İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

“Elə müəlliflər var ki, elə bilirlər yazdıqları quran ayəsidir, deyirlər ki, pulum var...”
Tarix: 11-06-2025, 08:51 | Çap et

Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan Moderator.az-ın suallarını cavablandırıb.
-İntiqam müəllim, Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, direktoru və rəhbərisiz. Niyə hələ də teatr binasızlıqdan əziyyət çəkir?
-Öncə sizə təşəkkür edirəm ki, bizim teatra diqqət ayırmısınız. Amma bu sual bizə yox, vəzifəcə bizdən də yuxarıda olan qurumlara ünvanlanmalıdır. Onlara ünvanlansa daha yaxşı olar. Bakı Şəhər Mədəniyyət Baş idarəsinə, Mədəniyyət Nazirliyinə və s. və ilaxır. Bu suala cavab vermək mənim gücüm daxilində deyil. Çünki bina məsələsi bizim səlahiyyətimizdə deyil. Harada yer versələr biz orada işləməyə çalışmalıyıq. Amma teatrın binası olsa bu birə beş qat işimizin keyfiyyətini artırar, bizim tamaşalarımızın həm keyfiyyəti, həm real gündəmə uyğun olması daha məqsədəuyğun olar.
-Teatrınızdakı aktyorların məvacibi digər teatrlarda olduğu kimidir ya fərqlidir?
-Bizi nazirlik maliyyələşdirir. Sadəcə olaraq biz əvvəldən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yarandığımıza görə birbaşa idarəyə, idarə də nazirliyə tabedir. Bütün teatrlarda olduğu kimi aktyorlar eyni maaş alır. Mənim ştatımdakı əmr də Mədəniyyət Nazirliyi tərəfindən verilir. Məvacib Bakı Şəhər Mədəniyyət Baş idarəsinə ödənilir və biz də maaşları oradan alırıq. Yeri gəlmişkən deyim ki, bölgələrdə olan teatrların hər birini regional mədəniyyət idarələrinin nəzdinə keçirməyi düşünürlər. Hərçənd mən bu plandan tam narazıyam. Doğru yanaşma deyil. Bu teatrların daha da zəifləməsinə aparıb çıxaran bir siyasətdir.
-Digər teatrlara nəzər salanda sizin sənət ocağı intriqalardan və qalmaqallardan uzaqdır. Tamam başqa bir abu-hava hökm sürür..
-Əvvəla onu deyim ki, teatrda qalmaqal olması ideyası, fikri hardan qaynaqlanırsa bunu mən də bilmirəm. Düşünürəm ki, buna heç kim cavab verə bilməz. Teatrın əməkdaşları yaradıcı adamlardır. Yaradıcı adamlar isə yaratmaqla məşğuldurlar. İntriqa aparanlar isə məhv etməklə məşğuldurlar. Əslində teatr daxilində intriqaların yaranması SSRİ dövrünün Stalin və Stalin ətrafı dövlət məmurlarının yaratdığı abu-hava, süni şəkildə formalaşdırdığı ənənə idi ki, teatrları inkişafdan geri saxlasınlar. Məsələn, deyək ki, direktor və baş rejissor strukturunun mövcud olmağı da buna bir misal idi. Yaxud da teatra aid olmayan adamların bədii şurada təmsil olunmağının bir anlamı da buradan qaynaqlanırdı ki, teatrı daxildə məhv etsinlər, direktor və baş rejissor arasında intriqa yaratsınlar. Niyə? Çünki direktor dövlətin möhürünün keşiyini çəkən, teatrdan başı çıxmayan adam ola bilərdi. Rejissor isə heç bir qanuna, ipə-sapa yatmayan yaradıcı adam ola bilərdi. Bunların arasında yaranan intriqa yaradıcı heyətə keçir və yaradıcı heyət arasında qalmaqallar yaranırdı. İntriqanın ikinci tərəfi də nədən qaynaqlanır? Biz aktyorlar, teatr adamları sözün bazıyıq. Sözlə işləyən adamlarıq. Biz boş qalanda vərdiş, adət etdiyimiz peşəmizi sözün bazı olan adamlar çevirib olurlar “sözbaz”. Ona görə də daimi işləmək lazımdır. Onu da deyim ki, bizim teatrda intriqanın olması heç mümkün də deyil. Sovet dövründən gələn ən-ənəni teatrın yaradılışından pozmuşuq. Burada bədii-rəhbər, direktor ikisi bir vəzifədir, baş rejissor yoxdur. İkinci tərəfdən bir ailə prinsipi var. İntriqanı yaradan adətən başda oturanlar olurlar. Əgər başdan o intriqa gəlmirsə kollektiv mehriban, şad-xürrəm öz işini görəcək. Eyni zamanda bizdə yaradıcı mühit var. Bizdə hər kəs bir-birinin qayğısını, təəssübünü çəkən insanlardır. Belə olan halda burada intriqanın olması qeyri-mümkündür.
-Həm rəhbər, həm rejissor, həm də aktyorsunuz. Bu qədər məsuliyyətləri daşımaq sizi yormur?
-Xeyr, yormur. Niyə yormalıdır ki? Bunların hamısı ayrı-ayrı işlərdir. Əksinə, birini edəndə o birisi dincə qoyulur, rahatlayır. Eyni zamanda hamısının kökündə sevgi deyilən bir şey var. Sevgi də gözəgörünməz, yeganə enerjidir ki, paylaşdıqca çoxalır, işlədikcə təravətlənir. Heç vaxt köhnəlmir, öz şəkilini dəyişmir.
-Bir müddət əvvəl sizin teatrın aktyoru olan Cavanşir Məhərrəmovla müsahibə edərkən bildirmişdi ki, seriala çəkildiyinə görə teatrdan işdən çıxarılıb. Bu nə dərəcədə həqiqətə uyğundur?
-Hərənin öz həqiqəti var. Cavanşir seriala çəkilə bilər. Əgər Cavanşir seriala çəkiləndə heç bir məşqə gəlmirdisə, hətta tamaşaya belə gəlmirdisə, yubanırdısa, praqon məşqlərdən imtina edirdisə, daxili baxışlara gəlmirdisə siz onu işdə saxlaya bilərdinizmi? Cavanşir yenə də mənim evimin, ailəmin ən əziz adamlarından biridir. Amma Cavanşir iş yoldaşı olaraq Bakı Uşaq Teatrında çox pis bir ənənənin əsasını qoymağa çalışmışdı, mən də onu kənarlaşdırmışdım. O işçi olaraq bizim teatrda çalışmasa da, bütün günü teatrdadır.
-Bir çox teatrlarda eyni dramaturqların əsərləri səhnələşdirilir. Buna necə baxırsınız?
-Teatr dövlətin ərköyün, cığal övladıdır. Amma evdə cığallıq edib, heç nəyi vurub, sındırmayan bir övladdır. Sındırıb dağıtmağa meylli olmayan bir övladdır. O uşağı mütləq diqqətdə saxlamaq lazımdır. O uşağı özbaşına buraxsan acından öləcək, üst-başını cıracaq. Teatr budur əslində. Teatrın qayğıları çoxdur. Bu gün teatrlar təsərrüfat hesabına keçib. Yəni kommunal xərclərdən tutmuş hazırladığı tamaşaların hamısının pulunu öz qazancından, yaxud sponsorlardan verir. Bilirsiniz ki, elə yazarlar var ki, pulu var, amma yazdığının içində heç nə yoxdur. Teatr direktorları isə bəzi hallarda məcbur olurlar ki, yararsız sayıla biləcək əsərləri səhnəyə qoysunlar. Amma rejissor da gərək bir az diqqətli olsun. Həmin “əsər”-lərin motivləri əsasında nəsə hazırlasın. Yaxud da müəlliflə oturub təkrar işləsinlər. Doğrudur, bəzən elə müəlliflər var ki, elə bilirlər ki, əsərləri quran ayəsidir. Ona görə də etiraz edir, “pulum var, bir kəlmə də buradan çıxara bilməzsən” deyə dirəşirlər. Allaha şükür ki, bizdə hələ belə hallar baş verməyib. Məsələn, bizim indiyə qədər səhnələşdirilmiş tamaşaların əsərlərinin bir çoxunun müəllifi Arzu Soltandır. Bunun da səbəbi var. Mən Arzu Soltanın yazdıqlarını səhnələşdirmirəm. Mən sosial tələbatdan irəli gələn mövzuları, uşaqların ehtiyacı olan maarifləndirmə nöqtələrini, yaxud da gənclərin sağlam həyat tərzinə aid olan mövzuları araşdırıb tapıram və sifariş edirəm Arzu xanıma. Arzu xanım onu yazır. Mən onları tamaşaya hazırlayıram. Arzu xanım teatrın senaristidir. Mənim üçün önəmli deyil ki, repertuarımda Şekspir, Cəlil Məmmədquluzadə, Nizami, Füzulinin əsərləri olsun. Hansı ki, bunlar sandıq ədəbiyyatından başqa bir şey olmayacaq. Əstağfurullah, mən demirəm ki, onlar pis yazırlar. Söhbət bugünki tələbatdan gedir. Ona görə də məni maraqlandıran mövzuları sifariş etmişəm. Nəticədə mənim teatrımda da müəllif təkrar olunmaqdadır. Niyə? Çünki Bakı Uşaq və Gənclər Teatrı bir komandadır. Arzu xanım da bu komandanın senarist üzvüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru