Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması .....                     Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz .....                     Yerdə min hoqqa verən İranın .....                     Zəngəzur həll edildi, növbədə oradır .....                     Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna .....                     Bakı nəhənglərin oyununa girib... .....                     Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ .....                     Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır .....                     Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib .....                     Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir .....                     Xaraba günə qalan ŞABRAN... .....                     Bu da generalın .....                     Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil .....                     “Aqroservis” ASC-də TOTAL İSLAHATLAR .....                     İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                     Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                     İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? .....                     İş adamı Süleyman Babayev həbs edilib .....                     Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq .....                     Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                     Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? .....                 

“Aparıcılıq fəaliyyətim mollalıqdan başlayıb, yas məclislərini aparırdım”
Tarix: 15-08-2022, 07:34 | Çap et
“Aparıcılıq fəaliyyətim mollalıqdan başlayıb, yas məclislərini aparırdım”
Bir vaxt baş verənlərdən xəbər tutmaq üçün insanlar müəyyən saatlarda ya radioya qulaq verirdilər, ya mavi ekranın önünə keçirdilər. Yaxşı təhlillər oxumaq, çox şeyin batinindən agah olmaq istəyənlər isə qəzetləri vərəqləyirdilər. Bu gün isə ağıllı telefonların, internetin sayəsində bir çox hadisədən anında xəbər tuturuq.

Bəlkə də gün ərzində həyati əhəmiyyətli o qədər də çox hadisə baş vermir, amma insanların yeni xəbərə olan ehtiyacı medianı dayanmadan buna vadar edir – dayanmadan xəbər istehsal et, gündəm yoxdursa, özün yarat. Bu tələbat sanki bizdə asılılıq yaradıb. Nə ondan ayrı qala bilirik, nə də onunla yaşaya. Elə təsadüfi deyil ki, bu gün “bir neçə gün telefondan uzaq qalacam, sosial şəbəkədə olmayacam” deyib gündəmdən uzaqlaşan, informasiya yükündən azad olmağa çalışan, baş götürüb qaçan, əvvəlki illərin xiffətini çəkib bir neçə günlük də olsa, dağa, təbiət qoynuna çəkilən insanları tez-tez görürük.

Əslində bir qədər dərin düşünəndə məlum olur ki, bizi yoran baş verən hadisələrin çoxluğu, xəbər bolluğu deyil, ona yanaşmadır. Məsələn, şişirdilmiş, aldadıcı başlıqlar yəqin ki, sizi də bezdirib. Bütün bunların fonunda istər ənənəvi mediadan, istərsə də sosial şəbəkədən yavan çörək kimi boğazımızda qalmayan quru məlumatları sinirə biləcəyimiz formatda çatdıran medianı, jurnalistləri gözümüz hər yanda axtarır. DİA.AZ xəbər verir ki, AYNA-nın həmsöhbəti jurnalist İslam Qədirli də elə həmin jurnalistlərdəndir. O səhər proqramında aparıcıdır. Nəinki mənim, elə digər izləyicilərinin də diqqətini səmimi tərzi, düşündürən fikirləri ilə özünə çəkməyə müvəffəq olub. Onunla söhbət etməyə, bir qədər daha yaxından tanımağa, həmçinin izləyicilərinə tanıtmağa çalışacağam.

Budur, müsahibə üçün təyin etdiyimiz məkana çatmışam. Salamlaşıb hal-əhval tutan kimi söhbətimiz elə onun ən çox izlənilən videolarından birinin mövzusundan – eşqdən düşür...

- Göy üzünə bir topa bulud gələr-gəlməz sevindim ki, hava sərinləşər, amma heç də elə olmadı...

- Bugünkü havadan baş açmaq olur ki... Elə bayaq bir paylaşım etdim ki, bu gün hava özünü eşq kimi aparır.

- Sizcə, eşq nədir?

- Eşqdə stabillik yoxdur, dəlilik, həyəcan, ehtiras, əzab, qısqanclıq, bəzən dava-dalaş var. Sabitlik, süjet xətti isə sevgidədir. O, daha mülayim, rasional, uzunömürlüdür. Şanlısansa, yaşadığın eşq getdikcə sevgiyə çevrilə bilir, amma gərək sən onun verdiyi həyəcanı idarə edə biləsən, qarşı tərəfi incitməyəsən.

- Deməli, siz də eşqlə sevgini bir-birindən ayıranlardansınız.

- Əlbəttə! Eşq ilk baxışda ola bilər, amma sevgi zamanla yaranır.

- Hansı daha üstündür?

