Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                     “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                     Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir .....                     Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb .....                 

Aktyorları attestasiyadan keçirmək lazımdır - ÇAĞIRIŞ...
Tarix: Dünən, 09:25 | Çap et

Teatr sahəsində qarşılaşdığı nöqsanları dilə gətirməkdən çəkinmir. Hesab edir ki, məsələni qapalı saxladıqca problemin həllinə nail olmaq mümkün deyil.

“Reytinq” qəzetinin həmsöhbəti Akademik Rus Dram Teatrının aktyoru, quruluşçu rejissor kimi müxtəlif teatrlarda maraqlı tamaşalar hazırlayan Abdulladır.

- Oxucular üçün tam aydın olsun deyə bir məsələyə aydınlıq gətirək. Deyəsən, Elşadlı təxəllüsündən imtina etmisən. Yəqin ki, bir səbəbi var...

- Xüsusi bir səbəbi yoxdur. Elşadlı təxəllüsünü atamın adından götürmüşdüm. Çoxdan istəyirdim ki, imza məsələsində hansısa bir dəyişiklik edim, enində-sonunda fikrimi qətiləşdirdim. Artıq afişada sadəcə, Abdulla yazılır, məncə, belə daha yaxşı səslənir. Həm də məmləkətdə Abdulla adında başqa bir rejissor yoxdur, təkəm. Amma bu dediyimin təkəbbürlük kimi qəbul olunmasını istəmirəm, çünki təkəbbürdən xoşum gəlmir.

- Bəs hansı Abdulla? Aktyor, yoxsa rejissor?

- Təbii ki, rejissor. Bir yaradıcı insan kimi özümü rejissor kimi daha yaxşı realizə edə bilirəm, quruluş verdiyim tamaşa vasitəsilə düşündüklərimi həyata keçirmək istəyirəm.

Düşüncəmə görə, hər hansı bir əsər səhnəyə qoyulursa, pyesin müəllifi artıq ikinci plana keçir, tamaşanın müəllifi rejissordur və bu prinsipdən də yola çıxaraq teatr sənətində doğru bildiklərimi reallaşdırıram. Aktyorun isə belə bir imkanı yoxdur.

- Yəqin elə ona görə də aktyorluq asılı sənət sayılır...

- Aktyor sənətinin bəlkə də elə gözəlliyi ondadır ki, rejissordan asılıdır. İxtisasım da rejissorluqdur. Mədəniyyət və İncəsənət Universitetində Fikrət Sultanovun, Moskvada isə Mixayıl Borisovun kurslarını bitirmişəm.

Aktyorluğa gəlincə, sadəcə, Akademik Rus Dram Teatrında aktyor ştatındayam. Fürsət düşmüşkən, burdan teatrımızın direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə minnətdarlığımı bildirirəm, çünki Ədalət müəllim rejissor kimi özümü realizə etməyimə hər cür şərait yaradır, dəstək olur, ən əsası, mənə inanır. Məncə, bu, bir gənc üçün çox vacibdir.

- Dəstək və inam varsa, qaldı öz rejissor dəst-xəttini, üslubunu göstərmək...

- Hesab edirəm ki, rejissor üçün kanonlar olmamalıdır. Kimsə durub deməməlidir ki, klassik əsəri belə hazırlama, elə hazırla, Şekspirin yazdığı kimi quruluş ver, Mirzə Fətəlinin mətninə müdaxilə eləmə. Kim və harda yazıb, tabu qoyub ki, klassik əsər kitabda necə varsa, səhnədə də belə qoyulmalıdır? Bayaq dediyim kimi, tamaşanın müəllifi rejissordur, o, əsəri necə görürsə, belə də səhnədə quruluş verməlidir. Təbii ki, elə prinsiplər var ki, rejissor kimi əməl etməyə borclusan. Məsələn, tamaşanın əvvəlində hansı şərtləri qoymusansa sona qədər ona əməl etməlisən. Tutaq ki, ən yeni quruluşum Sumqayıt Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırladığım tamaşa oldu. Əvvəldən axıra kimi meydan tamaşası üslubundadır, yəni sona qədər üslub gözlənilib.

- “Qaravəlli”dən söhbət düşmüşkən, premyeraya mən də baxmışam və fikirlərimi mətbuatda bildirmişəm. Hesab edirəm ki, maraqlı tamaşa alınıb. Sumqayıt Dövlət Dram Teatrında bu tamaşanı hazırlamaq təklifi kimdən gəldi?

- Sumqayıt teatrında tamaşa hazırlamaq istəyim çoxdan var idi, lakin məndən asılı olmayan texniki səbəbdən bu məsələ açıq qalmışdı. Samir Şəfiyev teatra direktor təyin ediləndən sonra istəyimi reallaşdırmaq mümkün oldu. Həmin ərəfədə Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi ilə tamaşa hazırlamalı idim. Nazirliyin sektor müdiri Böyükxanım Talıbova Sumqayıt teatrının bu layihə üçün uyğun olduğunu dedi. Samir müəllimlə görüşüb müzakirə aparanda bir neçə pyesi nəzərdən keçirdik. Anarın “Qaravəlli” əsərini də Samir müəllim təklif etdi. Adətən quruluş verəcəyim tamaşanı özüm seçməyi xoşlayıram. Amma bu dəfə fərqli oldu, əsəri oxudum və gördüm ki, “Qaravəlli” bu günümüzlə çox səsləşir, pyesdə aktual məsələlər qabardılır
.
- Və yəqin ki, rol bölgüsü də direktorun masası üzərində artıq hazır idi...

- Qətiyyən. Rol bölgüsünü özüm aparmışam, çünki kollektivi yaxşı tanıyıram, müxtəlif tamaşalara baxışam. Samir müəllim, baş rejissor Xalq artisti Firudin Məhərrəmov, yaradıcı və texniki heyət tamaşamızın uğurlu alınması üçün nə lazmdırsa, etdilər.

- “Qaravəlli” tamaşasında da müəllifə əlavələr etmisən, teatrda “Otello”nun məşqi prosesi, rejissor Abbas Abbasov, Otello və Dezdemona obrazları Anarın əsərində yoxdur. Necə düşünürsən, yazıçı bu müdaxiləni qəbul edəcək?

- Premyerada Anar müəllimin iştirakı mümkün olmadı, inşallah, payızda yeni mövsümün əvvəlində tamaşaya baxar. Məncə, qəbul edəcək, çünki yazıçı-dramaturq Anar həm də rejissordur. Məhz ona görə də inanıram ki, rejissor əlavələrimlə razılaşacaq. Əlavə etdiyim səhnə və obrazlar əsərin ideyasına xələl gətirmir, süjet xəttinə ziyan vurmur.

Əsərin qəhrəmanı Əvəz Əvəzov cəmiyyətdəki müxtəlif mövqeli, müxtəlif xasiyyətli insanları tanıyır, onlarla təmasda olur. Onun bir rejissor tanışı da ola bilir. Həm də istədim ki, Abbas Abbasov obrazı ilə ölkə teatrlarındakı mövcud problemləri tamaşaçıya çatdırım. Belə hesab edirəm ki, bu gün teatrlarımızda çoxlu və ciddi problemlər var.

- Məsələn...

- Peşəkar kadr çatışmazlığı yaşanır. Bu gün bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir. Elə teatrlarımız var ki, orda bir-iki nəfəri çıxmaqla heç kim bu sahə üzrə ali təhsil almayıb.

Söhbətimizin əvvəlində Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsindən bəhs etdik. Çox faydalı olan bu layihənin məqsədlərindən biri də bölgə teatrlarının paytaxtın teatr mühiti ilə əlaqələrini gücləndirməkdir. Mən bu layihə çərçivəsində Füzuli, Qusar və Sumqayıt dram teatrlarında tamaşa hazırlamışam, Lənkəran Dövlət Dram Teatrının kollektivi üçün isə master-klass keçmişəm. Həmin teatrın sabiq baş rejissoru Anar Babalının dəvəti ilə orda 2 tamaşaya quruluş vermişəm. Bakıdan kənardakı teatrlarımızın real vəziyyətini yaxşı bilirəm.

“Qaravəlli”yə əlavə etdiyim rejissor obrazı bəlkə də öz-özlüyündə savadlı, ağıllı adamdı, lakin əyalətdə, təhsilsiz aktyorlarla çalışmaqdan psixologiyası pozulub. Əsərə mənim əlavəmdəki Otellonu oynayan aktyor Dezdemonanı əvvəlcə boğur, sonra sözlərini deyir. Təbii ki, əslində əvvəlcə mətni deyib sonra onu boğmalı idi. Yəni o, Otellonu oynamaq gücündə, bacarığında deyil. Bu gün teatr aləmində iddiası ilə istedadı uzlaşmayan nə qədər aktyor və aktrisa var.

Biz səhnədə quruluş verdiyimiz tamaşalarda cəmiyyətdəki çatışmazlıqları göstərməyə çalışırıq, ən ciddi problem bəlkə də teatrdadır. Bu gün Azərbaycandakı teatr prosesini incələyərkən hansı qənaətə gəlirik?

- Sualı özün verirsənsə, yəqin cavabı da bilirsən...

- Teatr irəli getmək, müasir tələblərlə ayaqlaşmaq istəyir, lakin savad və hazırlığın vəziyyəti irəli getməyə imkan vermir. Hər şey təhsildən başlayır, razılaşsaq da, razılaşmasaq da bu, belədir.

Master-klass üçün kimlərinsə ölkəyə dəvəti, başqa ölkədəki yay məktəbinə kimlərinsə göndərilməsi çıxış yolu deyil.

Rejissor kimi məni narahat edən əsas problemlərdən biri də teatrlarımızdakı texniki məsələlərdir. Avadanlıqlar, işıq sistemləri, akustika və digər məsələlər imkan vermir ki, rejissor tamaşaya quruluş verərkən nəzərdə tutduğunu tam reallaşdırsın.

İş prosesində reallığı nəzərə alıb ideyalarının üstündən xətt çəkməli olursan.

Düzdür, prezidentin diqqət və qayğısı ilə əksər teatrlarımızın binası təmir edilib, avadanlıqlar yenilənib. Amma nəzərə almaq lazımdır ki, bu gün dünyada texnologiyalar çox sürətlə inkişaf edir, bir neçə il əvvəlki texniki avadanlıq artıq günün tələbinə cavab vermir. Tamaşa hazırlayan rejissor bilmir aktyorlarla rol üzərində işləsin, üzdə görünən və görünməyən çoxsaylı texniki problemlərin dərdini çəksin.

Teatrlarda, xüsusilə Bakıdan kənarda fəaliyyət göstərən teatrlarda çalışanların maaşları çox aşağıdır. 400 manat əmək haqqı alan aktyordan səhnədə necə sənət tələb etmək olar?

Çox vaxt dəvət aldığım premyeralardan imtina edirəm. Çünki tamaşa bitən kimi dost-tanış, həmkarlarım fikrimi öyrənmək istəyir. Mən də kimlərinsə xoşuna gəlmək üçün yalandan zəif səhnə əsərini tərifləmək istəmirəm.

- Bu müsahibə sənin kimi gənc və perspektivli rejissora problem də yarada bilər...

- Üzləşdiyimiz problemlərin həllini həqiqətən də istəyiriksə, onu dilə gətirməkdən çəkinməməliyik. Tutaq ki, bir insanın səhhətində narahatlıq yaranıb və gedir həkimin qəbuluna, amma konkret nədən əziyyət çəkdiyini açıb həkimə demək istəmir. Bu durumda həkim onu necə doğru-düzgün müalicə edə bilər? Ona görə də hər hansı çatışmazlığı, nöqsanı dilə gətirməliyik ki, problemi aradan qaldırmaq mümkün olsun.

- Bəzən nöqsanı demək yetərli olmur, çıxış yolu göstərmək, təklif vermək lazım gəlir. Təkliflərin varmı?

- İlk növbədə teatr təhsilinə yeni yanaşmalar olmalıdır. Çünki indi müşahidə etdiyimiz vəziyyət bir daha göstərir ki, bu sahədə sistem səhvdir. Ali məktəbdə quruluşçu rejissor yox, sanki tamaşa quran hazırlanır. Rejissor tamaşa hazırlayan deyil, həm də ideoloqdur. Rejissorluq fakültəsinə hər il qəbul keçirməyə ehtiyac yoxdur, məncə. 20-21 yaşlı gəncin nə dünya görüşü, təcrübəsi var ki, tamaşa hazırlasın?

Moskvada orta məktəbi bitirən heç bir gənci rejissorluq fakültəsinə götürmürlər, o gənc hökmən birinci təhsilini humanitar sahədə almalıdır. Sonra gəlib rejissorluğu oxumalıdır.

Bütün teatrlarımızda aktyorlar ciddi və şəffaf attestasiyadan keçirilməlidir. Teatrlarımız düşüncə tərzinə görə ötən əsrin 70-80-ci illərində qalıb. Ətrafımızda, beyinlərdə, zövqlərdə baş verən dəyişiklik vecimizə də deyil, sanki.

- Gələcəklə bağlı çox pessimistsən deyəsən...

- Belə deməzdim, əslində nikbin adamam və bu problemlərin düzələcəyinə inanıram. Çünki ola bilməz ki, hər şey hər zaman pis olsun.

- Yeni teatr mövsümü üçün yaradıcılıq planların necədir?

- Yeni mövsümdə Qazax Dövlət Dram Teatrının kollektivi ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsri üzərində işləməyi planlaşdırıram, artıq rol bölgüsünü də aparmışam.

- Yəni Şeyx Nəsrullanı da, Kefli İsgəndəri də tapmısan?

- Təbii. Əks halda heç bu əsərə müraciət etməzdim. Bizim tamaşada bu iki əsas obrazı oynayacaq aktyor istedadlı insandır. Tamaşada Kefli İsgəndəri gənc və istedadlı aktyor Rüfət Ömər oynayacaq.

Yeri gəlmişkən, bu, Qazax Dövlət Dram Teatrı ilə ilk işim deyil. Ötən il bu teatrın səhnəsində Bekketin əsəri əsasında “Səmirsiz” mono-tamaşasına quruluş vermişdim. Tamaşa “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində paytaxtda da uğurla oynanıldı və Rüfət Ömər “Ən yaxşı aktyor” nominasiyasının qalibi seçildi. Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyi mənim bu tamaşadakı işimi “Ən kreativ rejissor yozumu” nominasiyasının qalibi elan etdi.

“Ölülər” tamaşası barədə çox da ətraflı danışmaq istəmirəm, sadəcə, onu deyə bilərəm ki, “Ölülər” Hacı Həsən ağanın qardaşının guya o dünyadan göndərdiyi məktubla başlayacaq. Pyesin əvvəlində Müəllimin Kefli İsgəndərin qardaşı Cəlala dərs öyrətməsi səhnəsini ixtisar etmişəm.

Yaxın gələcəkdə isə Şekspirin “Kral Lir” pyesini qurmaq barədə düşünürəm. Belə hesab edirəm ki, Xalq artisti Qurban İsmayılov bu obrazın öhdəsindən məharətlə gələr. İnanıram ki, bu ideyamı gerçəkləşdirə biləcəyəm.

Etibar CƏBRAYILOĞLU
Reyting.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Dünən, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Dünən, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Dünən, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Dünən, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Dünən, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Dünən, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Dünən, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Dünən, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Dünən, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Dünən, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Dünən, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Dünən, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Dünən, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 15:15
Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb - ŞƏRH
Dünən, 15:11
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyor
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru