“Mənə baxdı-baxdı, ürəyində dedi, gör bu yazıq nə gündədir, bunun telefonuna bax”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib.
Maşın, telefon həvəskarı olmadığını deyən aparıcı köhnə telefon işlətdiyini, hətta buna görə bir tanışının ona yazığı gəldiyini də etiraf edib:
“Adam var avtomobil, telefon xəstəsidir. Məndə maşına, telefona maraq yoxdur. Həvəskarı deyiləm. O maşın tamamilə tökülüb itməlidir ki, onda gərək mən onu dəyişim. Bir dəfə tanışım telefonumu gördü, gözləri doldu. Çünki, dörd yerdən çatlağı var idi. Səs gəlmirdi, üstündən vururdum ki, səsi gəlsin. Neynim, mənim canımda yoxdur. Tanışım belə baxdı-baxdı, ürəyində dedi, bu yazıq nə gündədir, telefonuna bax”.