Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                 

İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Tarix: Bu gün, 14:07 | Çap et

Dələduzluq dosyelərini vərəqlədiqcə, oxuduqca bu cinayətlərdə qurban olan insanların durumuna acımamaq olmur. Dələduzluq hadisələri sərhəd tanımır, həm beynəlxalq ekstradisiya, həm məhkəmə hökmləri, həm də genişmiqyaslı aldadılma sxemlərini əhatə edir.

Faktlara diqqət edək:

69 min aldı, Türkiyəyə qaçdı

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Sevinc Hüseynovanın Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi diqqət çəkən hadisələrdən biridir. İttihama görə, o, vətəndaşları işə düzəltmək və vəzifəyə təyin etdirmək vədi ilə aldadaraq ümumilikdə 69 min manat mənimsəyib. Hüquq-mühafizə orqanları onun ölkəyə gətirilməsini beynəlxalq əməkdaşlığın nəticəsi kimi qiymətləndirir.

200 min də belə getdi

Bakı Ağır Cinayətlər Məhkəməsində isə Cəbrayıl Qəmbərovun işi yekunlaşıb. O, müəllim vəzifəsinə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq 200 min manatdan çox vəsait mənimsəməkdə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.

400 mini belə ələ keçirdi

Oxşar cinayət işi üzrə Vüqar Əsədov da məhkəmə hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum olunub. İttihamlara görə, o, “quşçuluq biznesi” və yüksək gəlir vədi ilə 400 min manatdan çox vəsait ələ keçirib, həmçinin işə düzəltmə və digər vədlərlə əlavə dələduzluqlar həyata keçirib.

Ekspertin 400 minlik “eksperimenti”

Digər bir işdə Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun adı keçir. O, ucuz mənzil satışı və dövlət qurumları vasitəsilə iş vədləri verərək 400 min manatdan artıq vəsaitin mənimsənilməsində ittiham olunur. İş üzrə məhkəmə prosesi davam edir.

1 gündə 12 dələduz ələ keçdi

Eyni zamanda aprelin 30-da polis tərəfindən keçirilən əməliyyat nəticəsində dələduzluqla bağlı axtarışda olan 12 nəfərin saxlanılması da açıqlanıb.

Bu hadisələr göstərir ki, Azərbaycanda dələduzluq əsasən üç istiqamət üzrə geniş yayılıb: işə düzəltmə, investisiya və gəlir vədləri, eləcə də mənzil və sosial layihələrlə bağlı aldatmalar. Hüquq-mühafizə orqanları bu sahədə əməliyyatları davam etdirir, məhkəmələr isə ardıcıl olaraq hökmlər çıxarır.

Digər tərəfdən, bu işləri törədənlərin bir çoxu təsadüfi adamlar deyil. Bəziləri vaxtilə hansısa qurumda işləyib, bəziləri isə sadəcə özünü “içəridən adam” kimi təqdim edib. İnsanlar da inanır. Çünki düşünür ki, dövlətə yaxın olan adam yalan danışmaz. Amma məhz bu “etibar” ən böyük silaha çevrilir. Ən təhlükəli məqam isə “asan qazanc” illüziyasıdır. Bir adam deyirsə ki, “pul qoy, hər ay 10 faiz gəlir götür”, bu, iqtisadi baxımdan mümkün deyil. Amma yenə də inanan tapılır. Niyə? Çünki hamı tez qazanmaq istəyir. Dələduz isə əvvəl az miqdarda pul qaytarıb etibar yaradır, sonra böyük məbləği götürüb yoxa çıxır. Başqa bir reallıq da var: insanlar rəsmi mexanizmlərə tam güvənmir. “Dövlət yolu ilə alınmırsa, başqa yolla həll edim” düşüncəsi hələ də yaşayır. Bu isə vətəndaşı qanunsuz və riskli yollara sürükləyir. Amma burada çox vacib və az danışılan başqa bir məsələ də var – məhkəmələrin bu işlərə yanaşması. Bəli, dələduzlar tutulur, məhkəmə qarşısına çıxarılır. Amma çox vaxt cəmiyyət belə bir mənzərə görür. Ziyanın bir hissəsi qaytarılır və bu, yüngülləşdirici hal kimi qəbul olunur.

Təqsirləndirilən şəxs “ilk dəfə cinayət törədib” arqumenti ilə daha yüngül cəza alır və ya minimum həddə yaxın hökmlər çıxarılır. Bu isə yeni dələduzlar üçün bir növ “hesablanmış risk” mühiti yaradır. Adam əvvəlcədən bilir ki, əgər planı baş tutmasa belə, ən pis halda cəzanı yüngülləşdirmək mümkündür. Pulun bir hissəsini qaytarmaqla, müxtəlif bəhanələrlə, prosesləri uzatmaqla. Ən pisi də odur ki, zərərçəkmişlər çox vaxt tam kompensasiyanı ala bilmir. Yəni dələduz müəyyən hissəni qaytarır, amma qalan böyük məbləğ itib gedir. İnsan həm pulunu itirir, həm də ədalətin tam bərpa olunduğunu görmür. Ortada bir psixoloji məqam da var: “bəlkə mənim işim alındı” ümidi. Hamı bilir ki, dələduzluğa görə həbs olunanlar var. Amma eyni zamanda hər kəs düşünür ki, bəlkə bu dəfə alınacaq. Məhz bu düşüncə yeni qurbanlar yaradır. Nəticədə dələduzluq adi xəbərə çevrilir. Artıq cəmiyyət şok olmur, sadəcə oxuyub keçir. Bu isə ən təhlükəli mərhələdir. Çünki problem dərinləşir.

Nə etməli? Vəziyyətdən çıxış yolu nədir?

Vəkil Asim Abbasov Musavat.com-a deyib ki, bu gün dələduzluğun belə geniş yayılması təsadüfi deyil:

“Bu, həm insanların düşüncə tərzi, həm də cəmiyyətdə formalaşmış bəzi yanlış inancların nəticəsidir. Ən birinci səbəb - insanlar hələ də tanışlıqla iş tapmaq olar fikrinə inanır. Kimsə gəlib deyəndə ki, filan yerdə adamım var, səni işə düzəldərəm, çoxları bunu nağıl kimi yox, real imkan kimi qəbul edir. Çünki illərlə belə söhbətlər eşidilib. Dələduz da məhz bundan istifadə edir. Azərbaycan insanı vəzifəli və ya vəzifəyə yaxın görünən adamlara daha tez inanır. Düşünür ki, bu adam dövlət qurumunda işləyib, yalan danışmaz. Halbuki, çox vaxt məhz bu “etibar” aləti kimi istifadə olunur”.

Vəkil bildirib ki, Azərbaycanda asan qazanc istəyi ilə yaşayanlar çoxluq təşkil edir:

“Kimsə deyir ki, pul qoy, hər ay 10 faiz gəlir götür. Normalda bu mümkün deyil. Amma insanlar riskə gedir, çünki tez qazanmaq istəyir. Dələduz da əvvəl bir az pul qaytarır ki, etibar yaransın, sonra böyük məbləği götürüb yoxa çıxır. Problem həm də dövlət qurumlarına etimadın zəifliyindədir. İnsanlar rəsmi yolların işlədiyinə tam inanmır. Düşünür ki, dövlət yolu ilə alınmırsa, başqa yol tapım. Bu isə onları qeyri-rəsmi və təhlükəli yollara aparır və nəticədə maliyyə itkisi meydana çıxır”.

Vəkilin sözlərinə əsasən, dələduzluq işlərində cəzanın əmələ nisbətdə, dələduzluqla əldə olunan məbləğə nisbətdə zəif hiss olması bu cinayətə meyillənmənin əsas səbəblərindən biridir:

“Hamı bilir ki, tutulanlar var, amma eyni zamanda belə fikir də var ki, bəlkə mənim işim alınar, ilişmərəm. Və ya tutulsam, dələduzluqla əldə etdiyimdən bir hissəsini qaytararam, yenə də azadlıqda qalaram. Bu düşüncə dələduzluğun yayılmasını şərtləndirir. Nəticədə dələduzluq artıq tək-tək hadisə deyil, adi hala çevrilir. Hər gün oxşar xəbərlər çıxır və insanlar buna alışır. Bu isə ən təhlükəli mərhələdir. Yeni dələduzlar üçün bir növ “hesablanmış risk” mühiti yaradır. Adam əvvəlcədən bilir ki, əgər planı baş tutmasa belə, ən pis halda cəzanı yüngülləşdirmək mümkündür. Ən pisi də odur ki, zərərçəkmişlər çox vaxt tam kompensasiyanı ala bilmir. Yəni dələduz müəyyən hissəni qaytarır, amma qalan böyük məbləğ itib gedir. İnsan həm pulunu itirir, həm də ədalətin tam bərpa olunduğunu görmür”.

Vəkil vətəndaşların dələduzluq qurbanı olmaqdan özlərini sığortalaya biləcəklərini deyib:

“Reallıq isə çox sadədir. Pul müqabilində dövlət işinə düzəlmə çox vaxt tələdəki pendir misalıdır. Heç kim qısa müddətdə böyük və stabil qazanc vəd edə bilməz. Heç bir “tanışlıq” qanundan üstün deyil. Amma bu reallıqlarla yanaşı başqa bir həqiqət də var. Əgər həm cəmiyyət riskli düşüncədən imtina etməsə, həm də hüquqi sistemdə cəzanın qaçılmazlığı və sərtliyi real hiss olunmasa, dələduzluq azalmayacaq. Bu gün problem təkcə dələduzlarda deyil. Problem həm də onları yaradan mühitdə, onlara inanan düşüncədə və bəzən də onları kifayət qədər sərt cəzalandırmayan sistemdədir”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Bu gün, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Bu gün, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Bu gün, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Bu gün, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Bu gün, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Bu gün, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Bu gün, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Bu gün, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Bu gün, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru