Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                 

"Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"
Tarix: 7-03-2023, 10:36 | Çap et
"Tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın"
AzTV-nin sədr müavini, tanınmış teleaparıcı, əməkdar artist Rafiq Həşimov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Rafiq müəllim, öncə təşəkkürümü bildirirəm ki, müsahibə üçün bizə vaxt ayırmısınız. Tamaşaçı sevgisini, hörmətini qoruyub saxlamaq çətindirmi?

- Mən sizə təşəkkür edirəm. Tamaşaçı sevgisini qazanmaq çətindir. Bu sevgini qoruyub saxlamaq, ondan da çətindir. Bu fenomenal bir şeydir. Bu ya olur, ya da ki, olmur. Mən öz tələbələrimə həmişə deyirəm ki, efirə hazır olun, sonra çıxın. Hazır olmaq o deməkdir ki, nitqin təmiz olsun. Biləsən ki, nə istəyirsən, hansı mətnləri çatdırmaq istəyirsən, nə üçün efirə çıxırsan? Bütün bunlar çox vacibdir. Sevgi bir gündə qazanılmır. Aparıcı ilə tamaşaçı arasında qəribə bir bağ, əlaqə var. O səni ya qəbul edir, ya da ki, etmir. Əgər ilk dəfədən qəbul etdisə, sonradan həmin aparıcı efirdə çaşa bilər, o qədər də uyğun olmayan situatsiyaya düşə bilər, bu zaman tamaşaçı ona sanki can yanğısı ilə yanaşır, əzizləyir. Tamaşaçı laqeyd olduğu aparıcıya bu münasibəti göstərmir. Bunun üçün əlbəttə ki, bacardıqca səmimi olmaq lazımdır. Səmimiyyət yeganə göstəricidir ki, o hər yerdə qəbul olunur. Aparıcı səmimi olmalıdır. Efirdə tamaşaçı gözü qabağında yaşamaq ən çətin məsələlərdən biridir. Necə edə biləsən ki, onu qoruya biləsən?! Bu çoxlu məhrumiyyətlər tələb edir. Hər hansı avtobusda ola bilərsən, küçədə ola bilərsən, mağazada və s. müxtəlif yerlərdə ola bilərsən, o səni həmişə ekrandakı kimi görür. Ona görə də onu qoruyub saxlamaq çox çətindir. Məşhur bir məsəl var- “Göründüyün kimi ola bilmirsənsə, olduğun kimi görün”. Bu məsələyə öz yanaşmam var, mən deyirəm ki, “olduğun kimi ol”. Yəni, səmimi ol. Tamaşaçı gözü qarşısında yaşamaq həm də niyə görə çətindir?! Ona görə ki, tamaşaçı obrazı istənilən efirə çıxan aparıcıdan ağıllıdır, zövqlüdür, mədənidir. Çünki o obraz xalqdır.

- Yeni nəsil aparıcılardan bəyəndikləriniz varmı?

- Var, efirimiz yaxşı aparıcılarsız deyil. Amma indi kiminsə adını deyərəm, kiminsə adını çəkmərəm, subyektivlik olar. Ədalətsiz görünmək istəmirəm.

- Davamçınızı gördüyünüz aparıcılar bəs necə, var?

- Mən özüm nə etmişəm ki?! Tam ciddi deyirəm. Mən özümə sahəmdə nələrsə əldə etmiş bir adam kimi yanaşa bilmirəm. Sadəcə mən bacardığım qədər xidmət etmişəm. Ona görə də düşünürəm ki, davamçılarım haqda düşünmək qeyri-təvazökarlıq olardı. Kimsə belə hesab edirsə, sağ olsun. Amma mən özüm bu barədə düşünə bilmirəm. Bütün aparıcılara arzu edirəm ki, tamaşaçı sevgisi qazansınlar. Ən azından tamaşaçıların rəğbətini qazansınlar. Çünki sevgi böyük anlayışdır.

- Mükəmməl aparıcı necə olmalıdır?

- İlk növbədə aparıcının nitqi təmiz olmalıdır. Sözlərin düzgün tələffüzü onun üçün əsas göstəricilərdən biri olmalıdır. Yaxşı olar ki, aparıcı savadlı, bilikli olsun. O ki, qaldı mükəmməl aparıcı necə olmalıdır? İnsan hər hansısa peşə ilə məşğul olmağa başlayır, ibtidai sinifdən başladığı dövrdən ya mükəmməlləşir, ya bir yerə qədər gəlir. Mükəmməllik kamillikdir. Sadədən mükəmməlliyə bir ömür yol var. Kimə bu nəsib olur, kimə isə yox. Bu həyatın özü kimi bir məzmun kəsb edir. Aparıcının nitqinin səlis olması üçün diqqət etməli olduğu məqamlar var. Sözlər hərflərdən ibarətdir, onlar düzgün tələffüz olunmalıdır. Durğu işarələrinə diqqət yetirmək lazımdır. Bu musiqiyə çox bənzəyir. 5 sətr not xəttləri var, onun içində pauzalar olur. Onu musiqiçi ifa edəndə maraqlı səslənir. Əgər xaric olursa, tamaşaçı onu o dəqiqə tutur. Nitqdə də belədir, sən durğu işarələrini düzgün tələffüz etməlisən. Bundan sonrakı isə məntiqi vurğuların düzgün vurulmasıdır. Bu üç mərhələdən düzgün keçən aparıcı 4-cü mərhələdə əsas məsələyə, əsas məqsədə nail olur. Hər bir adamın özünəməxsus intonasiyası formalaşır. İntonasiya hər bir aparıcıda, müxbirdə fərqli olur. Yaradan hər birimizi fərqli yaradıb. Mən uzun illərdir bunu tədris edirəm və effektini də görürəm. Mənim hazırladığım aparıcılar, müxbirlər hamısı fərqlidir. Heç biri biri-birinə bənzəməz. Hərəsinin öz siması, dəsti-xətti olur. Fikir verin bütün pis müğənnilər bir-birlərinə oxşayırlar. Yaxşı müğənnilər isə hamısı fərqlidir. Bu sözü aparıcılara da şamil etmək olar.

- Rafiq müəllim, sizin aktyor sənətinə də böyük sevginiz olub. Niyə bu sənəti davam etdirmədiniz?

- 1990-cı ilin əvvəlləri idi. Dostlarla birləşdik, dedilər ki, bəlkə filmdə oynayasan?! Mən o vaxt efirə çıxmırdım. Boş vaxt oldu, 1994-cü ildə “Məktubardı” deyilən filmdə baş rolu oynadım. Deyilənə görə pis də alınmayıb. Elə onunla da mənim aktyorluq bioqrafiyam başlandı və bitdi. Baxmayaraq ki, uşaq vaxı aktyor peşəsinə meylim olub. Bu sənəti davam etdirmədiyim üçün peşman deyiləm.

- Sevimli aktyorumuz Fuad Poladovla çox yaxın dost olmusunuz. Bəzən deyirlər ki, dostun xasiyyəti də, xüsusiyyəti də dostuna keçir. Bəs Fuad Poladovdan sizə keçən nə oldu?

- Dost arasında hamı bir-birindən təsirlənir. Ümumi onları birləşdirən nəsə olur. Mənim həyatım belə gətirib ki, özümdən yaşca böyük adamlarla çox dostluq etmişəm. Tanınan simalar da olub, həyatda da olub, indi də var. Atam yaşında olan adamlarla dostluq etmək, əlbəttə ki, mənə müsbət təsir edib. Bu məni bir qədər tez qocaldıb, yaşlandırıb. Dostluq anlayışı kişiyə verilmiş böyük bir hədiyyədir, şərəfdir. Ən çətin universitetlərdən, məktəblərdən biri də məhz odur. Necə edəsən ki, sən dostuna layiq olasan?! 5 yaşımda Güzdək kəndində oynadığım uşaqlarla indi də dostluq edirəm. Əlbəttə ki, bu yaşımızda bir-birimizə “uşaqlar” deyə müraciət edirik. Texnikom, universitet yoldaşlarım, digər sahədə olan insanlarla da dostluq edirəm. Dostluğun bir resepti var. O da təmənnasızlıqdır.

- Əziz dostunuz Fuad Poladovu necə xatırlayırsınız?

- Bu barədə uzun danışmaq olar. Fuad Poladov sözün yüksək mənasında əsl insan idi. Fuad Poladov öz peşəsini sevən, həm də ona ləyaqətlə, vicdanla xidmət edən böyük aktyor idi. Fuad Poladov ailə və insani dəyərləri axıra qədər yaşayan bir şəxsiyyət idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru