Ağdam rayon sakini Azər Allahverdiyev Ağdam rayonunun Çullu kəndində yerləşən Soltanabad tam orta məktəbində ciddi nöqsanların olduğunu iddia edir.
"DİA-AZ" xəbər verir ki, şikayətçinin sözlərinə görə, məktəbdə idman zalı mövcud olsa da, şagirdlərin ondan istifadə etməsinə icazə verilmir.
Bildirilir ki, məktəbin direktoru Xatirə Məmmədova həmin zaldan anbar kimi istifadə edir və valideynlərin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bu məsələ ilə bağlı heç bir tədbir görülmür. İddialara əsasən, idman zalı faktiki olaraq şəxsi mülkiyyət kimi istifadə olunur.
Bundan əlavə, Azər Allahverdiyev iddia edir ki, məktəbdə guya gözətçi və digər işçilərin olduğu göstərilsə də, əslində belə əməkdaşlar mövcud deyil və onların maaşları drektor tərəfindən mənimsınilir.
Şikayətçi əlaqədar qurumlara müraciət edərək qeyd olunan iddiaların araşdırılmasını, qanunvericiliyə uyğun tədbirlərin görülməsini və məktəb direktoru Xatirə Məmmədovanın fəaliyyəti ilə bağlı müvafiq ölçü götürülməsini xahiş edir.











