Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                 

"Rejissor deyir bu qədər içinə atma, bacarmıram" - Oğlu müharibə veteranı olan aktrisa
Tarix: 7-07-2022, 10:26 | Çap et
"Rejissor deyir bu qədər içinə atma, bacarmıram"
Bu həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təntənəli mükafatlandırma mərasimi keçirildi. Mərasimdə mövsümün seçilən aktyor və aktrisaları elan olundu.

“Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə” mükafata layiq görülən teatrın aktrisası Gülnarə Abdullayeva Teleqraf.com-un suallarını cavablandırdı.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Gülnarə xanım, bu ilki teatr mövsümünü yaddaqalan hadisə ilə başa vurursunuz. Mövsümün seçilən aktrisaları arasında siz də varsınız. Təbrik edirik.

- Çox təşəkkür edirəm. Pandemiyadan sonra Əliqismət müəllimin sayəsində teatr yaradıcı fəaliyyətə çox yaxşı başladı. Yeddi yeni tamaşa hazırlandı. Bu, teatrın tarixində bir ilk idi. Tamaşaçılar da tamaşalarımıza böyük maraq göstərirdilər.

Sözün açığı, özümüz də çox darıxmışdıq. Təsəvvür edin iki il evdə olduq. Mövsüm çox gözəl keçdi. Mənim üçün ən yadda qalan isə yeni tamaşamız olan "Bir nəfəs qədər"i təhvil verməyimiz və onun hər kəs tərəfindən maraqla qarşılanması idi.

Bilirsiniz, mənim oğlum da müharibədə iştirak edib. Pandemiya bir kənara qaldı, müharibə bizi yaman sarsıtdı. O mənada "Bir nəfəs qədər" tamaşasının mənim üçün önəmi çoxdur. Mən o tamaşada öz vətənimin analarını təmsil etdim. Çünki özüm də o hisləri yaşadım.

Oğlum müharibə veteranıdır, iki medala layiq görülüb. Şəhid analarının qarşısında baş əyirəm.

- Siz o hisləri tamaşa vasitəsilə dəfələrlə yaşayırsınız. Bu ağrınızı daha da artırmırmı?

- Tamaşanın rejissoru Samir Qulamovdur. Mən bu tamaşada bir aktrisa kimi deyil, ana kimi oynayıram. Mən tamaşada şəhid anası oldum, qocaldım. O obrazı səhnədə necə yaşayıram onu bir Allah bilir. Pyesi oxuduğum ilk sətirdən məni ağlamaq tutdu.

- Necə razılıq verdiniz?

- Mən şəhid analarını təmsil edirəm - bu, mənim borcumdur. Bəs mən eləməyim, kim eləsin?

- Əliqismət müəllim mükafatlandırma mərasimində dedi ki, hər dəfə tamaşanı oynayanda çox stress keçirirsiniz. Amma bununla bərabər beynəlxalq festivalda bir gündə iki dəfə bu tamaşanı oynamısınız.

- Həm festivalda, həm də teatrda iki dəfə oynadığımız günlər az olmayıb. Hər dəfə tamaşanı oynayanda sakitləşdirici dərmanlar, çaylar içirəm. Bu, asan deyil. Doğrudan da çox stress yaşayıram. Rejissor Samir Qulamov deyir ki, Gülnarə, bu qədər içinə atma, amma mən bacarmıram.

Çox istəyirdim ki, hamı şəhid analarının nələr çəkdiyini görsün, duysun. Şəhid anaları bizim qürur yerimizdir. Onlar cavan ikən qocaldılar. Elə mən də...

- Gülnarə xanım, müharibəyə gedəndə oğlunuzun neçə yaşı vardı?

- 22 yaşı vardı. Əsgərlikdən təzə qayıtmışdı, səfərbərlik elan olundu, yenidən çağrıldı.

- Ona “getmə” dedinizmi?

- Mən onu deyə bilmərəm ki...Öz -özümə fikirləşirdim ki, bu uşaq Füzuli, Xocavənd, Laçın, Şuşa görməyib, şəhər uşağı olub. Amma içindəki fırtınanı görsəydiniz...Onun qarşısında dayanmaq, “getmə” demək mümkün deyil. İndi də deyir ki, yenə olsa yenə gedərəm.

Halbuki, kontuziya alıb, üç ildir mən onu toparlaya bilmirəm. Çox çətinliklərdən keçmişik və hələ də keçirik. Gecələr yata bilmir. Əsəb, gərginlik bir yandan, digər tərəfdən də dostlarının ölümü gözünün önündən getmir. Baş verənləri fraqment - fraqment bizə danışır, ona qızımla birlikdə ağlaya-ağlaya qulaq asırıq. O 22 yaşında nələr görüb, ilahi.

Ona görə hələ ki, bu dünyaya, evə adaptasiya ola bilmir. Onu bu vəziyyətdən çıxara bilmirəm. Amma yaşayırıq, yaşamalıyıq.

"Bir nəfəs qədər"i oynayandan sonra mənim üçün də həyat qəribə oldu. İndi başqa obrazı oynamaq istəmirəm. Bütün serial təkliflərindən imtina edirəm. Hələki, bacarmıram. Sanki o obraz ürəyimə möhürünü vurub. İnanırsınız, mən gülə də bilmirdim...

- Oğlunuz tamaşaya baxıb?

- Baxa bilmir. Müharibədən sonra teatrda işlədi. Əliqismət müəllim sağ olsun ona iş verdi. Amma buralara sığa bilmədi.

- İndi üzünüzü nə güldürür?

- Biz- analar müharibə dövründə çox əziyyət çəkdik, övladımızı canımızın bir parçasını itirdik. Sevinirəm ki, şəhid analarının ümumiləşdirilmiş obrazını tamaşaçılara çatdıra bilmişəm. Analar öz övladlarını bizim tamaşada gördülər. Onların övladları ölməyib, hamısı yaşayır. Onlar Allah tərəfindən seçilmiş uşaqlar olublar. Ona görə anaların ürəkləri rahat olsun.

Şəhidlər bizə həmişə bir nəfəs qədər yaxındırlar. Allah onlara rəhmət eləsin, analarımıza səbr versin. Biz o əsgərlərimizə görə indi rahat, asudə, azad yaşayırıq.

- Azad olunmuş torpaqlarımıza getmisinizmi?

- Hələ getməmişəm. Amma o qədər istəyirəm. Çox istəyirəm.

- Gülnarə xanım, sizə başqa suallar da verəcəkdim, sadəcə söhbətimiz elə istiqamətə getdi ki, bildiklərimi unutdum. Bir ana kimi Allah sizə səbr versin, bir aktrisa kimi isə yeni mövsümdə daha böyük nailiyyətlər arzulayıram.

- Təşəkkür edirəm. Əliqismət müəllimin sayəsində teatrda daim iş var, yeni tamaşalar hazırlanır, uğurlarımız göz qabağındadır. Yaxşı ki, Samir Qulamov da bizim teatrdadır. İstər Musiqili Teatrda, istərsə də başqa teatr səhnələrində uğurlu işlərə imza atıb. O mənə ana obrazını təqdim edəndə dedi ki, Gülnarə, mən səndən başqa kiminsə bu obrazı içdən oynaya biləcəyini düşünə bilmirəm.

Biz Samirlə Şuşa Teatrında da işləmişik. “Ağ qayıq” adlı bir tamaşa idi, müharibəyə həsr olunmuşdu. Keçən dəfə mənə bir şəkil göndərdi, orada çox gəncəm. Deyir, təsadüfə bax ki, o vaxt “Ağ qayıq”da sevgilisinin şəhid olduğunu düşünən gənc qız rolunu oynayırdın, indi oğlu şəhid olan ananı oynayırsan.

Amma kiçik fərq var, üzü –gözü yanmış vəziyyətdə olan oğlan müharibədən qayıdır, qız onu səsindən tanıyır. "Bir nəfəs qədər"dəki ananın oğlu şəhid olur. Sonda ana fəryad edir. Bu dəhşətli bir fəryaddır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru