Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                     “Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü .....                     “İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” .....                     Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları .....                     Rəsmən dilənçilik edirlər... .....                     Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü .....                     Ramin Quluzadəyə itki üz verib .....                     “Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb .....                     Ali təhsil bazarında BAHALAŞMA... .....                     40 ilin işçisinin başına belə oyun açdılar... .....                     Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? .....                     Azərbaycanı Xəzərdən gözləyən təhlükə .....                     “LC Waikiki”-in müştərisi narazılıq edir .....                     Əvvəlcə təmir etdilər, indi də bağlayırlar .....                     İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır .....                     "Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" .....                     Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... .....                     ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir .....                     Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... .....                     Rusiyanın münasibəti artıq düşmənçilikdir .....                     "Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." .....                     Zəngəzurda iki istiqamətdən hücum var .....                     Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... .....                     Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb .....                     HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ .....                     "Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" .....                     Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? .....                     “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                     "Dərdimi kimə deyim... necə edim?" .....                 

"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Tarix: 8-08-2025, 06:52 | Çap et

“Çox sevinirəm ki, Elçin müəllimi sağlığında xoşbəxt edə bildim. O, heç gözləmirdi ki, “Mahmud və Məryəm” romanına film çəkilər. Mən onun xatirəsini yaşatmaq üçün əlimdən nə gəlirsə, edəcəyəm. Çünki Elçin müəllim mənim sənətdəki böyük uğurum olub. Ümumiyyətlə, Əfəndiyevlər ailəsi mənim sənətdə böyük uğurum olub. Bu sənətdə var olmağımın və bütün uğurlarımın arxasında bu ailə dayanır".

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova görkəmli yazıçı, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə bağlı xatirələrini bölüşərkən deyib.

O bildirib ki, ilk dəfə İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” teletamaşası ilə sənətə gəlib:

“Daha sonra Türkiyədə də Elçin müəllimin əsərləri ilə ən böyük mükafatları qazandım. Yaxşı ki, Əfəndiyevlər ailəsi həyatımda olub. Hər şey üçün Elçin müəllimə sonsuz təşəkkür edirəm".

Məlahət Abbasova Elçin Əfəndiyevlə bağlı xatirələrinin çox zəngin olduğunu deyib:

“1987-ci ildən etibarən “Sən həmişə mənimləsən” teletamaşası həyatıma girdiyindən bəri bu ailəyə, xüsusilə də Elçin müəllimə hər zaman yaxın olmuşam. Mənim ilk atdığım ən böyük addım Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında körpü quraraq Elçin müəllimin “Mahmud və Məryəm” romanını ortaq layihə kimi təqdim etməyim idi.

Bu istiqamətdə atdığım addımlar mənim üçün çox önəmlidir. Ailəsi də bunu yaxşı bilir. Bunu ilk dəfə mən təklif etdim və Elçin müəllim bu ideyaya çox sevindi. Daha sonra mən Türkiyədə Elçin müəllimin pyeslərini səhnəyə qoymağa başladım.

Onun dörd pyesi İstanbul Şəhər Teatrında səhnəyə qoyuldu. Hər biri böyük uğur qazandı, mükafatlara layiq görüldük, qastrollara getdik. Elçin müəllim mənim üçün sadəcə böyük bir yazıçı deyildi, o, mənim üçün mənəvi bir dayaq idi. Elçin Əfəndiyevin adı Azərbaycan mədəniyyətinə qızıl hərflərlə yazılıb.

O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi. Onu Türkiyə tamaşaçısına tanıtmaq, pyeslərini səhnəyə qoymaq mənim üçün fəxrdir. Məsələn, 2015-ci ildə İstanbul Şəhər Teatrı Elçin müəllimin "Şekspir" adlı pyesi ilə 11 mükafat qazandı, mən ilin ən yaxşı rejissoru seçildim. O tamaşada rol alan aktyorların hamısı mükafat aldı.

Orada altı xarakter vardı və hamısı ilin ən yaxşı aktyoru, ən yaxşı köməkçi aktyoru mükafatına layiq görüldü. Səhnə tərtibatı, musiqi, hamısı yüksək qiymətləndirildi. Musiqini Xalq artisti, tanınmış bəstəkar Aygün Səmədzadə yazmışdı.

Türkiyədə bir çox universitetlərdən ona fəxri doktor adları verilib. Atatürk Kültür Mərkəzində Türkiyə Prezidenti tərəfindən mükafatlandırılması, bu işin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bütün bu proseslərin canlı şahidi olmuşam və ona görə də bunları deməyi özümə mənəvi borc bildim”.

Aktrisa qeyd edib ki, son zamanlar onun səhhətində müəyyən problemlər olsa da, qəfil vəfatı hər kəs üçün gözlənilməz olub:

“Biz onunla hər zaman danışırdıq. Ən son Türkiyədə xəstəxanada yatdı. Mən onun qızı ilə çox yaxın rəfiqəyəm. Biz onlarla bir ailə kimi olmuşuq. Dünən qızı mənə yazır ki, “Sən bilirsən də papa səni necə çox istəyirdi”.

İndi özümü doğma atamı itirmiş kimi hiss edirəm. Soruşdum ki, nə olub, xəstə idi, yoxsa necə?

Dedi: “Yox, Məlahət, hər şey normal idi”. Xəstəliyi var idi əslində. Amma yəqin ki, gecə ürəyi dayanıb”.

Məlahət Abbasova vurğulayıb ki, dünyanın ən böyük teatrlarından birində Azərbaycanın sənət insanı olaraq Elçin müəllimin tamaşaya qoyulan dram əsərlərinin oynanılması, mükafatlar, qostrollar və çox böyük nailiyyətlərlə geri dönməsi bizim üçün fəxrdir:

“Elçin müəllimlə ata-qız münasibətimiz vardı. Hər dəfə İstanbula gələndə görüşürdük. Onsuz da ailəcə görüşən bir insanıq. Elçin müəllimlə çox gözəl xatirələrim var. Hər dəfə Bakıya gələndə, o zaman Nazirlər Kabinetində işləyirdi. Mütləq onun yanına gedirdim, bir stəkan çayını içirdim.

Bir şeyi başa düşməyəndə Elçin müəllimin özəl nömrəsi vardı zəng edirim, birbaşa telefonu özü açırdı. Uzaqda da olsa, hər zaman tamaşalarımla maraqlanırdı. Deyirdim “Narahat olmayın, Elçin müəllim. Tamaşanı siz necə yazmısınızsa, mən də o cür səhnələşdirəcəyəm”.

“Mahmud və Məryəm” filminin ideyası və iki ölkə arasında əməkdaşlıq təklifini ilk dəfə mən irəli sürmüşdüm. Həmin vaxt Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev, Türkiyənin isə Ertuğrul Günay ilə birbaşa görüşdüm və icazələri aldım.

Onun dörd pyesini tərcümə etmişəm. Burada, İstanbuldakı səhnələrdə o əsərləri tamaşaya qoymuşam. İndi istəyirəm onun xatirəsinə həsr olunmuş bir kitab nəşr edim. Hələlik kitabın adını müəyyənləşdirməmişəm. Elçin müəllimin "Qatil" və "Şekspir" əsərini dövlət teatrlarının repertuarında da səhnəyə qoymaq istəyirəm. Çünki bu əsərlər artıq İstanbul Şəhər Teatrlarında uğurla nümayiş olunub. İndi məqsədim onları dövlət teatrlarının səhnəsində təqdim etməkdir. Təəssüf ki, Elçin müəllim bunu görə bilmədi.

Pyesi tərcümə edib repertuara təqdim etmişdim, amma bu, Türkiyədəki seçkilərlə eyni vaxta təsadüf etdi. İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrlarından biridir, 13 binamız, 1 500 işçimiz var. Mən bu teatrda 6 il rəhbərlikdə, direktor müavini vəzifəsində çalışmışam.

Seçkilərdən sonra rəhbərlik dəyişdi və lakin fəaliyyətimi aktrisa və rejissor kimi davam etdirirəm. Bu gün seriallarda gördüyünüz bir çox tanınmış simalar bizim teatrın aktyorlarıdır. Belə böyük bir teatrda çalışan yeganə azərbaycanlı mənəm. Hazırda Beynəlxalq Teatr Festival Komitəsinin üzvüyəm. Harada festival keçirilirsə, Elçin Əfəndiyevin pyesləri orada səhnəyə qoyulub”.

Aktrisa bildirib ki, mərhum dramaturq Elçin müəllimlə son görüşlərində onun tək bir arzusu vardı:

“Elçin müəllimlə son görüşlərimizdə onun bir dərdi vardı. Deyirdi “Nə vaxt mənim “Teleskop” tamaşamı səhnəyə qoyursan?”. “Teleskop” artıq bizim Bədii Şuradan keçmişdi. Ona söz vermişdim, o sözümü mütləq yerinə yetirəcəyəm. “Teleskop” əsərini repertuara təqdim etdiyim zaman bu, məhz seçki dönəminə təsadüf etdi. Elçin müəllimin qızı Günay xanım da bunu çox gözəl bilir. Həmin seçkilərdə CHP qalib gəldi. Biz isə 6 ildir ki, Ak Partiya tərəfindən təyin olunan rəhbərlikdə idik. Yeni rəhbərlik gəldikdən öz komandalarını gətirdilər. Belə bir keçid dövrü idi. İndi isə Elçin müəllimin əziz xatirəsi üçün bu əsəri daha da təzləşdirəcəm”.

Məlahət Abbasova “Elçin müəllimin məni qucaqlayıb “Aferin!” deməsi həyatımın ən böyük mükafatı idi”, deyə vurğulayıb:

“Elçin müəllimin “Ulduzlar altında cinayət” (“Qatil”) tamaşası 3 il ərzində 200 dəfə sərgiləndi. O, bu əsərini çox sevirdi. Ardınca “Şekspir”gəldi. O da böyük uğur qazandı. Nə yaxşı ki, həmin tamaşaları səhnəyə qoydum və Elçin müəllim özü də böyük məmnuniyyətlə izləyib bəyəndi. Hər dəfə İstanbula gələndə tamaşalara baxırdı. Onun nəsihətlərini dinləyirdim, əsərlərini mənə o qədər həvəslə izah edirdi ki... Məsələn, “Qatil” tamaşasında mənə dəqiq şəkildə yön verirdi, nəyi necə etməliyəm, hansı səhnəyə necə yanaşmalıyam, izah edirdi".

O tamaşada bir yuxu səhnəsi vardı. Elçin müəllim xüsusi olaraq deyirdi: “Bax, qətiyyən o səhnəni çıxarma ha!” Çünki məndən əvvəl bu əsəri səhnələşdirən rejissor həmin səhnənin həllini tapa bilməmişdi və onu çıxarmağa qərar vermişdi. Elçin müəllim isə israrla deyirdi ki, məhz o yuxu səhnəsi olsun. Mən həmin səhnəni oturub dərinliklə oxudum və dedim ki, Elçin müəllim, “sizin bu yuxu səhnəsi tamaşanın “kilid” səhnəsidir. Mən onu necə çıxara bilərdim axı?” Çünki o səhnə tamaşanın əsas mərkəz nöqtəsidir, onu mütləq saxlamaq lazım idi. ‘Qatil’ tamaşası ilə bağlı qastrol səfəri üçün Bakıya gələndə, Xalq artisti Şükufə Yusupova, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Sabir Məmmədov və digər sənətkarlar da tamaşaya baxmışdılar.”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bütün aktyorları hamısı məni təbrik etdi. Dedilər ki, “Mehribanın həll edə bilmədiyi o yuxu səhnəsini sən necə ustalıqla səhnələşdirdin! Bizdə bu səhnənin həlli tapılmamışdı”. Mən də dedim ki, “Vallah, Elçin müəllimin sayəsində”. Bildiyim qədərilə Azərbaycanda bu səhnə çox zəif təqdim olunmuşdu. Sonradan baxdım və doğrudan da, düzgün səhnələşdirilməmişdi. Elçin müəllim mənim təqdim etdiyim səhnəyə baxanda o qədər sevindi ki, qanadı olsaydı, uçardı. Biz qastrol səfərinə gələndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva tamaşaya gəldi və onu çox bəyəndi. Onunla yanaşı, bir sıra dövlət rəsmiləri, eləcə də müxtəlif nazirliklərin nümayəndələri də tamaşada iştirak edirdilər. Nərgiz xanım bizi Elçin müəllimin “Şekspir” tamaşasına baxmaq üçün öz teatrına dəvət etdi və bizim bütün aktyor heyətimiz üçün ziyafət təşkil etdi.

"Qatil" tamaşasını görəndə necə mənə sarıldı, gözləri doldu... Mənə, “Aferin!, Sən məni anlamısan. Bu əsərdə nə demək istədiyimi tutmusan” dedi. Deyəsən, o dövrdə Mehriban Ələkbərzadə ilə bu səhnənin quruluşu ilə bağlı müəyyən fikir ayrılıqları olmuşdu. Ona görə də Elçin müəllim bu səhnə ilə bağlı xüsusilə narahat idi".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Naiq Məmmədhəsənovun qızının da rəhbərlik etdiyi “Tovuz-Baltiya” şərab zavodu batır? – Borcu 700 min manatı ötüb
Bu gün, 08:30
Azərbaycanı Xəzərdən gözləyən təhlükə - Bakıdan hazırlıq
Bu gün, 08:24
“LC Waikiki”-in müştərisi narazılıq edir - Şok faktlar üzə çıxdı
Bu gün, 07:26
Əvvəlcə təmir etdilər, indi də bağlayırlar - AXI NİYƏ?..
Bu gün, 07:14
İcra hakimiyyətlərinin ləğvi prosesi başlayır - GƏLİŞMƏ
Bu gün, 07:10
"Təhsil haqlarında belə kəskin artımlar sosial ədalətə ziddir" - ETİRAZ
Bu gün, 07:04
Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... - FAKT BUDUR!
Bu gün, 07:00
ABŞ-nin Kiyevin təhlükəsizliyinin təmin edilməsində iştirakı irəliləyişdir - Makron
Bu gün, 06:54
Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... - AKTUAL
Bu gün, 06:52
Rusiyanın münasibəti artıq düşmənçilikdir - FAZİL MUSTAFA NET DANIŞDI
Bu gün, 06:47
"Övladlarımla aram yoxdur, təkcə Könül mənə baxır..." - Dəlixanaya yerləşdirilən məşhur bəstəkar
Bu gün, 06:39
Zəngəzurda iki istiqamətdən hücum var – Paşinyan Bakıya kömək etməlidir
Bu gün, 06:35
Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:35
Tramp Putin-Zelenski görüşünə hazırlığa başlayıb - “Truth Sosial”
Bu gün, 02:33
HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Dünən, 18:03
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Dünən, 17:57
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Dünən, 17:51
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Dünən, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Dünən, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Dünən, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Dünən, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Dünən, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Dünən, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Dünən, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Dünən, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Dünən, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Dünən, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Dünən, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Dünən, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Dünən, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Dünən, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Dünən, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Dünən, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Dünən, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Dünən, 16:10
Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru