"Dedi ki, mən bəstəkar Şəfiqə Axundovayam, tanıyırsan məni?"
Tarix: 21-01-2022, 09:17 | Çap et
 “Azərbaycan Dövlət Filarmoniyasında bayram konserti idi, mən o zaman Şahnaz muğamını ifa etdim. Böyük alqışlarla səhnəni tərk edəndə qolumdan bir əl tutdu. Dedi ki, qızım ayaq saxla, sən Gülyaz deyilsən?! Dedim ki, bəli! Dedi ki, mən bəstəkar Şəfiqə Axundovayam, tanıyırsan məni? Dedim ki, “Nədən oldu?” mahnısını yazan xanım? Sevinə-sevinə dedi ki, mənim mahnımı İbrahim Tatlısəs də oxuyub. Bu hadisə 1990-1991-ci ildə baş vermişdi. Mənə dedi ki, səsini çox bəyəndim, istəyirəm sənə mahnı verim, öz mahnın olsun, gələrsən bizə. Şərəf və qürur hissi duydum ki, Şəfiqə xanım mənə mahnı verir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova Şəfiqə Axundova haqda xatirələrini bölüşərkən deyib. O daha sonra əlavə edib.
“Başladım hər gün Şəfiqə xanımgilə getməyə. Mənə dedi ki, “Gəlin qayası” operasında Gülbahar obrazını o vaxt Nəzakət Məmmədova, Səkinə İsmayılova və s. sənətkarlar ifa edib. 2000-ci ildə “Gəlin qayası” operasını yenidən bərpa edəndə Gülbahar obrazını mənə həvalə etdi. Şəfiqə xanımın 15-ə qədər mahnısını ifa etmişəm. Lirik, həzin bəstəkar idi. Nə yazırdısa deyirdi ki, bu mənim taleyim, ömrümdür. Ən yaralı yeri övladı idi, Taleh onun üçün böyük bir dərd idi. Ölüm gününə qədər Şəfiqə xanımla can bir qəlb olduq, onu anamız, ürəyimiz bildik. O bizə gəlirdi, biz onlara gedirdik. Görüşməyəndə zəng edib danlayırdı ki, hardasınız? Niyə biz görüşmürük?! Gülyanaq onun “Gəl ey səhər” mahnısını oxuyanda o qədər ağladı ki, yaxasındakı qızıl göz muncuğunu çıxarıb, Gülyanağın sinəsinə vurdu. “Mehriban olaq” adlı mahnısı dillərdə dastandır, biz hər xarici səfərimizdəki konsertin sonunda bu mahnını oxuyuruq. Müğənnilərin bir çoxu bu gün Şəfiqə xanımın mahnılarını oxuyur. O heç vaxt mahnı satıb pul qazanmayıb. Deyirdi ki, mahnılar övladlarımdır, adam da övladını satıb, pul qazanar?! Ömrünün son günlərində yanında ola bilmədim, konsert və işlərim çox olduğundan elə bu gün gedərəm, sabah gedərəm deyib unutdum. Maşına oturdum ki, yanına gedim, Svetlana xanım ağlaya-ağlaya zəng etdi ki, artıq gecdir” deyə xalq artisti bildirib. Xalq artisti Gülyanaq Məmmədova isə bəstəkarla tanışlığını belə xatırlayıb. “Asəf Zeynallı adına musiqi kollecində oxuyurdum, 1994-1995-ci illər idi. O vaxt kirayədə qalırdım, ev sahibinə zəng edib dedi ki, danışan Şəfiqə Axundovadır, bizə gələ bilərsən? Özünəməxsus şivə və Şəki ləhcəsi ilə danışırdı. Dedim ki, əlbəttə ki, gələrəm. Getdim evlərinə, Taleh mənə qapını açdı. Yubileyə hazırlaşırdı, mənə 2 mahnı verdi. Dedi ki, oxumağına, səsinə bələdəm deyə sənə qulaq asmayacağam. Biri Şəki mahnısı idi, digəri isə hind mahnısıdı idi. Öyrətdi mənə, hər ikisini də oxudum. Sanki bizim anamız idi, ömrünün sonlarına qədər yanında olduq. Oğlu Taleh bizə bacı deyirdi, deyirdi ki, Talehim tək deyil, iki bacısı var həyatda, Gülyaz və Gülyanaq. Deyirdi ki, mənim mahnım kimin səsində yaşayacaqsa bax mən o ifaçını axtarıram. Bir neçə xüsusi mahnı var idi ki, sırf mənim üçün yazmışdı. Əl çəkmədi ki, “Gəl ey səhər” mahnısını oxuyacaqsan. Dedim ki, Şəfiqə xanım bu mahnını oxuya bilmərəm axı, bəlkə vokalist oxusun? Deyirdi ki, ay qız, sən nə danışırsan? Mən bilmirəm ki, onu kim oxuya bilər, kimin səsində yaxşı alınır? Bizə qarşı o qədər diqqətli olub ki, Şəfiqə xanımı hələ də unuda bilmirik” deyə xalq artisti bildirib. Xalq artisti Nəzakət Teymurova isə “Gəlin qayası” operasındakı obrazından danışıb. “Şəfiqə xanımın “Gəlin qayası” operasında Gülbahar obrazını canlandırmışam. Bir-bir özü bizi öyrədirdi, məşqlərdə olurdu. O vaxtı piano ifaçısı Məlahət İsmayılova idi, amma özü də bir-bir hər dəfə ifa edirdi. Həm də vokalda oxumaq öyrədirdi. “Gəlin qayası” çoxdan idi axı səhnədə yox idi. O vaxt bizdən əvvəl bu obrazı rəhmətlik Nəzakət Məmmədova və Rübabə Muradova ifa etmişdi. Onlardan sonra bu tamaşa repertuardan çıxmışdı. Çox maraqlı günlərimiz keçib Şəfiqə xanımla. Bir də görürdün ki, Taleh də gəlir. Taleh də bu mahnını, musiqini bilirdi” deyə Nəzakət Teymurova bildirib. Qeyd edək ki, 21 yanvar Şəfiqə Axundovanın doğum günüdür.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32 |
|
|
|
| • Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27 |
|
|
|
| • ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23 |
|
|
|
| • İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11 |
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
|