İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

"Gələn təklifləri təkidlə rədd etmişəm"
Tarix: 19-06-2025, 10:07 | Çap et

Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Rasim Balayev “Real FM”ə müsahibə verib. Bu barədə danışan aktyor bütün dünya ulduzlarının reklamlarda rol aldığını bildirib.

“Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur. Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur, ölüb. Kino var ki, orada çəkiləm? Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onsuz da mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik”.

Sosial şəbəkələrdə və media müstəvisində iki fərqli mövqe formalaşıb: bir tərəf sənətkarın reklamda görünməsini sənətə hörmətsizlik sayır, digər tərəf isə sənətçinin buna məcbur qaldığını və təqdir olunmalı olduğunu bildirir.

Dünyada necədir?

Qardaş Türkiyədən tutmuş Hollivuda qədər bir çox ölkələrdə tanınmış aktyorların reklam çarxlarında iştirakı kifayət qədər yayılmış praktikadır. Məsələn, Al Paçino, Robert De Niro, Morqan Friman kimi dünya şöhrətli aktyorlar qəhvə, avtomobil, saat, bank, hətta dərman reklamlarında çəkiliblər. Türkiyədə Haluk Bilginer, Kenan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ kimi sənət adamları tez-tez böyük reklam kampaniyalarının siması olurlar.

Bəs niyə Azərbaycanda bu məsələ birmənalı qarşılanmır?

Məsələ ondadır ki, Azərbaycan cəmiyyətində Xalq artisti adına xüsusi bir yük, simvolik status yüklənir. Rasim Balayev kimi sənət adamları bir çoxlarının gözündə yalnız monumental bədii obrazlarda görünməli, yüksək ideya daşıyan əsərlərlə assosiasiya olunmalıdır. Onun “Nəsimi” obrazı ilə yadda qalmış aktyor kimi kolbasa reklamında çəkilməsi bu simvolik auraya zidd qəbul edilir.

Amma bu mövqeyin özü də suallar doğurur: kino sənayesi durğun vəziyyətdədirsə, aktyor illərlə işsiz qalırsa, sadəcə, “simvol” olaraq yaşamaq mümkünmü? Digər tanınmış sənətçilər, aktyorlar müəyyən məbləğ qarşılığında reklama çəkilərdilərmi? Onlar Rasim Balayevi haqlı sayırmı?

Xalq artisti, tanınmış aktyor-rejissor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Şeyx Əbdül kolbasa reklamına çəkildiyi üçün həmkarını sərt şəkildə qınayıb: “Rasim Balayev kinonun hesabına çatdığı mərhələdən heç olmasa utanardı. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir, kinonun rəhbərlərindən biridir, lazım gələndə ölkə rəhbəri ilə görüşə o gedir. Bəs niyə bu kino üçün heç nə etmir? Axırda "Nəsimi"dən sonra gedib kolbasa reklamına çəkilir. Görün, indi kinomuz hansı səviyyəyə çatıb. Mən də onun davasını çəkirəm ki, gəlin milli kinomuzu ayağa qaldıraq. Şəxsən mənim “Şah İsmayıl Xətai”, “Ağaməhəmməd Şah Qacar” və daha neçə-neçə ssenarim ortada qalıb. “Qapı bağlı” olduğu üçün gedirlər kolbasa reklamına çəkilirlər. Belə getsə, kolbasa reklamına çəkilməyə şükür edəcəklər - onları bundan da pis reklamlar gözləyəcək.

Sənətkarların reklama çəkilməsinə gəlincə, reklamların da səviyyəlisi, səviyyəsizi olur. Əlbəttə ki, Türkiyədə də məşhur sənətkarlar reklamlarda çəkilirlər. Amma baxın, onlar özlərinə layiq olan reklamlarda çəkilirlər.

Mənə də reklama çəkilmək üçün təkliflər olub. Məsələn, bu günlərdə iki belə təklif almışdım - biri paltar, biri isə yemək reklamı idi. Dedim: gedin yeməyi satın, geyimi də ekranlara çılpaq çıxan qadınlara geyindirin. Bəli, mənim ehtiyacım çoxdur. Amma əgər normal ideologiyamıza, milli-mənəvi dəyərlərimizə uyğun reklam olarsa, çəkilərəm. Bu gün bütün dünya reklam üzərində qurulub. Amma baxır kim, nə və hansı şəraitdə, hansı mövzuda reklama çəkilir".

Əməkdar incəsənət xadimi, məşhur aktyor və rejissor Elxan Cəfərov isə deyib ki, bu məsələ çox şəxsi və spesifik məsələdir: “Burada aksiom yoxdur. Demək olmaz ki, bunu etmək olar və yaxud etmək olmaz. Təbii ki, dünyada belə təcrübələr var. Elə aktyorlarımız var ki, seriala çəkilir, eləsi də var ki, çəkilmir. Bədii filmdə çəkilən aktyorlarımız serialda da, reklamda da görünür. Bu, yaradıcı insanların sosial dayanıqlı bir mövqedə olmamalarından irəli gələn məsələlərdir. İndi, təbii ki, kimsə 5 manat artıq qazanmaq istəyirsə, burada qəbahətli heç nə yoxdur.

Əlbəttə, Rasim Balayevin kolbasa reklamına çəkilməsi şəxsən mənim üçün, bir tamaşaçı kimi, bir qədər dartınaraq qəbul etdiyim hal oldu. Bizim çoxsaylı sənətkarlarımız var ki, bəzən onları avtobusda, metroda görəndə insan bir anlıq tərəddüd edir. Düşünürsən ki, mənim qəhrəmanım mənim üçün əlçatmazdır, bir xülyadır - niyə adi insan kimi metroya, avtobusa minməlidir?", - rejissor deyib.

“Bəs sizə reklama çəkilmək üçün təkliflər gəlibmi?” - sualına isə Elxan Cəfərov belə cavab verib: “Çox gənc yaşımda, yaxın bir dostun və tanışın xahişi ilə bir mobil operatorun reklamına çəkilmişdim. Amma ondan sonra çəkilməmişəm. Gələn təklifləri isə təkidlə rədd etmişəm və bildirmişəm ki, bir daha bu cür təkliflər olunmasın.

Şəxsən mən istəməzdim o cür reklamlarda çəkilim. İstəyərdim ki, insanların düşüncəsində yaradıcı insanlara qarşı olan o mifik münasibəti qoruyub saxlayım".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru