"İctimai Televiziyada Qobu və Hökməli qəsəbələrinə 10 gündür içməli suyun (ƏSLİNDƏ 13 GÜNDÜR) verilməməsi ilə bağlı reportaja baxdım. ADSEA-dan məsələ ilə bağlı bildirilib ki, guya ərazini qidalandıran su kəmərində qəza baş verib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Niyaz Niftiyev qeyd edib.
O, özünün etiraz dolu müraciətində daha sonra fikrini belə davam etdirir: "Ola bilər, qəza bu kimi xidmətlərdə davamlı rast gəldiyimiz hadisədir. Amma, ancaq və lakin... Ay ADSEA və onun rəhbəri Zaur Mikayılov adlı bəni -adəm... Sizin rəhbərlik etdiyiniz qurum bir qəzanı 10-12 gündür aradan qaldıra bilmirsə, iki böyük qəsəbənin 10 minlərlə əhalisi susuz qalıbsa, bu artıq faciədir, ADSEA-nın yarıtmaz fəaliyyətinin, bərbad idarəçilik sistemin göstəricisidir.
İndi sizə daha neçə gün, ay lazımdır ki, bu qəzanı aradan qaldıra biləsiniz? Və ən mühüm məqam: Qobu və Hökməlidəki abonentlərinizdən üzr istəmək, mesaj yazıb qəzanın nə zaman aradan qaldırılacağı kimi informasiyalar vermək fikriniz varmı?"











