Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Çelyabinsk vilayətində yerləşən Şaqol aerodromuna zərbələr endirib. Hava hücumu zamanı bir neçə Su-57 və bir ədəd Su-34 qırıcısı məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hədəflərin PUA-larla vurulduğu bildirilib. Həmçinin aerodromda digər obyektlərə dəymiş ziyanın miqyası müəyyən edilir.
Baş Qərargah qeyd edib ki, hədəflər Ukraynanın dövlət sərhədindən təxminən 1700 km məsafədə yerləşir.









