"İnsanlar onu ən çox səsindən tanıyırdılar"
Tarix: 9-06-2022, 09:48 | Çap et
 O, ömrünün son günlərində belə xəstə halda yazıb pozurdu, çünki onu yaşadan sənət idi. Ramiz Əzizbəylinin əlvan yaradıcılığının mayasında onun istedadının səmimiyyəti və milli gülüş mədəniyyətimizin dadı və şirəsi, lətafəti və təravəti dururdu. Belə yanaşma tərzinə görə aktyorun ifasındakı obrazlarda güclü rəng koloriti var idi. Azərbaycan kino rejissoru və aktyoru ve Azərbaycanın xalq artisti (2008), professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, "Şöhrət" ordeni (2018), "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəyli, 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Respublikanın xalq artisti Ramiz Əzizbəyli gülüşün enerji nüvəsini düzgün müəyyənləşdirməklə onun mərkəz nöqtəsinə istinad edirdi . Ümumi gülüş palitrasında Ramizin obrazı parlaqlığı və cazibəsi ilə yaddaşlarda qalmaqdadır.
Ramiz Əzizbəyli, 1961-ci ildən “Azərbaycanfilm”ə dəvət olunub və o gündən etibarən fasiləsiz olaraq kinostudiyada çalışıb. Fəaliyyəti müddətində mindən çox filmin dublyajında iştirak edib, 50-dən artıq filmin mətnini rus dilindən ana dilimizə çevirib. “Mozalan” satirik kinojurnalının 100-ə yaxın sayında həm aktyor, eyni zamanda rejissor kimi çalışıb. 2021-ci iyunun 9 da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Sənətkar,Qurd Qapısı qəbiristanlığında dəfn edilib. diaaz.space xəbər verir ki, xalq artistinin qızı Cəlalə Əzizbəyli mərhumla bağlı xatirələrini Bizimyol.info xəbər portalına danışıb.
"Atam bir çox yaradıcı insanlar kimi gecələri yaxşı yata bilmirdi. Mənim ağlım kəsəndən onu səhər 4-də oyaq görmüşəm. Səhər 4-də oyanar, öz iş otağına keçər, orada yazıb pozar və rollarını əzbərləyərdi. Xüsusilə səhər tamaşası olanda o gecə heç yata bilməzdi. Səhərə qədər məşq edirdi. Bir də bir xasiyyəti var idi.., bir də görürdün yolda başlayırdı uca səslə oxumağa, məşq etməyə. İnsanlar onu ən çox səsindən tanıyırdılar. Tez yaxınlaşıb görüşürdülər. Biz də utanırdıq. Deyirdik, "ata, küçədə oxuma". Deyirdi ki, "qızım neyniyim, vaxtım yoxdu, ama məşq eləməliyəm". Ona görə də bəzən küçədə də oxuyurdu.
Hər şeydən öncə sənətkar idi, respublikada tanınmış insan idi. Evimiz daim onun ziyarətçiləri, dostları, tələbələri, hətta pərəstişkarları ilə dolu olurdu. Biz də daim qulluğunda idik. Onun ziyarətçiləri, yazı-pozu işləri, ayaq üstə olduğu zamanlarda tamaşaları, verilişləri həyatımızın bir parçası olmuşdu. Biz özümüzdən çox onun həyatını yaşayırdıq deyə bilərəm...
Atamın ölüm xəbərini eşitdiyimiz an bütün ailə olaraq düşündüyümüz "Biz RAMİZSİZ" nə edəcəyik?!"oldu. Çünki biz onsuz həyatımızı təsəvvür etmirdik. Hər şeydən əvvəl biz Ramizi itirdik, sonra da onunla yaşamağı.
Son günlərində daim yanımızda idi. O, 3 dəfə insult oldu. Sağ tərəfi paralic idi. Hərəkəti məhdud idi, amma yenə də xırda-xırda özünü idarə edirdi, amma yüksək şəkərlə əlaqəli olaraq ayağı qanqren oldu və bir ayağında parmaqlarını amputasiya elədilər. Ömrünün son 2 ilini tamamilə hərəkətsiz idi. Amma buna baxmayaraq yenə də yazıb-pozurdu. Çünki bu qədər çətin xəstəliklərdə onu yaşadan sənəti idi...
Atam təbiətən çox nikbin insan idi. Hər vəziyyətdə bir müsbət tərəf tapmağı bacarırdı. Mən yenə də elə düşünürəm ki, sənət eşqi onu yaşadırdı. Xəstə yatdığı müddətdə bir çox dostları, sənət yoldaşları, tələbələri onu ziyarət edirdi. Dövlət tərəfindən də çox böyük qayğı və dəstək var idi, Hamısına ailəlikcə minnətdarıq".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55 |
|
|
|
| • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51 |
|
|
|
| • Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
| • Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13 |
|
|
|
| • Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12 |
|
|
|
| • Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11 |
|
|
|
| • “PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04 |
|
|
|
| • Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01 |
|
|
|
|