Əməkdar artist İlkin Əhmədov "İncə səhər" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, ifaçı özünü "sənətkar" adlandıran müğənniləri tənqid edib:
"Demirəm həmişə efirdə biz olaq. Bu səviyyədə verilişlər, qonaqlar olsun. Dırnaqarası özünü sənətçi sayanlar, utanmadan özlərinə "sənətkar" deyənlər yavaş-yavaş yerlərini bilsinlər və bu sənətdən uzaqlaşsınlar. Artıq görünür ki, həddi aşmaq məqamına gəlib çatıblar. Hədlərini aşırlar. Təbii ki, bunun bir sonu olacaq. Ustadlarımız, musiqimizin sahibləri var. Elə bir incəsənətimiz var ki, dünya onun qarşısında acizdir. Dünya bizim musiqimizdən, incəsənətimizdən, muğamımızdan bəhrələnir. Bunu cılızlaşdırmaq, ləkə salmaq olmaz. Edirsinizsə də, bunu heç olmasa reklam etməyin".