Söhbət o deyil ki, niyə Kann Festivalına Röya gedib. Gedib - əcəb edib. Pulu var, bilet alıb gedib.Heç kim qarışa bilməz. Burada iki məqamın üzərində dayanmaq lazımdır:
1) "Uyyy daaaa, azərbaycanlı filan yerə gedib çıxıb" kompleksindən qurtulmaq lazımdır. XXI əsrin birinci rübü bitib artıq. Azərbaycanlılar hər yerə gediblər, hətta Everestə çıxan qadınımız da var. Daha biz ermənilərlə rəqabət aparan 30 il əvvəlki kompleksli xalq deyilik. Azərbaycanlının haradasa sadəcə iştirakı, görünməsi məqsəd olmamalıdır. Məsələyə konseptual yanaşmağın vaxtıdır. Yəni,
2) Kann festivalı kimi tədbirlərdə bizi ilk növbədə KİNOMUZ, çəkdiyimiz filmlər, rejissorlarımız, kino sənətkarlarımız təmsil etməlidir. Bəli, Röya da gedə bilər. Amma burada əsas vurğu "da" hissəciyinin üstünə düşür. Röya DA gedə bilər, amma Azərbaycan ilk növbədə Kannda, Berlində, Venesiyada KİNOSU ilə təmsil olunmalıdır. Yəni sual bu deyil ki, niyə RÖYA gedib? Sual budur: NİYƏ Röya gedib?! Daha doğrusu, niyə orada kinomuz yox, Röyamız görünür?!
Vüsal Məmmədov - "DİA-AZ"