Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                     Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? .....                     Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi .....                     Səhhətində problem yaranan Xalq artistinin .....                     Tramp İranı bombardmanla hədələyib, .....                     Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı .....                     Generalın oğlu işdən çıxarıldı .....                     Metrologiya İnstitutu 2 ədəd avtomobil alır .....                     Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi .....                     Qədir Qızılsəsə qarşı HAQSIZLIQ .....                     Çətin anlarda həmişə işçilərimin yanında olmuşam .....                     Sentyabrda dəhşətli müharibə: .....                     Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: .....                     Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir .....                     Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib .....                     İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər .....                     "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" .....                     Daha 4 tiktoker tutuldu .....                     Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır .....                     Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                     FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                     Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə .....                     Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib .....                     Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? .....                     Meloninin Bakıdan İran mesajı .....                     Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər .....                     Sirkə turşusu içən "estetik" həkimin .....                     Qarabağ ermənisinə Rusiya pasportu verildi .....                     “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu .....                 

Türkiyə seriallarının dublyajına nə hacət – Üstəlik, daha bərbad günə salırıqsa
Tarix: 9-11-2020, 08:28 | Çap et
Türkiyə seriallarının dublyajına nə hacət
Məlum olduğu kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ), yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə, 2020-ci il sentyabr 1-dən etibarən, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının, bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul edib. Qərara əsasən, əcnəbi seriallar, yalnız saat 23:00-07:00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna bilər. Bundan əlavə, həftə ərzində hər bir yayımçının 07:00-22:00 arası vaxt aralığında iki saat əcnəbi serial yayımlaması mümkündür.

Artıq bir sıra ölkələrin teleserialları dublyaj olunmuş versiyada yayımlanmağa da başlayıb. Serialları yerli televiziyalarda yayımlanan ölkələrdən biri də qardaş Türkiyədir. Təbii ki, əcnəbi serialların Azərbaycan dilinə dublyaj olunması mütləqdir. Vaxtilə Azərbaycan teleməkanında yayımlanan və üstünlük təşkil edən Hindistan, Braziliya və s. kimi serial bazarında rəqabət aparan ölkələrin seriallarının ana dilimizdə yayımı tələbi tam doğrudur.

Lakin serial və kino həvəskarlarının iradları Türkiyə seriallarının Azərbaycan dilinə dublyaj olunması ilə bağlıdır. Çünki serial həvəskarları onsuz da bu serialları, xüsusən də texnologiyanın əlçatan olduğu indiki zamanda, orjinal formada rahatlıqla izləyə bilirlər. Çünki Azərbaycan tamaşaçası Anadolu türkcəsini böyük ölçüdə başa düşür. Belə olan halda isə dublyaj həm serialın effektini itirir, həm də qeyri-ciddi təəssürat yaradır. Ona görə də tamaşaçılarda həm televiziyalara qarşı tənqid yaranır, həm də seriallara qarşı biganəlik. Ki, bu da serial bazarında rəqabətdən daha çox seriallardan imtina etməyə yol açır.

AYNA sözügedən vəziyyətlə əlaqədar olaraq mütəxəssislərin mövqeyini öyrənib.

Media eksperti Rizvan Qənbərli Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini bir-birindən ayrılmayacaq dərəcədə eyni dil olaraq qəbul edir: “Ona görə də burada tərcümə yox, uyğunlaşdırmaqdan söhbət gedə bilər. Uyğunlaşdırma üçün də, adətən dublyaja ehtiyac olmur. Dolayısı ilə xarici dildə hər hansı bir materialı izləmək üçün o dili öyrənmək kimi bir prosesdən keçmək məcburiyyəti yoxdursa, demək, o dili xarci dil kimi qəbul etməməliyik. Məsələn, ingilis dilində, rus dilində hər hansı bir media məhsulunu başa düşmək üçün o dilləri öyrənməyə ehtiyac var. Amma Türkiyə türkcəsində hər hansı bir filmə, yaxud videomateriala baxıb anlamağımız üçün Türkiyə türkcəsini öyrənməyə ehtiyac yoxdur. Bizim işimizi belə məqamlarda çətinləşdirən, sadəcə uyğunlaşdırma məsələsidir. Ona görə də uyğunlaşdırma ilə tərcüməni bir-birindən ayırmaq lazımdır”.

“Daha əvvəllər də Türkiyəyə məxsus filmlərin dublyaj və tərcümə ilə verildiyinin şahidi olmuşam. Həmin filmlərdə orjinallığın itməsi bir yana, dialoqlar, mətn və s. işlərin də keyfiyyəti aşağı düşür. Çünki orada tərcümə deyil, uyğunlaşdırma olduğu üçün Türkiyə türkcəsində səslənən müəyyən cümlələr Azərbaycan dilinə uyğunlaşdırıldığı zaman eyni effetki almaq olmur və belə olan halda da işin keyfiyyətində problem yaranır. Ümumiyyətlə, Türkiyə teleməkanı Azərbaycan tamaşaçısının ayrılmaz hissəsidir. Ən çox izlədiyimiz televiziya kanalları da istər incəsənət, istərəsə də xəbər-informasiya məhsulları baxımından, məhz Türkiyə kanallarıdır. Ona görə də tərcüməyə və uyğunlaşdırmaya ehtiyac olduğunu düşünmürəm. Bu, mənə görə doğru deyil və bunu digər dillərdə olan məhsullardan ayırmaq lazmdır”, - Qənbərli bildirib.

Kino və televiziya rejissoru Röyal Əliyev, əvvəlcə qərarın nə üçün yenidən qəbul olunmasına diqqət çəkib: “Bir müddət əvvəl yerli teleserialların inkişafı üçün dövlət büdcəsindən pul ayrılmış, əcnəbi serialların yayımlanmasına ehtiyac olmadığı bildirilmiş və yerli serilların çəkilişinə təkan verilmişdi. Lakin bir-iki serial istisna olmaqla, demək olar ki, keyfiyyətli məhsul ortaya qoyulmadı. Gah mövzu seçimi uyğun olmadı, gah aktyor seçimi düzgün aparılmadı, gah da texniki baxımdan çatışmazlıqlar oldu”.

“Bundan əlavə, bir serialın çəkilməsi üçün müəyyən məbləğdə vəsait ayrılsa da, həmin seriala həddindən artıq az xərc çəkilirdi. Mənimsənən məbləğlərin isə hara və necə yoxa çıxması ilə bağlı heç kim maraqlanmırdı. Belə olan məqamda isə təcrübəsiz və təsadüfi serial heyəti seriallara kimi gəldi, çəkməyə başladı. Bu xətlə çəkilməyə başlayan və davam edən seriallarla isə nə Milli Televiziya və Radio Şurası, nə də digər müvafiq qurumlar maraqlandı. Bu özbaşınlığın tüğyan etdiyi zamanda seriallara ayrılan vəsait dayandırıldı. Çünki ayrılan vəsait rejissorların özlərini doğrultması, formalaşdırması və özlərinin sərbəst fəaliyyətə başlaması üçün idi. Beləliklə də, hər şey o qədər formal oldu ki, büdcəni dağıtdılar və kanallarda efir yerləri boş qaldı”, - o bildirib.

“Əvvəllər televiziyalar dövlət hesabına 3-4 serial çəkdirib, efiri doldururdu. Bundan sonra isə seriallar çəkilmədi və bazar öldü. Televiziyalarda da seriallar üçün ayrılmış efir saatları boş qaldığı bir maqamda, kənardan müxtəlif illərə məxsus köhnə seriallara müraciət edilməyə başlandı. Halbuki, o serialların mövzuları bu gün üçün heç bir uyğunluq təşkil etmir. Sadəcə efir xətrinə və boşluğu doldurmaq üçün görülən bir işdir”, - Əliyev vurğulayıb.

Mütəxəssisin fikrincə, bütün bunlar tamaşaçını efirdən uzaqlaşdırmaq məqsədi daşıyırdı: “Düzdür, tamaşaçı onsuz da efirdən uzaqlaşmışdı və xarici ölkələrin məhsullarını izləyirdi. Kanal rəhbərləri də elə düşündülər ki, xarici serialları tərcümə etməklə, tamaşaçını efirə qaytaracaqlar. Lakin planlaşdırılmış efir siyasəti Azərbaycan tamaşaçısını öz televiziyasına nifrət etməyə yönəlmişdi və həmin o siyasət bu gün özünü doğruldur”.

Rejissor xarici serialların keyfiyyətisz dublyaj olunnmasını da tənqid edib: “Dəfələrlə şahid olmuşam ki, bəzən hansısa xarici serialı dublyaj edərkən, bir neçə dəqiqə dublyaj olunmayıb və köhnə serialardan olan dialoqları kəsib, əlavə ediblər. Yəni, kim harada nə danışır danışsın, fərqi yoxdur, iş ortaya çıxsın. Bunun da səbəbləri var. Çünki işi görənlər tərcüməyə pul xərcləmək istəmirlər. Ona görə də tərcüməsi asandır deyə, Türkiyə seriallarını tərcümə və dublyaj edib efiri doldurmağa başladılar”.

“Digər tərəfdən, düşündülər ki, Türkiyə seriallarını olduğu kimi efirə versələr, onların fəaliyyətini sorğulayacaqlar. Axı, dövlət bu serialların tərcüməsi və dublyajı üçün pul ayırıb. Onlar da pul əldən çıxmasın deyə, Türkiyə seriallarını tərcümə etməyə başladılar. Düşünürəm ki, seriallar peşəkarcasına dublyaj olunacaqsa, olunsun. Əks halda buna ehtiyac yoxdur. Hətta, bir müddət əvvəl gülməli bir iş də görmüşdülər. Belə ki, Kamal Sunalın filmlərində bütün akyorları dublyaj etsələr də, Kamal Sunalın (Şabanın) səsini dublyaj etmirdilər. Çünki keyfiyyət itməsin deyə, tərcümə etmirdilər. Demək, tamaşaçı necə sevirsə, elə də etmək lazımdır”, - Əliyev qeyd edib.

O, dublyaj aktyorlarının işinə də kölgə salmağın da tərəfdarı deyil: “Ona görə də orta xətti tapmaq lazmdır. Orta xətt isə odur ki, tamaşaçıların qulağına möhürlənmiş səslər, gözlərinə möhürlənmiş obrazlar ya olduğu kimi saxlanılsın, ya da orjinaldan yaxşı təqdim edilsin. Yox, formal xarakter daşıyacaqsa, gülüş doğuracaqsa, o zaman lazım deyil. Bunun üçün də nəzarət güclənməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Bu gün, 16:57
Asif həkim dəfn edildi - Foto
Bu gün, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Bu gün, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Bu gün, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Bu gün, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Bu gün, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Bu gün, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Bu gün, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Bu gün, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Bu gün, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Bu gün, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Bu gün, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Bu gün, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Bu gün, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Bu gün, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Bu gün, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Bu gün, 15:18
Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Bu gün, 15:12
İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Bu gün, 14:59
"Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Bu gün, 14:58
Daha 4 tiktoker tutuldu
Bu gün, 14:45
Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Bu gün, 14:42
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru