Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                 

"Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən"
Tarix: 5-08-2021, 08:32 | Çap et
"Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən"
Moderator.az Əməkdar Artist, Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarova ilə müsahibə edib.

- Nəsibə xanım, karantin müddətini necə keçirdiniz?

- Pandemiya bizi yeni tamaşanın məşqlərinin ən qızğın mərhələsində yaxaladı. Sanki sürətlə qaçırsan və birdən dayanırsan. Tək sən yox, ətrafda hər şey dayanır, həyat donur. Daxilindəki yüksək ritm batildəki ətalətlə tam təzad təşkil edir. Bir müddətdən sonra məşğuliyyət axtarmağa başlayırsan. Rəfiqələrinlə WhatsAppda danışırsan, bəhsə-bəhs şirniyyatlar, yeməklər bişirirsən və... Bir də görürsən ki, yığdığın çəkidən əyilib ayaqqabılarını geyinməyə çətinlik çəkirsən. Depressiya, dəhşət! Sən daha heç nəyə qadir deyilsən, heç kimə lazım deyilsən. Bu sondur!!! Sondur? Məhz bu sualı özümə verib hər səhər yürüməyə başladım. Gündə ən azı on min addım atırdım. Daha sonra parkda oturub təbiəti müşahidə edirdim. Daim işlədiyim illər ərzində necə bir hüzurdan məhrum olduğumu anladım. Sən demə, biz heç də təbiətin şahı deyilmişik, biz ona mane olurduq və o, bizdən qisas almağa başladı. İndi insan yenidən yaşamağı öyrənməlidir. Müxtəsər, insan gərək ən pis vəziyyətdə belə nikbin olmağı bacarsın. Mənsə karantinin verdiyi azadlıqdan zövq almağın yolunu tapdım.

- Uzun illər fəaliyyət göstərdiyiniz səhnədən ayrı düşmək yormadı ki sizi?

- Əlbəttə ki, səhnə üçün çox darıxmışam. Səhnə mənim həyatımın ayrılmaz bir hissəsinə çevirilmişdi. Ən üzgün, ən yorğun məqamlarımda belə heç vaxt səhnədən uzaqlaşmadım. Amma karantin müddətində bəzi çəkilişlərim olduğundan bu niskil o qədər də dözülməz olmadı.

- Deyəsən çalışdığınız Gənc Tamaşaçılar Teatrında Covid-19a yoluxanlar xeyli olmuşdu, bəs siz necə?

- Qəlbimə əziz adamlardan bu bəlaya düçar olanlar çox idi. Təəssüf ki itirdiklərimiz də oldu. Amma məni Allahım qorudu. Şükür onun mərhəmətinə. Mən bu ağır yoluxucu xəstəlikdən bu günə kimi qorunmağı bacardım. Əgər Covidə yoluxsaydım özüm bir tərəfə, pişiyimə kim baxardı? O mənim üçün çox əzizdir. Demək olar ki, həyatımı bölüşdüyüm birgə yaşadığım yeganə varlıqdır.

- Son rol aldığınız “Varislər” tamaşasında göründüyü qədəriylə Burqanın evdən qovulmuş və şəhərdə yüngül həyat tərzi keçirən qızı obrazını canlandırdınız və rol kifayət qədər bəyənildi. Bəs özünüz bu obrazdakı ifanızı bəyəndinizmi?

- Stop!!! Yüngül həyat tərzi? Yenə bizim mental düşüncə tərzimiz. Bu əsərdə də, məhz bu kimi düşüncələrə qarşı çıxılır. Həmişə qadın günahkardır, onun bütün bəlalarının kökü olan yazıq kişilər isə mələkdir. Sevdiyi yeganə kişi ona yiyə durmayıb, Allahı, dayağı bildiyi atası isə əl uzadıb yıxılanı qaldırmaqdansa, onu bu vəziyyətdə küçəyə atıb. Söhbət 90-cı illərdən gedir. Siz gəncsiniz, bəlkə də bilməzsiniz ki, o illərdən sağ çıxmaq nə deməkdir. Banatsa sınmayıb, qardaşının verdiyi pulla biznes qurub, quldurlarla, reketlərlə kəllə-kəlləyə gəlib, sağ qalıb və indi müstəqildir. Özünü kişi kimi aparır ki, daha heç kim onu incitməsin. Çünki heç kimə inanmır, heç kimi yaxın buraxmır. Amma Burqanin evi onu məhv etmək üçün 20 il gözləyib. Kaş ki, gəlməyəydi, onda həlak olmazdı. Bu kədərli tamaşanı çox sevirəm, bəyənmək, yaxud bəyənməmək isə tamaşaçıya qalsın.

- Səhnədə canlandırdığınız elə bir obraz olubmu ki özünüzə yaxın biləsiniz?

- Məncə, oynadığım rollar məni özəlləşdirib. Yox, hər bir rol başqa xarakter, fərqli taledir. Heç biri Nəsibə Eldarova deyil. Ola da bilməz.

- Nəsibə xanım özünü güclü qadın hesab edirmi? (Mümkünsə səbəbi)

-Düşünmürəm. Səbrli ola bilər, lakin güclü yox. Səbəbini özüm də bilmirəm və buna görə də açıqlaya bilməyəcəyəm.

- Müsahibə verməyi sevmirsiniz və bu sahədə bir çox neqativ təcrübələriniz olub.Sizcə bu nədən irəli gəlir ,jurnalistlərin zamanla üzərinizdə reytinq yığmaq istəməsi, yoxsa başqa bir səbəbdən?

- Məndən yalan yolla istifadə edənləri heç vaxt sevmirəm. Zamanla bəzi jurnalistlər olub ki, mənimlə olan müsahibələrində sənətimdən xəbərsiz halda şəxsi həyatımı müzakirə etməyə çalışıblar. Azərbaycanda jurnalistikanın dərin ənənələri var və çox təəssüf ki, öz sənətindən xəbərsiz olanlar sadəcə qazanc və reytinq toplamaq üçün bu sənətə gələnlər öz işləri ilə jurnalistika sənətini kiçildən addımlar atıblar. Lakin mən düşünürəm ki, elələri çox getməyəcək. Bıçaq sümüyə dirənəndə qan çıxır. Bir də, misal üçün, Lorkanın kim olduğunu bilməyən individumla nədən danışmaq olar?

- Sizcə, post pandemiya dövründə teatrlar açılanda əvvəlki gücünüzlə səhnədə ola biləcəksinizmi?

- Bəlkə də, daha böyük qüvvə ilə səhnədə olacağam. Özümü həm fiziki, həm də mənəvi cəhətdən buna hazır hesab edirəm. Axı bu dövrdə çox şeyləri tərəziyə qoyduq, yenidən dəyərləndirib, çox məsələləri dərk etdik. Bir sözlə, deyəsən, bu yaşımızda nəhayət ki, müdrikliyə namizəd olduq. Heç nəyə baxmayaraq, stəkan yarıya qədər doludur, qızım. Hər şey yaxşı olacaq. Ümidsiz yaşamayaq, şükürlü olaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru