vaxt xəbər gəlib ki, qonşu Məmməd kişinin oğlu olub. Səməd Vurğun deyib ki, mən onun adını Eldəniz qoyuram.
O məşhur aktyor Həsənağa Salayevin bacısı oğlu idi və onun aktyor olmasında dayısının da təsiri vardı.

Eldəniz Zeynalov 1937-ci il, yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram TРµatrında uşaq rРѕllarında çıС…ış Рµdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).
Tələbəlik illərində Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib.

Bakıda ziyalı ailəsində anadan olan Eldəniz Zeynalovun sənətə gəlməsi bəlkə də təsadüfi deyildi. Çünki hələ orta məktəbdə oxuyarkən dayısı tanınmış sənətkar Həsənağa Salayev bacısı oğlunda teatra, kinoya maraq yaranmasına səbəb olub. Orta məktəbdə oxuyanda dayısı Həsənağa Salayevin tövsiyəsi ilə dram teatrında uşaq rollarında çıxış edib. Daha sonra marağını peşəkar səviyyədə inkişaf etdirmək üçün İncəsənət İnstitutunda aktyorluq təhsili alıb. Tələbə ikən Eldar Quliyev onu özünün çəkdiyi “Bir cənub şəhərin”də filminə baş rola dəvət edir. Bu filmlə də aktyorun sənət yolu başlayıb.İnstitutu bitirib Akademik Milli Dram Teatrına təyinat alır. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb.
Akademik Dram Teatrında işə başlayan gənc aktyora burada müxtəlif səpkili rollar həvalə edirdilər. Bu teatrda qoyulan “Ah Paris, Paris”, “Dəlilər və ağıllılar”, “Köhnə ev” və başqa onlarca tamaşadakı rolları ilə səhnədən də sözünü deməyi bacardı.
Eldəniz Zeynalov yaradıcılığını iki istiqamətdə davam etdirib.
O, həm də “Azərbaycanfilm” kinostudiyasında paralel fəaliyyət göstərib.
Tez-tez filmlərdə çəkilirdi. Eldəniz Zeynalov “Yeddi oğul istərəm”, “Rəqiblər”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Hər şey yaxşılığa doğru” “Babamızın babasının babası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Mən mahnı qoşuram”, “”Yerlə göy arasında” və digər filmlərdə, “Qonşu qonşu olsa” teletamaşasında maraqlı, yaddaqalan obrazlar canlandırıb. Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (“Mosfilm”), “Təyyarələr enmədi” (“Özbəkfilm”) filmlərində də çəkilib.
“Mozalan” satirik kinojurnalının neçə-neçə süjetində onun maraqlı, ifşa və islahedici rolları var. Bu kiçik rolları ilə o, dövrün bəzi qaranlıq məqamlarına aydınlıq gətirirdi.

Eldəniz Zeynalov bir müddət teatrdan ayrılsa da, səhnənin cazibəsi yenidən onu Milli Dram Teatrına qaytarır. Xalq artisti ömrünün sonunadək burada çalışıb. "777 nömrəli iş", "Babamızın babasının babası", "Bağ mövsümü", "Dörd bazar günü", "Əhməd haradadır?", "Qızıl uçurum", "Qonşu qonşu olsa", "O qızı tapın", "Yol əhvalatı", "Yeddi oğul istərəm" filmlərində müxtəlif rollarda olub. Teatr və kino ilə bərabər,
Eldəniz Zeynalov televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yaddaqalan obrazlar yaradıb.
Aktyor Rusiya və özbək kinomatoqrafçılarının istehsal etdiyi bir neçə xarici filmlərdə də rol alıb.
Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib.

Tamaşaçılar onu əvvəlcə yalnız komik obrazların yaradıcısı kimi qəbul edirdi. Lakin aktyorun imkanlarını üzə çıxarmağı bacaran rejissorlar onu tamaşaçıya hər tərəfdən tanıdıb. Eldəniz Zeynalov rollarında həm başqalaşırdı, həm də özü kimi tanınırdı – komik, xarakterik, dramatik obrazlarının hamısında. “Bir cənub şəhərində” filmində tipik bakılı gəncin, “Rəqiblər” kinonovellasında maraqlı psixologiyası olan ticarətçi, “Əhməd haradadır?” komediyasında şən fəhlə, “Yeddi oğul istərəm”də iki siyasi quruluş arasında çaşbaş qalmış kəndli, “Bəyin oğurlanması”ndakı mükəmməl epizodik rolu Eldəniz Zeynalovun yüksək istedad sahibi olmasının nəticəsi idi. Aktyorun özünün səhnədən, kamera qarşısından kənardakı davranışındakı səmimiliyinin dərəcəsi, rolun ifa tərzinin səmimiliyində də aydın görünürdü. Eldəniz Zeynalov insanlarla adi ünsiyyətdəki təbii səmimiliyini özündən asılı olmadan, aktyorluğuna da köçürürdü...
Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkəndə, ona Mirpaşa obrazını təklif eləmişdi. Amma o, atdan qorxduğu üçün bu roldan imtina etdi. Ona görə də Tofiq Tağızadə onu kəndli rolunda çəkdi. Çəkilişlərdə məzəli bir hadisə olmuşdu – qəhrəmanını güllə ilə vurub öldürürlər. O da deyir ki, nahaq yerə məni öldürdün. Bax, həmin epizod çəkiləndə kadr arxasında üzünü Tofiq Tağızadəyə tutub deyib ki, gərək filmin axırında öldürəydin, qonorarım yaxşı çıxaydı.
Onun haqqında maraqlı xatirələr çoxdur. Hamısı da xoş, ürəyəyatan xatirələr.

Eldəniz Zeynalov həm də ailəcanlı insan idi. Onun dəyərli övladları var. Oğlanlarından biri - Elbrus Zeynalov televiziya rejissorudur, digəri -
Məmməd Zeynalov isə atasının yolunu davam etdirir. Qızı isə iqtisadçıdır.

Eldəniz Zeynalov “Humay” mükafatına, Əməkdar artist, Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
2002-ci il noyabrın 5-də amansız ölüm onu aramızdan apardı.
O, Yasamal qəbiristanlığında dəfn edilib.

Oğlu Elbrus Zeynalovun xatirələrindən:
- O filmlərdəki obrazlarının dili ilə danışmağı xoşlayırdı. Dostları ilə çox vaxt zarafatyana, obrazların dili ilə "qədeş" kimi danışırdı.
Tək özünə qarşı yox, ətrafdakı insanlara qarşı da bir haqsızlıq görəndə əsəbiləşirdi, dərhal onun müdafiəsinə qalxırdı.
Deyilənə görə, dünyadan köçdüyü gün balışının altına məktub yazıb qoyubmuş...
Bir kağız parçasına yazmışdı ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm.
O, yaxın dostları Telman Adıgözəlov və Mikayıl Mirzəni nəzərdə tutmuşdu...

Yazırlar ki, guya atamın qaraciyərində sirroz olub, ürək və şəkər xəstəliyindən dünyasını dəyişib. Əslində, atamın ölüm səbəbi başqa idi. Atam həkimlərin günahı üzündən öldü. Yıxılanda budu sınmışdı. Əməliyyat zamanı etdikləri səhv ayağında damar problemləri yaratmışdı. Drellə ayağını deşmişdilər, bu ağrını gözümün önündə yaşadı. Hətta huşumu da itirdim.
Dünyasını dəyişən ərəfədə çox fikir edirdim, yuxuma da tez-tez girirdi.
Mənə deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq.
Arzuları bizimlə bağlı idi. İstəyirdi bizi evləndirsin, toyumuzu görsün. Hətta nişanlı olmaya-olmaya bizim toy dəvətnamələrimiz barədə düşünürdü, siyahı tuturdu ki, filankəsləri toya çağıracam. Qismət olmadı...
Əlbəttə, dünyasını dıyişəndən sonra olsa da, arzuları reallaşdı.
İki qardaşıq, bir bacımız var.
Mən də, qardaşım da artıq ailə qurmuşuq...

Azərbaycanın Xalq artisti Eldəniz Zeynalov dünyasını dəyişdi. Bizə isə onun yaratdığı gözəl obrazları, heç vaxt unutmayacağımız şirin zarafatları, bir də əziz xatirələri qaldı..

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Bu gün, 16:57
Asif həkim dəfn edildi - Foto
Bu gün, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Bu gün, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Bu gün, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Bu gün, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Bu gün, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Bu gün, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Bu gün, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Bu gün, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Bu gün, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Bu gün, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Bu gün, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Bu gün, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Bu gün, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Bu gün, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Bu gün, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Bu gün, 15:18
Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Bu gün, 15:12
İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Bu gün, 14:59
"Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Bu gün, 14:58
Daha 4 tiktoker tutuldu
Bu gün, 14:45
Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Bu gün, 14:42
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru