Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

"“Azərbaycan” nəşriyyatı mənə çoxdan tanışdı" - Vəli Xramçaylı ilə söhbət...
Tarix: 29-04-2023, 08:02 | Çap et
"“Azərbaycan” nəşriyyatı mənə çoxdan tanışdı"
İki gün əvvəl şair Vəli Xramçaylı təşrif buyurmuşdu redaksiyamıza. İşin ən qızğın yeri idi. Xəbərlər üstümüzə ac canavar kimi hücum çəkir, redaktə olunmalı materiallar tökülüb qalırdı. Rutin işimiz, İP qovğası... Sözün həqiqi mənasında başımı qaşımağa vaxt yox idi. Qapı açılır, baş redaktorumuz Akif Aşırlı elə qapının ağzından dillənir:


- Ayyət, şair gəlib, biriniz müsahibə eləyin!
Açığı, işlərin çoxluğundan istədim uşaqlara yönləndirim, amma şairin baxışlarından oxudum ki, mənlə söhbətləşmək istəyir. Sən demə, doğum günü imiş. Və başladıq...
Şair, 68-i haqladınız..
- Hə, haqladım, qəribə hislər keçirirəm.
- Nəylə bağlı?
- Daha çox keçmişlə bağlı... Adı keçmiş olsa da, mənim üçün təzə-tər qalıb o xatirələr...
- Hansı xatirələr?
- Qardaşoğlu, “Azərbaycan” nəşriyyatı mənə çoxdan tanışdı. Ömrümün 40 ili tamam oldu burda.
- Hə, nəşriyyata Vəlinin ocağı da deyirlər...
- Elədi. “Şərq” qəzeti mənə doğmadı. Azərbaycanda mətbuat ənənələrini sıradan çıxmağa imkan verməyən, o prinsipləri yaşadan, qəzetçiliyin sancısını çəkən “Şərq”dir. Ümumiyyətlə, 40 il öncə gördüyüm mediadan əsər-əlamət qalmayıb.
- Nə dəyişib ki?
- Nə dəyişməyib ki?! Müasirləşdik, modernləşdik və bu dalğada çox şey itirdik. Doğrudur, qazandıqlarımız da oldu, amma itirdiklərimiz də az deyil. O dövrdə qəzetdə imzası görünmək böyük bir fəxarət idi. Amma bu gün sosial şəbəkələr və elekton KİV-lər meydana gəldi və bəzi qızıl qaydalar “çeynənildi”. Hiss edirəm ki, qəzetləri sıradan çıxarmaq istəyirlər, bəlkə də, haradasa qəzetlər sıradan çıxıb. Amma yazılı mətbuatın yerini heç bir KİV quruluşu vermir. İndi “Şərq”də bir muzey yaratmısınız.
Bu arada Baş redaktorun birinci müavini Yusif Nəzərli otaqdan çıxır:- Salam, ay şair!
Şairin cavabı: - O vaxt “Şərq”də məndən gözəl bir müsahibə götürdülər, amma sonra vermədilər. Ancaq “Şərq” bir dəyərdi.
- Şair, siz də “Ocaq” qəzeti buraxırdınız. Niyə sondürdülər “Ocaq”ınızı, heç olmasa, külü qalıbmı?
- “Ocaq”ın külü qordu, onu bir az üfürsən, dünyanı başına götürər.
- Bəs niyə üfürmürsünüz?
- Müəyyən şərtlər vardı, biz ona uyğunlaşa bilmədik. Mən “Təbiət” jurnalında çalışırdım. Onda hər şey gözəl idi. Sonra ədəbi cameəni bir araya yığmaq üçün “Ocaq”ı yaratdıq. Yaxşı da çıxırdıq. Amma sosial-siyasi şərtlər imkan vermədi və özü yavaş-yavaş söndü. İqtisadi tənəzzül etdi. Amma biz yazılı mediadan uzaq düşməklə özümüzdən, kökümüzdən qopuruq. Ot kökü üstə bitər. Düzdür, mən modern adamam, yeni medianın əleyhinə deyiləm. Zamanla ayaqlaşmaq lazımdır. Zaman nəyi diktə edirsə, ayaqlaşmalısan. Hətta bir az da zamandan qabağa getmək lap yaxşı olar, lakin kökü və kötüyü unutmaq olmaz. Hər şey özülün, kökün üstündə olanda daha yaxşı olur. Ocağı kötüklə qalayarlar, çıl-çırpı ilə yox. Çırpının istisi müvəqqətidir. Tez alışır, tez də sönür, istisinə də qızınmaq olmur. Fundamentsiz “binalar” (oxu: media orqanları) xırda təkanda uçub dağılacaq.
- Şair, mediadakı durum, aşağı-yuxarı sizə də, biz də, elə intellektual oxuculara da məlumdur. Bəlkə, ədəbi mühitdən danışaq?
- Danışaq. Deyim ki, ədəbiyyata gəldiyimə görə iki nəfərə borcluyam.
- Kimlərdir?
- Onlardan biri Vaqif Cəbrayılzadədir.
- Deyəsən, futbolçu olmaq istəmisiniz?
- Anam məni futbolçu doğmuşdu, tale gətirdi şair elədi. Mənim şairliklə işim yox idi.
- Bəs necə oldu şeir yazdınız?
- Mən də şeir yazırdım. Amma ən gözəl şeirləri qardaşım Eldar Nəsibli qələmə alırdı. Sabir Rüstəmxanlı, Çingiz Alıoğlu, Nüsrət Kəsəmənli, Eldar Nəsibli 70-ci illər ədəbiyyatının nümayəndələri idilər. Mən yazdıqlarımı gizlədirdim. Öz dünyam vardı, edib-tutduqlarımı nə anamla, nə də atamla bölüşərdim. Bir nəslin yükü, Sibirin ağrı-acısı mənim çiynimdə idi. Tale elə gətirdi ki, sonradan hüquqşünas olmaq fikrinə düşdüm. Amma partiyaçı olmadığıma görə məni o fakültəyə qəbul etmədilər. Sonra qardaşım dedi ki, bizdən prokuror olmaz, bizim nəsildə ədəbiyyat güclü olub. Canımda həm də bir dərvişlik vardı. Bir tərəfdən futbolçu olmaq istəyirdim, bir tərəfdən də içimdə bir Yunus Əmrə yaşayırdı.
- Bəs necə oldu ki, şairliyiniz üzə çıxdı?
- İki qardaş - Eldar və mən “Varovski”də erməni evində kirayədə qalırdıq. Eldarın dostları da bizdə idilər. Şeirli bir gün idi, könül söhbəti edirdilər. Onlara dedim ki, bir tələbə yoldaşım var, yaxşı şeirlər yazır. Onun şeirinin çapına köməklik edin! Amma bu mənim öz şeirim idi. Həmin dövrdə bir şeirin çap olunmağı böyük uğur idi. Şeiri səsləndirdim. Süliddin Qasımlı da məclisdə iştirak edirdi. O bəyəndi. Əlini qulağının dibinə qoyub dedi ki, bu, tələbə şeiri deyil. Professional bir şairin düşüncəsindən süzülən məhsuldur. Sonra birini də dedim. Bunu da bəyəndilər.
- Yadınızda qalıbsa, deyin biz də feyziyab olaq!


- Heç yadımdan çıxarmı?! Şeiri səsləndirir:
Hardasa dağları dağa sığınıb,
Üfüqə söykənən bir kənd yaşayır.
Hayanda olsam da, dağ cığırları
Fikrimi o yerlərə çəkir, daşıyır
İndi o yerlərdə toydu, mağardı
Dinir qara zurna bir yaz gecəsi
Hardasa vüsalın yolu ağardı
Gəldi sevənlərin bəyaz gecəsi.
Orda bir gözəlin ötdüm yanından
Dedilər nə yaman tələsir ki, bu
Hələ mürgülüdü hissi, duyğusu
Oyanıb təzədən gələsidi bu
Bunu dinlədikdən sonra bir şeir də dəməyimi istədilər.
Dedim:
Bu axşam könlümün kövrək çağıdı
Bu axşam oduna alışam gərək
Külək buludları qovub dağıdıb
Uçan buludlara qarışam gərək.
Bu axşam yanımdan qaçan dincliyim,
Görəsən dünyanın harasındadı?!
Ölən məhəbbətim, itən gəncliyim
Qaçan buludaların arasındadı.
Vaxt olub günlərim quraqlıq keçib
O günü gözünə yağım təzədən
Başımın üstündən durnalar köçüb
Başımı qaldırıb baxım təzədən.
Sıldırım yollarda bükülməz dizim
Çətin ki, əhdimi könlüm unuda
Hardasa ot basmış cığırın-izin
Yaşadım yol olmaq arzusunu da.
Bu axşam könlümün kövrək çağıdı,
Bu axşam oduna alışam gərək.
Yersiz susduqlarım məni ağrıdır
Onun da yerinə danışam gərək.
Qonaqlar gedəndən sonra Eldar dedi ki, nəyin var, mənə gətir. Eldar həm qardaşım, həm də dostum idi. Bildirdi ki, mənim şeirlərimin çap olunmasına kömək edə bilməyəcək. Söylədi ki, şeirlərini götür, Vaqif Cəbrayılzadənin yanına get, bəlkə, səni “Ulduz” jurnalıda çap eləsin. 10 şeirimi götürüb, getdim. O vaxt “Ulduz”un redaksiyası AYB-nin birinci mərtəbəsində yerləşdirdi. V.Cəbrəyılzadənin otağına daxil oldum. Onu şəxsən tanımırdım. Sözə, poeziyaya sona qədər sadiq qaldı. Öz içinə xəyanət etmədi. Vaqif dedi ki, şeirlərini oxu, görüm nə yazırsan?!
Birinci şeirimi səsləndirəndə pəncərədən çölə tullandı. Təzədən bir də otağa keçdi. İkinci şeirimi oxudum. Diqqətlə qulaq asdı. Bildirdi ki, sən mənim şairimsən.
- Hansı şeir idi?
Həsrətəm qayıdıb dönən yoluna
Əlim əllərinə uzalı qalıb.
Daha sənin adına özgə ünvana
Xatirəm könülünə yazılı qalıb.
Yox, mən istəməzdim yollar bölünə
Hər yolun özünün yolçusu varmış
Mən ümidlə yaşadım, ancaq
Onun da bir həddi-ölçüsü varmış.
Bunu oxuyanda Vaqif Cəbrayılzadə çox qəribə hiss keçirdi. Təəssüf ki, belə təmiz adamlar az yaşayırlar. Amma mən çox yaşadım.
- 68 yaş nədir ki?
- Şair üçün çoxdu. Şair üçün 50 bəsdi. İnsan fiziki olaraq 100 yaş da yaşaya bilər, amma sözün, şeirin yaşı 50-ni keçməməlidir. 50-dən o yana...(gülüb, əl uzadır).
Sonra V.Cəbrayılzadəyə bir şeir də oxudum:
Bu dünyanın yolları var
Bir-birindən seçmək olmur
Körpüsü var var bu dünyanın
Körpüsündən keçmək olmur
Məzarı var bu dünyanın.
Unudulub baş daşı da
Torpağında yatır hələ
Bir gözəlin göz yaşı da
O göz yaşı yuxuludu.
Gül iyili, gül qoxuludu,
Gəl əl vurma qorxuludu,
Su götürər bu dünyanı.
Vaqif dinləyib, qeyd elədi ki, Vəli, sən neyləmisən?
Şeirlərim “Ulduz” da çap olundu. 1980-ci ildən 1988-ci ilə kimi “Ulduz” jurnalının bir ulduz şairi vardı, o da Vəli Xramçaylı idi. Hər il şeirlərim çap olunurdu. Yusif Səmədoğlu da bu şeirlərimi oxuyub bəyənmişdi. Bundan sonra Vaqiflə mənim münasibətim yarandı. Gördüm ki, Vaqif dünyanın ən təmiz, ən saf adamıdı. O, axıra qədər pak, dür qaldı. Hətta Ramiz Rövşən də Vaqif Cəbrayılzadə kimi qala bilmədi. Əkrəmi də, Anarı da onun kimi olmadılar, ola bilmədilər. Allah Yusif Səmədoğluna rəhmət eləsin! Y.Səmədoğlu dedi ki, Vaqif, Vəli mənim şairimdi. Yusif Səmədoğlu mənim
Bu yolda nə qazandım
Qoynunda bir ozandım
Sonuna yetəmmədim
Mən getdim o uzandı
bu misralarımı “Yada düşər xatirələr” romanında epiqraf götürüb. O dövrdə Nizami Cəfərov da gənc tənqidçi idi. Nizami də bəyənirdi şeirlərimi.
Elə dünən Nizami də mənə zəng etmişdi. Kefi yuxarı idi. Dedi: - O illər...
Cavab verdim ki: - O illər var, amma Vəli Xramçaylı yoxdu.
Dostlarımın şeirlərinin “Ulduz”da işıq üzü görməsinə çalışırdım. Məsələn, Ramiz Qusarçaylı, Akif Səmədin, hətta Rüstəm Behrudinin də şeirlərinin çapına çalışmışam.
- Vurğuladınız ki, Ramiz Rövşən də təmiz qala bilmədi. Niyə qala bilmədi, ona nə və ya kim mane oldu ki? Hansı gözləntiləri doğrultmadı?
- Ramiz Rövşən şairdi. Amma adam dünən üsyan edirdi, fəxri ad istəmirdi. Amma sonra hər şeyə nail oldu (gülür). Parlament istəmirəm deyə-deyə namizədliyini irəli sürdü. Hətta “Müsavat” Partiyasına üzv oldu. Bütün şairlər öz taleyini yaşayır.
- Vaqif Səmədoğlu da “Müsavat” Partiyasının üzvü olub, elə o partiyadan da deputat seçilib. Heç onun adını çəkmirsiniz. “Qazaxşina” güc gəlir?
- Vaqif Səmədoğlunu Yusiflə müqayisə edə bilmərəm.
- Niyə, rəhmətliyin sağlığında münasibətiniz yaxşı olmayıb?
- Yox, aramızda elə dərin hadisələr yaşanmayıb. Vaqif Səmədoğlu böyük şairdir. Mən onun vəkili olmuşam. O vaxt Barat Vüsal da “Müsavat”da idi. Baratla mən Vaqifin vəkili olmuşuq. Onun necə deputat seçilməsini də bilirəm. Gəl bu barədə çox danışmayaq. Özü həyatda olsaydı, danışardıq.
- Şair və yazarların bir-birinə kini-küdurəti niyə kəsmir?
- Doğrudur, əlacları olsa, biri-birlərini zəhərləyərlər. Anarla Əkrəm illərlə dost oldular. Ad almaq üçün İsmayıl Şıxlının üstünə hücuma keçdilər. Əkrəm onu etiraf edir.
- İsmayıl Şıxlı onların hücumuna görəmi AYB sədrliyindən getdi, yoxsa başqa mətləblər vardı?
- Mən onun şahidiyəm. İsmayıl Şıxlını bezdirdilər, o da şəxsiyyətinə hörmət edən adam idi. Dedi, alın, bu da sizin AYB. Biri o vaxt mənə replika atdı ki:- AYB -ni niyə buraxdınız? Cavabım belə oldu: - Biz kreslonu vermişik, ədəbiyyatı yox. Ədəbiyyatı yenə də biz yaradırıq. İndi Əkrəmlə Anarın bir-birinə qarşı yazdıqlarını oxuyanda “ət tökürəm”. Onlara deməyə söz tapmıram.
- Akif Səmədlə bağlı da deyirlər ki, onu dostları AYB-nin qurultayında pərt ediblər. Deyəsən, siz də həmin dostların sırasında olmusunuz?
- Akif Səmədi heç kim pərt vəziyyətinə qoymayıb. Tam səmimi deyim ki, Akif qurultaydan sonra müsahibə verdi. Bir çoxu ona cavab yazdı, mən yazmadım. Onun sözündən belə anlaşılırdı ki, biz 37-ci ilin övladlarıyıq. Məsələni Akifə başqa cür izah etmişdilər. Akif istedadlı şair idi (Siqaret yandırır).
- Sizi bəzən arağa meyilli kimi təqdim edirlər. Niyə belə oldu?
- 30 yaşıma qədər nə içmişəm, nə də çəkmişəm. Amma 20 Yanvar hadisəsi ərəfəsində dözə bilmədim, o gündən başladım, bu günə qədər içirəm. 20 Yanvarda sağ qalmağıma peşman olmuşam. Bir güllə şalvarımı deşib keçmişdi. Bax, elə həmin gündən başladım.
- İndi də elə bil 50-100 vurmusunuz?
- Elə-belə.. 4 gün idi, dilimə araq dəymirdi. Araq süfrənin şahıdı.
- Araqla bağlı şeiriniz də var...
- Var, bəli.
Şeiri səsləndirir:
Hər gün yandırardım dost çırağını
Çoxdandı almıram, səs sorağını
Açıram könlümün qəm varağını
Siz indi hardasız, araq dostlarım
Yetişin son dəfə vuraq, dostlarım.
- Doğrudanmı dostlarınız araq dostları çıxdılar?
- Çox imiş araq dostlarım...
- Sizə dərviş Vəli də deyirlər...
- Ya qazi ol, ya şəhid, ya da dərviş...
Ya gərək Ramiz Rövşən kimi şair olaydım, medal alaydım, ya da dərviş olmalıydım. Mən də ikincini seçdim.
- Millət vəkili, yazıçı Aqil Abbas sizi nəşriyyatın restoranına yığırdı...
- Aqil Abbas mənim hər yubileyimi qeyd edib. Deyirlər indi bir az nasazdı..
- Aqil müəllim şair və yazıçılara “əl tutan” adamdı.
- Aqil Abbas da istəyir Səməd Vurğun olsun.
- Şair, bu cümlə başlıqdır ha (gülürük).
- Qardaşoğlu, Aqil Abbas neynəsin? Döyülən də o, söyülən də o. Aqil Abbas unikaldı.
- Şair, bayaqdan dinləyirəm, söhbəti fırladıb, ya Səməd Vurğuna, ya da başqa Qazaxdan olan şair və yazıçının üzərinə gətirirsiniz. Bəlkə “Qazaxşina” ayamasını düz yapışdırıblar?
- Nə edim ki, yaxşı şeirlər Qazaxda doğulur. Deyirəm:
Puşkini Bayronu məndən uzaqdadır, məndən uzaqda
Vidadi, Vaqif, Vurğun şeirinin
Sonuncu şairi mənəm Qazaxda.
Qazaxda məndən başqa şair axtarmayın, tapmayacaqsınız.
- Şair, iki ildən sonra 70-i haqlayırsınız. Niyə sizə də bir orden, medal, nə bilim, Əməkdar incəsənət xadimi adı verilməsin? Bəlkə özünüzü kimlərəsə göstərməlisiniz?
- Məndə olan şanslar heç kimdə olmayıb. Onun yollarını da bilirəm. Mən o yolu tutmadım. Mənzil verirdilər, götürmədim. Çünki evim vardı. Allah rəhmət eləsin Məmməd Araza. Məmməd Arazın 60 illik yubileyində Heydər Əliyevlə görüşmək üçün növbəyə durmuşdular. Hətta Zəlimxan Yaqub o yubileydə çıxış elədi.
- İndi müdriklik yaşındasınız. Sizə də heç olmasa, Əməkdar incəsənət xadimi adı verilsə, dünya dağılar?
- Verirlər versinlər! Versələr də, verməsələr də, sağ olsunlar. Ad almaq üçün də siyasi gedişlər var. Onu etməsən, ad ala bilməyəcəksən. Əksər şair siyasi gediş elədi, ad da aldı, Parlamentdə mandat da. Kəramət də, Qəşəm də siyasət işlədirlər. Oğlu söyür, atası ev alır.
- Məncə, Kəramətlə, Qəşəm Nəcəfzadəni qarışdırmayaq. Axı demokartik düşüncə, demokratik yanaşma atanın günahını balanın, balanın da günahını atanın ayağına yazmır, yazmamalıdır. Malı mala qatmayaq da...
- Düşünürəm ki, belə getsə, Kəramət axırda ata qatili olacaq.
- Belə anladım ki, Parlamentə gedən şair və yazıçılar təmiz qala bilməzlər...
- Mümkün deyil. Nətəri qala bilərlər? Siyasət qurbanı yazıq şairlər...
- Gənclərdən kimi izləyirsiniz, oxuyursunuz?
- Aqşin, Qismət, Taleh Mansur, Ramil Əhməd istedadlıdırlar. Amma mən Rauf Sufini daha çox bəyənirəm. Ondan çox şey gözləyirəm.
-Şair, qabağınıza keçəni, gözünüzə görünəni qamçılayırsınız..
-Güllələyin şairləri!


Sonda şeirlə söhbəti bağlı elan edirik:
Bu dünyanın namərdini,
Görüb tapammır mərdini
Öz icində öz dərdini,
Boldu bir Vəli, bir Vəli.

Söhbətləşdi: Ayyət ƏHMƏD
SHERG.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru