"Zorakılığa məruz qalan insan bir çox hallarda elə düşünür ki, “bəlkə də buna səbəb mən oldum”. Bu hiss ona zorakının yaratdığı psixoloji təzyiqdən və özünü dəyərsiz hiss etməsindən qaynaqlanır. Öz gücsüzlüyündən və acizliyindən utanır. Utanc isə insanı susmağa məcbur edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Bəzi insanlar daha əvvəl köməklik istədikdə ya dinlənilmədiyini, ya da başa düşülmədiyini yaşayıb. Buna görə də “məni yenə anlamayacaqlar” deyə düşündüyündən danışmağa tərəddüd edir.
Cəmiyyətin qurbanı günahlandırması susmağa məcbur edən səbəblərdəndir, çünki mühakimə olunmaqdan qorxur.
Qorxu və təhlükə hissindən susur. Zorakılığı edən insanın reaksiyasından və ya vəziyyətin pisləşəcəyindən qorxu da susmağı seçməyə səbəb ola bilər.
Köməklik yollarını bilməmək bəzən insanlar kimə müraciət edəcəyini, necə danışacağını bilmədiyi üçün özündə saxlayır dərdini..."