- Mən aşiq olmağa aşiq olan adamam. Eşqin həyəcanını sevirəm, amma uzunmüddətli bir münasibət üçün sevgi vacibdir. Eşq çox parlayır, amma bir anda sönə bilər. Evlilikdə sevgi eşqdən daha vacibdir.

- Sevmədən evlənərsiniz?

- Məntiq evliliyi edə bilərəm.

- Yaxın zamanda, yoxsa ancaq qocalıb əldən düşəndə?

- 30 yaşa qədər evlilik düşünmürəm, çünki karyera yolunu tək gedirsənsə, ona daha çox fokslanmalısan. Mənim həyatımı kənardan görənlər bilir ki, orada aktiv istirahət olsa da, çox əyləncə yoxdur. Bununla yanaşı, sevgiyə də ayrıcaq çox zamanım yoxdur, amma mənim kimi öz həyatının qurmaq üçün çalışan, bir-birimizə dəstək olacağımız birisi ilə ola bilər. Əks halda, alınmır.

- Axı deyirlər, hər uğurlu kişinin arxasında bir qadın dayanır.

- Əgər mənlə eyni düşüncədə olan bir xanım olsa, alınar. Bir-birimizə dəstək olarıq. Mən həyatımda olan insana dəstək olmağı, öyrəndiklərimi paylaşmağı sevən adamam. Qarşı tərəfdən isə bu töhfəni görmürəm. O deyir ki, başa düşdüm nəsə oxumusan, öyrənmisən, bəs mən sənin həyatının harasındayam? Mənə vaxt ayır.

- Bəs onunla nəyisə bölüşür, danışırsınızsa, bu, vaxt ayırmaq deyil?

- Mənə görə vaxt ayırmaq elə budur. Birlikdə öyrənmək, birlikdə paylaşmaq, birlikdə inkişaf etmək. İnformasiya almaq və paylaşmaq insanın vacib təlabatlarındandır. Qarşı tərəfin isə əksər hallarda istədiyi sadəcə gəzmək, əylənmək olur. Əlbəttə, bu cür əyləncəyə də yer var, amma bu həyatımın çox az hissəsini təşkil edir. Güman ki, bir mərhələni keçəndən sonra istirahətə, gəzməyə daha çox vaxt ayıra bilərik. Amma indi onun vaxtı deyil.

- Bəs kimsə həyatını sizə həsr etmək istəsə və sizin də ondan xoşunuz gəlsə, buna münasibətiniz necə olar? Nəzərə alaq ki, xanımların bu cür "fədakarlığına" tez-tez rast gəlirik.

- Bu, düzgün deyil. İnsanların özünü başqalarından emosional olaraq asılı hiss etmələrini doğru hesab etmirəm. “Mən rahatlığı səndə tapıram” deyən də olub. Bildirmişəm ki, düzgün etmir. Öz xoşbəxtliyini, rahatlığını kiməsə bağlamamlısan. İnsan birinci azad olmalıdır. Əks halda, yaşanan hiss eşq və ya sevgi deyil, bağlılıqdır. Bu da çox təhlükəlidir. Mən buna yol vermirəm. Partnyorum olacaq şəxs özü azad, güclü olmalıdır.

- Yaradıcı insan olaraq nədən ilham alırsınız?

- Məncə, hər kəs ilhamı fərqli şeylərdən alır. Kimini təbiət, kimini kədər ilhamlandırır. Mən də təklikdən ilham alıram. Yalnızlıqdan bəhrələnirəm. Ən yaradıcı işlərim də kiminləsə münasibətim bitəndən sonra ərsəyə gəlib.

- Səhər tezdən xəbər verilişində fürsət tapıb eşqdən, sədaqətdən, danışmağınızı necə xatırlayırsınız?

- Ukraynada müharibə təzə başlamışdı. NATO bildirirdi ki, biz Ukraynaya dəstəyik, amma Rusiyaya qarşı vuruşa bilmərik. Daha çox bu məzmunda açıqlamalar verilirdi. Təbii ki, bunu siyasi olaraq da şərh edə bilərdim, amma başqa üsuldan istifadə etdim və o an “timsahın göz yaşlarından” danışdım. Daha sonra yenə Ukrayna müharibəsində hərbiyə getməli olan atanı körpəsi qucaqlayır və onu vura-vura deyir ki, getmə. Bu zaman spontan olaraq eşq sözünün etimologiyasından danışdım. İlk ən çox izlənən videom da o olmuşdu. Çox paylaşılırdı. Ümumilikdə, deyə bilərəm ki, efirdən danışdıqlarım insanlar, onların həyatı barədədir. Yaşadıqlarımdan, müşahidə etdiklərimdən danışıram.

- Deyirlər, populyarlıq anidən gəlir. Əziyyət çəkirsən-çəkirsən və bir gün səhər ayılırsan ki, hamı səndən danışır. Deyəsən, elə siz də eynilə belə olub?

- Mən jurnalistikanı seçəndə ailəm razı olmamışdı. Çox adam bəzi streotiplərə görə bu sahədə bacarmayacağımı düşünürdü, mən isə əksini düşünürdüm. Fakültədə oxuduğum vaxtda yutub kanalı açdım və bütün gücümlə öz üzərimdə çalışmağa başladım. Ssenari yazırdım, qrup yoldaşlarımı aparıcı kimi çəkirdim, montajla məşğul olurdum və s. Qısacası, kanalı menecer kimi idarə edirdim. Bu prosesdə işin mətbəxini öyrənmiş olmuşdum. Hər şey buradan başlayıb. Daha sonra AzTV-də müxbir, xəbər aparıcısı kimi işlədim. Ümumiyyətlə, tələbəlikdən bəri dayanmadan işləmişəm. Bilirdim ki, bunun ən azından peşəkarlaşmaq baxımından bir nəticəsi olacaq

- Bu nə qədər vaxtınızı aldı?

- 3 il. Üçüncü kursda oxuyanda artıq AzTV-də xəbərləri aparırdım.

- Mən o vaxt elə bilirdim, siz universiteti bitirmisiniz...

- Həyatı sürətli və dolu-dolu yaşayan adamam. Məncə, vaxt çox sürətli gedir, zamanı yaxşı dəyərləndirmək lazımdır.

- İslam bəy, populyarlıq sizə görə nədir?

- Bəzən mənə şərhlər gəlir ki, məşhur olmaq üçün belə danışıram. Birincisi, mənim mövzularım məşhurluq üçün uğurlu seçim deyil. Məqsədim də heç vaxt populyarlıq olmayıb. Elə olsaydı, başqa kontentlər təqdim edərdim. Mən həmişə peşəkar olmaq üçün çalışmışam, bunu istəmişəm və bu yolda da irəliləyirəm. Məşhurluq məqsəd deyil, nəticədir. Sən uğurlu, fərqli olmaq üçün çalışırsan və nəticədə məşhurluq da gələ bilir.

- AzTV-dən çıxıb “Baku” TV-yə gəlişiniz necə oldu?

- Hiss edirdim ki, inkişafdan dayanmışam və belə bir qərar verməklə komfort zonasından çıxmaq istədim. Bu qərarım çoxları üçün inqilabi qərar idi.

- Necə? Hesab edirdilər ki, bu, uğursuzluqdur?

- Çoxlarına görə belə olsa da, mənə görə deyildi. Mənim üçün bu yeni mediaya inteqrasiya etmək, yeniliklərlə ayaqlaşmaq idi. Ora dövlət kanalı olduğundan reytinq olmasa da, maaşını alıb işləməyə davam edirsən. Bu da səni tənbəlləşdirir. Reytinq özü rəqabətdən doğur. Mən tələbəlikdən bir yerdə dayanmamışam. Prosesin içində olmaq istəyirəm. Buna görə də bəzən tez-tez yer dəyişmiş oluram. Yaşca böyük həmkarlardan bunu mənə irad tutanlar da olub ki, sən bir yerdə dayanmırsan. Mənə görə isə orada-burada olmağın özü belə bir axtarışdır.

- İnanclısınız?

- Cənub bölgəsindənəm. Orada bir çox uşaqlar kimi mən də erkən yaşımdan dini məktəbə getmişəm. Hətta aparıcılıq fəaliyyətim mollalıqdan başlayıb. Yas məclislərini aparırdım. (gülür) 10 yaşımda qəbiristanlıqlarda Yasin oxuyurdum. 17 yaşıma qədər bu cür pul qazanaraq öz ehtiyaclarımı qarşılamışam. Mənə dərs keçən molla radikal düşüncəli adam deyildi. Çox savadlı insan idi. Onun dərs keçdiyi otaqda İncil kitabı da var idi. Bu, mənə maraqlı idi və o da oxumaq istədiyimdə bunu normal qarşıladı. Beləcə, mən başqa dinlərlə maraqlanmağa başladım. Uzaq Şərq fəlsəfəsi ilə maraqlandım və gördüm ki, bütün fəlsəfələr əslində eyni yerə çıxır, adlar fərqlidir, mahiyyət eynidir. Bu dövrdə bir qədər deizm yolunu da getdim. Yoqa, sufi meditasiyası ilə məşğul oldum. Bunlar hamısı Tanrı ilə kontaktın fərqli yollarıdır və gördüm ki, namaz qılanda özümü daha rahat hiss edirəm, kontakt qurmağım daha rahat olur. Bütün dinlərə hörmətlə yanaşıram, hamısından da nəsə götürür, faydalanmağa çalışıram.

Düşünürəm ki, insanı hər şeydə uzaqlaşdıran çətinliklərdir, eynilə bu, dində də belədir. Buna görə radikallığın, çətinləşdirməyin əleyhinəyəm. Həyatı sadələşdirmək lazımdır. Yeri gəlmişkən, videolarımın sevilməyinin səbəbi də siyasi proseslərin gündəlik həyatımızla, yaşadığımız hislərlə bənzədilərək, sadə şəkildə təqdim edilməsi idi.

- İnformasiyanı auditoriyanın daha rahat həzm edəcəyi dildə, tərzdə vermək önəmlidir. Sizin etdiyiniz də bir növ elə budur.

- Jurnalistika fakültəsinin birinci kursunda müəllimlərimizin bizə öyrətdiyi birinci qayda bu idi.

- Deyəsən, praktikaya çatanda unudulur axı.

- Yəqin elədir. Aparıcıların çoxu efirdə buna əməl etmir, amma mən düşündüm ki, bunu edim, görüm necə olur. Görürsünüz, deməli, bəzən qaydalar işləyir. (gülür)

- Hansın insanlardansınız: planlı yaşayan, yoxsa anı yaşayan?

- Daha çox planlı yaşayanlardanam. Bioqrafiyaları sevirəm. Uğurlu insanların həyatına baxdığımda da adətən qısamüddətli hədəflər qoyduqlarını, onlara əməl etdiklərini görürəm. Uzaq hədəflər insanı bəzən qorxudur. Məndə də yaxınmüddətli hədəflər olur. Təbii ki, uzunmüddətli məqsədlərim də var.

- “Nəsə etmək lazımdır” düşüncəsi sizi narahat edir?

- Əlbəttə. Yeni nələrsə etmək lazımdır. Düşünürəm ki, insanlar o paylaşdığım videolardan bezə bilər, yenilik lazımdır. Bu yaxınlarda böyük bir səhifə videolarımdan birini paylaşmışdı. Bir nəfər rəy yazmışdı ki, 3 aydır hara baxıram bu qaqaşı görürəm. (gülür). Mən ixtisaslı və peşəkarlaşmaq istəyən bir jurnalistəm. Buna görə ənənəvi və yeni medianın qovşağında xəbəri çatdırmağın yolu üzərində işləyirəm.

- Yəni xəbəri bizə sevdirəcəksiniz?

- Çalışacağam.

- Müvəffəqiyyət arzulayıram. Şəxsi inkişaf üzrə mütəxəssislərin fikrincə, bir işdə uğurlu olmaq həmin istiqamətdə yoruldum demədən davamlı işləməkdən asılıdır. Nəzərə alsaq ki, robot deyil, insanıq, deməli, bəzən yorulmaq da təbiidir. Yəqin ki, sizin də yorulduğunuz zamanlar olur. Bəs necə toparlanırsınız?

- Sevdiyin işi görəndə o qədər də yorulmursan. Sevdiyim işi görürəm. Bizim fəaliyyət yaradıcıdır. Bəzi hallarda redaktorların müdaxiləsi çox olur, tərzinə xələl gətirir. Bax o zamanlarda gördüyün işin sənin məhsulun olduğunu hiss edə, görə bilmirsən. Bu zaman yorulursan, bezirsən. Əks halda gördüyün işin qarşılığında izləyicilərdən də xoş reaksiyalar gələndə işləməkdən zövq alırsan. Bizim işimiz elədir ki, nəticə demək olar, həmən bəlli olur. Bunun özü də yaxşıdır.

- İlk vaxtlar daha çox hansı məzmunda şərhlər gəlirdi?

- “Bala, sən cavansan, məsləhət vermə, nə yazırlar, onu oxu”. Mən gördüm ki, bu sadəcə bir streotipdir. İnsanlar adətən belə görüblər, ona görə bundan qıcıqlanırlar. Aparıcı formatdan asılı olaraq şərh verə bilər. Bir müddət sonra gələn müsbət şərhlər də göstərdi ki, izləyicilər üçün aparıcının müəyyən yerlərdə şərh verməsi xoşdur.

- Özünüzü bu yaş üçün təsəvvür etdiyiniz yerdəsiniz?

- Özümü bu yaxşda hansısa televiziya kanalında aparıcı olaraq görürdüm. Çatmaq istədiyim bir çox şeyə nail olmuşam, amma hədəflər çoxdur. Hələ qarşıda görüləsi işlər, planlar çoxdur.

- Bəs qorxursunuzmu, bir gün “hər şeyi etdim” deyib depressiyaya düşəsiniz?

- Düşünürəm ki, bu, mümkün deyil. İnsanın xisləti elədir ki, hər zaman daha artığını, yaxşısını istəyir.

- Söhbətimiz zamanı gördüm ki, sonunda doğru qərarı vermiş olsanız da, ümumilikdə, ciddi məsələlərdə qərar vermək lazım olanda prosesin özü hamımızda olduğu kimi sizə də müəyyən qədər çətinlik yaşadır. Belə anlarda hisslərinizə nə dərəcədə qulaq verirsiniz?

- Planlarımın arxasınca rasional məntiqlə gedənəm, amma bir anda içimə hansısa hiss düşərsə, onu izləməyə üstünlük verirəm. Düşünürəm ki, bu, Tanrıdan gələn bir mesaj ola bilər. Tanrı ilə olan kontaktıma inanıram.

- Belə bir deyim var: “İnsanlarla münasibətin odla münasibətin kimi olsun. Çox yaxın durma yanarsan, çox uzaq da durma donarsan”. Maraqlıdır, insanlarla münasibətinizi necə tənizmləyirsiniz?

- Həyatımda tək qaldığım, xoşbəxt olmadığımı düşünüb özümə qapandığım anlar olub. Həmin dövrdə “xoşbəxtliyin sirri nədədir?” sualının cavabı barədə çox düşünmüşəm.

- Tapa bildinizmi?

- Bəli. Məncə, heç kəsdən asılı olmur, özün özünə müəyyən qədər yetirsənsə, o zaman xoşbəxt olursan. İnsanlarla münasibəti tənzimləməyin sirri də bundadır. İnsanların özəl dünyasına müdaxilə etmək, qarşı tərəfin də buna cəhd etməyinə imkan yaratmamaq lazımdır. Bu zaman münasibətlər daha uğurlu olur.

- Qarşıdan yeni tədris ili gəlir. İstəyirəm, öz təcrübənizdən yola çıxaraq jurnalistika fakültəsini seçəcək gənclərə tövsiyələrinizi verəsiniz. Universitet həyatından, tədrisdən maksimum yararlanmaq üçün nə etsinlər?

- Təşəbbüskar olsunlar. Universitetin studiyasından istifadə etsinlər. Nəzəriyyəni öyrənməklə yanaşı praktika ilə məşğul olsunlar. Bunun üçün universitetin imkanlarından, müəllimlərin biliyindən faydalansınlar. Bu zaman iş tapmaq da, işləmək də daha asan olacaq.

- İslam bəy, xoş söhbət üçün təşəkkür edirəm. İşlərinizdə uğurlar arzulayıram.

- Siz də sağ olun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması – “Real İran” başlayır!
Bu gün, 07:20
Ekstrasensdən bu ölkələrlə bağlı qorxunc proqnoz
Bu gün, 07:17
Yerdə min hoqqa verən İranın GÖYDƏ BULUD DAVASI
Bu gün, 06:09
Zəngəzur həll edildi, növbədə oradır – Daha bir tarixi əraziyə qayıdış anonsu
Bu gün, 06:06
Alyaskada ABŞ-Rusiya sammiti və ya arxa plandakı Ukrayna - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Bakı nəhənglərin oyununa girib... - İNCƏLƏMƏ
Bu gün, 05:46
Məhkəmə Roza Zərgərliyə BƏRAƏT VERDİ - QALMAQAL
Bu gün, 05:30
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 05:27
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
Bu gün, 05:24
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır - NARAZILIQ VAR...
Bu gün, 05:21
Məhkəmə İkinci Qarabağ Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova ilə bağlı hökm verib - TƏFƏRRÜAT
Bu gün, 05:15
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir - belə deyirlər...
Bu gün, 05:11
Xaraba günə qalan ŞABRAN... - AXI NİYƏ?..
Bu gün, 05:06
Bu da generalın TENDER ORTAĞI
Bu gün, 05:02
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil - FAKT BUDUR!
Bu gün, 04:59
“Aqroservis” ASC-də TOTAL İSLAHATLAR - İLGİNC İDDİA
Bu gün, 04:58
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru