İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                 

Vətən müharibəsində nələr gördük, nə göstərdilər? - GƏLİŞMƏ
Tarix: 8-12-2020, 08:17 | Çap et
Vətən müharibəsində nələr gördük, nə göstərdilər?
44 gün davam edən və qələbə ilə nəticələnən Vətən müharibəsi Azərbaycan jurnalistikası üçün də bir sınaq oldu. Döyüş bölgəsinə ezam olunmuş jurnalistlərin müharibəni işıqlandırması ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri hesab edirlər ki, müharibə barədə məlumatların operativ şəkildə çatdırılmasında problemlər yaşandı. Xüsusən də əlində xəbərləri operativ şəkildə çatdırma imkanı olan telekanallar qınanılır. Məlumatların gec çatdırılması, xarici ölkə jurnalistlərinin yerli media nümayəndələri ilə müqayisədə hadisələrə daha çevik reaksiya verdikləri bildirilir. Eyni zamanda, xəbərləri peşəkarlıq baxımdan təqdim edilməsində problemlərin olduğu qeyd edilir.

Amma əks fikir söyləyənlər də var. Onların fikrincə, əvvəlki dövrə nəzər saldıqda, dəyişikliklərin olduğunu görməmək mümkün deyil. Başda Azərbaycan Televiziyası (AzTV) olmaqla, İTV-nin, REAL TV-nin, “Xəzər TV”-nin və digərlərinin bölgə müxbirləri, döyüş bölgəsinə ezam olunan əməkdaşları Vətən müharibəsi zamanı cəmiyyəti məlumatlandırdı, canlı bağlantılar təşkil etdilər. Hər xəbər buraxılışında birbaşa hadisə yerindən mümkün ola biləcək kadrlar yayımladılar. Həmçinin, digər KİV nümayəndələri, elektron və yazılı media orqanlarında çalışan jurnalistlər bacardıqları qədər ölkəni məlumatla təmin edə bildilər.

Vətən müharibəsi zamanı qaynar nöqtələrdən xəbər çatdıran jurnalistlər də kəskin tənqidlərlə, “jurnalistlərimiz cəbhədən xəbər vermək baxımından “2” aldılar” ittihamları ilə razılaşmırlar. AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.

İkinci Qarabağ müharibəsi dövründə cəbhədə fəaliyyət göstərən AzTV-nin əməkdaşı, hərbi jurnalist Anar Şuşalının fikrincə, ümumi fikir səsləndirərək, jurnalistlərimizin cəbhə bölgəsində işləyə bilmədiyi haqqında fikilər düzgün deyil: “Bəzi tənqidlərdə müəyyən həqiqətlər var. O mənada ki, təcrübəsiz jurnalistlər var idi. Barıt qoxusu duymayan, hərbi xidmətdə olmamış, əlinə bircə dəfə də avtomat almamış jurnalistlər var idi. Təbii ki, onların pis niyyəti yox idi, sadəcə xəbər çatdırmaq istəyirdilər. Hamımızın bir amalı var idi - düşmənin törətdiyi təxribatları, müharibə cinayətlərini, sivil insanlara vurduğu ziyanları vətəndaşlara və dünyaya çatdırmaq. Eyni zamanda, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücumunu, ərazilərin işğaldan azad olunmasını xəbər vermək hər kəsin istəyi idi. Xalqın nümayəndəsi olaraq, vətəndaş olaraq cəbhə xəttindəki jurnalistlər də bir yumruq kimi birləşdilər. Jurnalistlər arasında informasiyanın çatdırılmasında fikir ayrılığı yaşanmadı. Amma, əlbəttə, yenə də deyirəm, 2-3 nəfər qeyri-peşəkarlıq nümayiş etdirə bilərdi. Bunu da istədiyindən yox, bilmədiyindən edirdi”.

“Azərbaycan jurnalistikası Vətən müharibəsində özünü yaxşı tərəfdən göstərdi, operativ işləmək bacarığını ortaya qoya bildi. Bilirsiniz, mən şəxsən xaricdə baş verən müharibələrdə, qaynar nöqtələrdə işləmişəm. Hərbi jurnalistika ilə bağlı kurslar keçmişəm. Müharibə bölgəsindən informasiyanı necə çatdırmaq lazımdır, bilirəm. Qarabağ müharibəsi nə Suriyada, nə Əfqanıstanda, nə də digər ölkələrdə baş verdi. Bu, bizim ölkəmizdə yaşanırdı. Bizim çəkiliş rakursları elə seçilməli idi ki, düşmənə hansısa hədəfi verməyək”, - jurnalist bildirib.

O, İkinci Qarabağ müharibəsində xarici ölkələrin jurnalistlərinin də cəbhə bölgəsində fəaliyyət göstərdiklərini xatırladıb: “Təəssüflər olsun ki, həmin jurnalistlər yanlışlıqlara yol verirdilər. O mənada ki, çəkiliş rakurslarına fikir vermirdilər, nəticədə düşmən yer müəyyənləşdirə bilirdi. Müşahidə etdim ki, onlar nə vaxt hansı yerdən canlı bağlantı edirdilər, 5-10 dəqiqədən sonra düşmən həmin istiqaməti atəşə tuturdu. Biz onlara iradlar tutduq, sağ olsunlar, əksəriyyəti anlayış göstərdi. Mən anlayıram, onlar xarici ölkədə baş verən müharibəni işıqlandırırdılar, onlar üçün milli müharibə deyildi. Amma müharibə bizim ölkəmizdə gedirdi, biz jurnalist kimi xəbər çatdırmaqla yanaşı, həm də bir vətəndaşıq. Məlumatları elə çatdırmalıyıq ki, dövlətimiz üçün zərərli nəticələrə gətirib çıxarmasın. Biz hər şeyi çəkib göstərə bilməzdik”.

“Bəziləri elə bilir ki, hərbi əməliyyatların getdiyi nöqtədəyiksə, onu çəkib tez efirə verməliyik. Bu, düzgün yanaşma deyil. Axı, həmin yerlərdə bizim texnikalarımız dayanır, əsgərimiz dayanır, ordumuzun taktikası var. Bunların hamısı məxfilik baxımından önəm daşıyan məsələlərdir. Hesab edirəm ki, hansı informasiya lazım idisə, bacardığımız qədər onu ictimaiyyətə çatdırdıq. Kifayət qədər peşəkar və operativ şəkildə Vətən müharibəsini insanlara göstərə bildik. Özümüzü tərifləmək kimi çıxmasın, amma AzTV olaraq cəmiyyətə dolğun, peşəkar formada informasiyanı çatdırdı. Bunu hər kəs gördü”, - deyə Şuşalı sonda vurğulayıb.

REAL TV-nin cəbhə bölgəsinə ezam etdiyi əməkdaşı, jurnalist Mahir Məmmədli isə qeyd edib ki, Azərbaycanda müharibə jurnalistikası başqa ölkələrə nisbətən çox inkişaf etməyib: “1994-cü ildə atəşkəs elan olunduqdan sonra, Aprel döyüşlərini istisna etməklə, hərbi əməliyyatları işıqlandırmağa çox az getmişik. Təbii ki, bizdə müharibə jurnalistikası inkişaf eləməmişdi. Buna baxmayaraq, son hadisələrdə şahidi oldum ki, digər televiziya kanallarından olan həmkarlarım, sayt əməkdaşları tam hadisələrin məkəzində idilər və heç nədən qorxmurdular. Ermənistan müharibə cinayətləri törədən bir terror dövlətidir. Bu cinayətkarın atəş açdığı yerə insanlar yığışdıqdan sonra, yenidən atəş açması istisna deyildi. Buna baxmayaraq, bizim jurnalistlər hadisə baş verən andan hadisə yerində işləməyə çalışırdılar. Təbii ki, bu hadisələr bizim jurnalistlərimiz üçün həm də təcrübə oldu”.

“Müharibə ilk başlayan vaxtlarda belə problemlər olurdu. Tutaq ki, partlayış baş verirdi və həmin əraziyə gələn jurnalistlərin bir çoxu təhlükəsizlik jiletindən, kaskadan istifadə etmirdi. Bir müddət keçdikdən sonra isə jurnalistlər də başa düşdülər ki, onlar özlərinin təhlükəsizliyini də qorumalıdırlar. Ermənistan üçün atəşə tutduğu ərazidə qadın, uşaq, qocanın yaşamasının fərqi yoxdur, onun üçün jurnalist də hədəfdir. Biz gördük ki, Tapqaraqoyunluda ermənilər jurnalistlərin avtomobilini necə atəşə tutdular. Yəni bunlar üçün heç bir dəyər, əxlaq yoxdur. Ermənistanın apardığı bu müharibədə heç bir əxlaq normaları yoxdur. Ona görə də jurnalist özü-özünü qorumalıdır. Həm də dolğun informasiya çatdırılmalıdırlar. Hesab edirəm ki, bunun öhdəsindən gəlindi”, - deyə Məmmədli söyləyib.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin sözlərinə görə, televiziyaların, saytların, qəzetlərin jurnalistləri cəbhədən birbaşa reportajlar, publisistik yazılar hazırladılar, cəmiyyətə məlumat ötürdülər: “Ordumuz böyük şücaət göstərdi, torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun hünəri informasiya cəbhəsində layiqincə tamamlandı. Düşünürəm ki, jurnalistlərimiz vahid psixoloji xarakter ortaya qoydular”.

“Məsələn, televiziyaların hər birinin fərqli psixoloji xarakteri var. Biri musiqi, digəri idman, bir başqası mədəniyyət və s. ilə məşğuldur. Lakin müharibə dönəmində onların hamısı Qarabağ savaşı mövzusunu əsas götürdü və bu istiqamətdə işlədi. Xüsusilə, telekanalların jurnalistləri ən ağır yerlərdə əsgərlərimizin yanında oldular. Telekanalların reportyorları Gəncəyə, Tərtərə atılan bombanın, Ağcabədiyə, Ağdama atılan raketlərin altında oldular. Bu şərtlər altında da bizə lazımi informasiyanı ötürdülər. Həm də, informasiyaları peşəkar şəkildə çatdıra bildilər. Məsələn, AzTV, İTV və digər telekanallar hər xəbər buraxılışlarında cəbhənin bir neçə istiqamətindən efirə canlı bağlantılar təşkil edirdilər, hadisə yerindən görüntülər təqdim edilirdi. Eləcə də, informasiya portalları, sizin saytınız da daxil olmaqla, mütəmadi olaraq məlumatları çatdırdılar. Qəzetlər analitik materiallar, şərhlər təqdim etdilər”, - ekspert vurğulayıb.

Məmmədli ümumilikdə hesab edir ki, cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərimiz üzərilərinə düşən işin öhdəsindən laiqincə gələ bildilər: “Şəxsən bir müəllim kimi, vətənpərvərliyə, peşəkarlığa və döyüşkənliyə görə mən jurnalistlərimizin fəaliyyətindən çox razıyam. Azərbaycan mediası Vətən müharibəsi zamanı yüksək peşəkarlıq və vətənpərvərlik sərgilədi”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru