Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                 

“Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, ancaq teatrın baş rejissoru imkan verməyib...”
Tarix: 3-04-2023, 08:59 | Çap et
“Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, ancaq teatrın baş rejissoru imkan verməyib...”
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Nicat bəy, bu günlərdə yubiley doğum gününüzlə bağlı uzun illərdir çalışdığınız Gənc Tamaşaçılar Teatrında yaradıcılıq gecəniz keçirildi. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Əslində mənim yubileyim ötən ilin iyun ayında olub. Allah ömür versə, iki aydan sonra 51 yaşım tamam olacaq. Sadəcə olaraq ötən il teatrımız təmirdə olduğuna görə yubileyi sentyabr-oktyabr ayına saxladıq. Sentyabr-oktyabr ayında da şəhidlər verdik. Düşündüm ki, yubiley qeyd etməyim mümkünsüzdür. Ümumiyyətlə, fikirləşdim ki, heç bir yubiley keçirməyəcəm. Əslində gözləyirdim ki, televiziya kanallarında yada düşərəm, amma yadlarına düşmədim. Hər şərdə xeyir, hər pisdə yaxşı nəsə var. Bir müddət sonra əməkdar artist İlham Əsədov, mənə yaxınlaşıb teatrımızın gənc aktyoru, rejissor Vüsal Əsgərovun yaradıcılığıma həsr olunmuş sənədli film hazırlamaq istəyini dedi. Onlar həm də bu filmi 50 illik yubileyimə hədiyyə etmək istədiklərini bildirdilər. Filmin prodüsseri də İlham Əsədov idi. Razılıq verdim, amma düşünürdüm ki, kiçik bir şey olacaq. Sonra çəkilişlər başladı, uşaqların tam fədakarlıqları nəticəsində bu film ərsəyə gəldi. Filmin çəkilişlərində yaratdığı şəraitə görə mən teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Müsahiblərə təşəkkür edirəm ki, gəlib müsahibə verib, sənədli filmdə çəkildilər. Filmdə teatrımızın direktoru Naidə İsmayılzadə, baş rejissorumuz, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, xalq artistləri Xuraman Qasımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Naibə Allahverdiyeva, əməkdar artist Kəmalə Müzəffər, Sevinc Əziz, Bəhram Əliheydər, Anar Səfiyev, xanəndə Mirələm Mirələmov, teleaparıcı Leyla Quliyeva, Milli Parolimpiya komitəsinin prezidenti İlqar Rəhimov, Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Rəhimova və s. insanlar danışıblar. 32 il səhnədə olduğum müddətdə gördüyüm işlərin 10 faizi filmdə yer alıb. Film 1 saat 31 dəqiqə idi. Şükür Allaha, işlər çoxdur. Bunları hər-hansı bir filmə yerləşdirmək mümkü deyil. Təqdimat keçirdik, təqdimatda həm də gecikmiş yubileyim qeyd olundu. Çox sağ olsun dostlarım, mənim sənətimə qiymət verən insanlar ki, teatrımızın tamaşaçı zalı dolu idi. Çox qonaqlar gəlmişdi. Onların hər birinə təşəkkür edirəm. Çox xoş bir bayram əhval-ruhiyyəsi oldu. 32 illik səhnə fəaliyyətimin bir növ hesabatını verdim. Rejissor Vüsal Əsgərova, filmin prodüsserliyini edən İlham Əsədova təşəkkür edirəm. Mənə çox böyük hədiyyə etdilər. Hər bir sənət insanının arzusu olar ki, ona belə bir hədiyyə etsinlər. Mediadan olan, televiziyadan gələn dostlarıma da təşəkkür edirəm. Yəqin ki, hansısa kanalda nümayiş etdiriləndən sonra yutub kanalına yerləşdiriləcək.

- 50 yaş ömürün yarısı deməkdir. Həyata keçməyən arzularınız, istəkləriniz varmı?

- Aydın məsələdir ki, var. Oynamaq istədiyim rollar olub ki, yaşım artıq keçib. O rolları bir də oynaya bilməyəcəm. Rejissor kimi isə hazırlamaq istədiyim tamaşalar olub, kimsə hazırlayıb deyə ikinci dəfə həmin əsərə müraciət etmək istəməmişəm. Ümid edirəm ki, bir müddət sonra həmin əsərlərə müraciət edə biləcəyəm. Şəxsi həyatda min şükür, gözəl ailəm var. Şəraitimin daha yaxşı olmasını istəyirəm. Neyçünsə hələ bunu mənə layiq bilmirlər. İnşallah ki, onlar da düzələr.

- Yəqin ki, ev problemini nəzərdə tutursunuz?

- Bəli, haqlısınız.

- Sizin rejissor yanaşmanız fərqlidir. Gənc Tamaşaçılar Teatrının repertuarının formalaşmasında həqiqətən də əməyiniz danılmazdır. Bəs bu illər ərzində nələr istəmisiniz ki, teatrda onlara şərait yaradılmayıb?

- İndi min şükür, hər şey yaxşıdır, qaydasındadır. Ürəyim istəyən əsərlərə müraciət edə bilirəm. Bu günə qədər hazırladığım tamaşaların sayı 50-dən çoxdur. Onlardan ikisi, yaxud üçü mənə istəmədiyim halda verilib. 15-20 il əvvəl hər mövsüm yeni əsərlər gətirmişəm, “bu olmaz, bu olmaz” deyərək teatrdan uzaqlaşdırıblar. Və yaxud da əsəri mən gətirmişəm, baş rejissor götürüb özü hazırlayıb. Belə hallar olub.

- Kiminsə tapşırığı ilə aktyorlara rol vermisiniz?

- Xeyr, qətiyyən! Ümumiyyətlə tapşırıqla səhnəyə çıxmaq olmaz. Tutaq ki, tapşırıqla rol verdilər, bu adamın istedadı, bacarığı yoxdursa, zatən tamaşaçı onu sevməyəcək, tamaşanın əleyhinə işləyəcək. Mənim xasiyyətimi bildiklərinə görə, belə bir təklif almamışam. Əgər rol verirəmsə, demək ki, mən istəyib həmin aktyora rol verirəm. Məndə tapşırıq, falan keçmir.

- Əvvəl teatr haqda “intriqalar yuvası” deyirdilər. Niyə görəsən oranı belə adlandırıblar?

- İntriqa hər yerdə var. İnanmıram ki, haradasa intriqa olmasın. Buna əslində intriqa da demək olmaz. Sadəcə olaraq hər kəs özünü göstərmək istəyir. Bizim işimiz də emosional olduğuna görə, ola bilsin ki, bu sahədə söz-söhbətlər daha çox üzə çıxır. Şükürlər olsun ki, bizim teatrda elə də böyük intriqalar olmayıb. Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, teatrın baş rejissoru imkan verməyib. Mən də gedib həmin əsəri başqa teatrda səhnələşdirmişəm. Bunun mənə heç bir təsiri olmayıb. Sadəcə olaraq sağlam rəqabət olmalıdır. Heç kəsi şərləmədən, heç kəsə badalaq gəlmədən, fikirləşirsən ki, filankəs yaxşı tamaşa hazırlayır, mən niyə ondan yaxşısını hazırlamayım? Və öz üzərində çalışıb, özünü inkişaf etdirirsən.

- Bəzən deyirlər ki, filan rejissorun aktyoru yaxud aktrisası. Sizin haqqınızda da belə deyilirmi?

- Hə, mənim haqqımda da bu cür sözlər deyilir. Amma bu deyilənlər həqiqət deyil. Aydın məsələdir ki, işləmək üçün rahat olan aktyorlar var. Bir-birimizi rahat başa düşürük. Mənim üçün bütün kollektiv çox doğma, sevimlidir. Sadəcə rol uyğun gəldikdə mən həmin adamlarla işləyirəm. Kəmalə Müzəffərə deyirdilər ki, Nicat Kazımovun aktrisasıdır. Amma Kəmalə xanım məndən başqa bir çox rejissorlarla işləyib. Kəmalə xanımla “Pəri Cadu” dan bir xeyli keçəndən sonra mən onunla “Qağayı” tamaşasında çalışmışam. Təxminən 10-12 il fasilədən sonra. Sadəcə rol onun rolu idi. Son vaxtlar mənim tamaşamda Bəhram Əliheydər, Anar Səfiyev oynayır. Rola uyğun gəlirlər deyə oynayırlar.

- Rejissorun sənətçiyə zülm edib, sevdiyi teatrı, səhnəni ona nifrət etdirməyə haqqı varmı? Yəni, sənətlə məşğul olmağın, məşqin də bir əndazəsi var.. Fədakarlıq, sənətsevərlik və s. bunları qoyuram kənara. Bir müddət əvvəl bir neçə sənətkarla həmsöhbət olmuşdum, onlar gileylənirdilər ki, rejissor bizi premyeraya bir gün qalmış da məşq etdirir. Sizcə bu qədər məşq olar?

- Mən düşünürəm ki, aktyor öz peşəsini sevirsə, öz peşəsini sevərəkdən bu sahəyə gəlibsə, onun üçün məşq əzab olmalı deyil. Premyeradan bir gün öncə məşqin olması normaldır. Tamaşaya baxış olur, baxışdan sonra hər-hansısa düzəlişlərə ehtiyac varsa, bunu premyera qabağı edirsən. Bilmirəm, danışan aktyorlar kimlərdir, söhbət hansı tamaşadan gedir?! Bu fikir qətiyyən düz deyil. “Pəri cadu” tamaşasının işığını mən tamaşanın premyerası günü qurmuşdum. Səhər tezdən aktyorlar məşqə gəliblər, axşam da tamaşa təqdim olunub. Çox da uğurlu da bir premyera olmuşdu. Aydın məsələdir ki, rejissorun, ümumiyyətlə heç kəsin aktyoru teatrdan iyrəndirməyə ixtiyarı yoxdur. Rejissor despot da, manyak da ola bilər, amma teatrı sevərəkdən bunu edirsə, o aktyorları da sevir. Danlamağın, irad bildirməyin özü belə sevərəkdən olur. Şükürlər olsun ki, hələ mənimlə aktyorların arasında belə bir narazılıq yaşanmayıb. Ümid edirəm ki, yaşanmayacaq da. İlk növbədə mən aktyorları sevirəm. Çalışıram ki, bizim sevgimiz qarşılıqlı olsun.

- Nicat bəy, oğlunuz Mirsənan da bu sənətlə məşğul olur. Ona ən böyük dəstəyiniz nə olub?

- Bəli, böyük oğlum Mirsənan aktyordur. Kiçik oğlum Mirismayıl Memarlıq və İnşaat universitetinin tələbəsidir, dizayner ixtisası üzrə təhsil alır. Böyük oğluma dəstək yox, onun bu sənətə gəlməyinin əleyhinə olmuşam. Bacarmadım, gəldi. Yaxşı ki, gəldi. İndi hərbi xidmətdədir. Sağ-salamat bütün əsgərlər kimi qayıdıb gəlsin, inşallah. Qayıdan sonra bizim teatrda öz işinə davam edəcək. Mənim ona ən böyük dəstəyim düzgün yol göstərmək, yaxşı nümunə olmaq olub. Gözünü açıb ətrafında sənəti sevən, sənətə hörmət edən insanları görüb. Düşünürəm ki, onun zəhmətkeşliyi də, teatra hörməti də bu kökün üstündə bitəcək. Buna çox ümid edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru