Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Moskvada döyülən müğənnimiz sən demə, Bakıda polisi hədələyibmiş - ilginc açıqlamalar
Tarix: 2-04-2015, 09:05 | Çap et
Moskvada döyülən müğənnimiz sən demə, Bakıda polisi hədələyibmiş
“Yeni ulduz” Vüqar Muradovun toy adı ilə Moskvaya çağırılaraq döyülməsi son bir həftədə şou gündəminin əsas hadisəsi sayılır desək, yanılmarıq. Hətta məsələ o qədər böyüyüb ki, sənətçinin bəzi həmkarlarının da adı bu məsələdə hallandırılır. Xüsusən də, gənc müğənni Fidan Süleymanovanın. Milli.Az məsələnin aktuallığını nəzərə alaraq F.Süleymanova ilə əlaqə saxlayıb.

- Fidan xanım, Vüqar Muradovla ilk şəxsi tanışlığınız nə vaxt olub?

- Anam məni "Yeni ulduz - 1" yarışmasına gətirmişdi. Müsabiqədən keçdim, ancaq 16 yaşım tamam olmadığına görə, şəxsiyyət vəsiqəsi almamışdım və bu səbəbdən efirə buraxılmadım. Onda Vüqar da müsabiqəyə qatılmışdı. Üz-gözünü düzəltdirmədiyi vaxtlar idi. Münsiflər belə qərara gəldilər ki, o da efirə buraxılmasın. Yadımdadır ki, buna görə ATV-nin qapılarını təpikləyirdi, söyürdü.

- Şəxsi ünsiyyətiniz nə vaxt yaranıb?

- Dəqiq yadımda deyil. Amma çox güman ki, konsertdə, çəkilişdə olub.

- Toylarda olmusunuz?

- Çox nadir hallarda.

- Bəs münasibətlərin pozulmağının başlanğıcı haradan başlayır?

- 2013-cü ilin avqust ayında baş verən hadisəyədək Vüqar Muradovla heç bir problemim olmayıb.

- Söhbət hansı hadisədən gedir?

- “Azərbaycan” nəşriyyatında “Xəzər” televiziyasının çəkiliş pavilyonu var. “Bizim gün” verilişinin çəkilişi bitəndən sonra aramızda münaqişə yarandı. O vaxtadək Vüqarı mədəni, xanımlara hörmətlə yanaşmağı bacaran insan kimi tanımışam.

- Bidirmişdiniz ki, Vüqar Muradov sizə əl qaldırıb. Doğrudanmı, belə bir şey olub?

- Bəli, elə həmin hadisədə olub. Bilirsiniz ki, veriliş bitən kimi kameralar dərhal söndürülmür. Ona görə də aramızda baş verənlər çəkilmişdi. Hətta pavilyondan çıxandan sonra olan hadisə də gizli kamera ilə lentə alınmışdı.

- O vaxt hüquq-mühafizə orqanlarına müraciət etmişdiniz?

- Bəli, Vüqar “Gündəlik” verilişində deyir, guya polis deyib ki, ərizə səhv düşüb, sən gəlib şikayət etməliydin. Əslində, elə deyil. Polislər də Azərbaycan kişisi olaraq ona etiraz ediblər ki, xanımları təhqir etmək, əl qaldırmaq olmaz. Amma dəqiq yadımdadır ki, müstəntiq özü demişdi ki, Vüqar ona səkkiz dəfə zəng vuraraq, təhdid edib.

- Siz bunu haradan bilirsiniz?

- İstintaqçı özü bunu bizə demişdi. Məni və anamı dəhşətli dərəcədə təhqir etmişdi. O sözləri nə efirdə səsləndirə, nə də mətbuata deyə bilmirəm. Anamın bir övladı var, o da mənəm. Vüqar mənim anamı vurmaq istəyəndə qabağa keçdim və zərbələr mənə dəydi. Sonra mən də ona müqavimət göstərdim. Efirdə deyir ki, guya anamla mən onun üzünü cırmışıq. Tamamilə yanlış məlumatdır. Həmin vaxt anamın qollarından əməliyyat olunduğu üç gün idi. Qolları sarğıda olan qadın ona necə əl qaldıra bilər? Sadəcə, mən heç yerə tək getmədiyim üçün orada da anam yanımdaydı. Həkimdən kağızlar da var ki, anam yenicə əməliyyat olunmuşdu.

- O hadisədən sonra çəkilişdə, toyda qarşılaşmısınız?

- Bəli, iki dəfə qarşılaşmışıq.

- Salamlaşıb, görüşmüsünüz?

- Nə bir-birimizə baxmamışıq, nə salamlaşmamışıq. Hərə öz çıxışını edib və gedib.

- Niyə Vüqar Muradovla bağlı hansısa hadisə baş verəndə, dərhal ilk ağıla gələn şəxs siz olursunuz?

- Ona görə ki orada Fidan Süleymanova tək deyildi. Orada bir telekanalın işçiləri, aparıcı Anar Cəfərov, ümumilikdə 15-20 nəfər var idi. Onun mənə dediyi təhqirləri həmin adamlar da eşidib. Adi bir mikrofon üstündə məni və bu yaşda anamı təhqir etmək olarmı?

- İndiyədək Vüqarla bölgə məsələsiylə bağlı mübahisəniz olub?

- Mən onun Qaxdan olduğunu bu hadisədən sonra bilmişdim.

- Davanızda İmişli barədə nəsə demişdi?

- Hamı bilir ki, o, İmişlini təhqir etmişdi. Amma mən bu sözü heç ərizəmdə də qeyd etməmişdim.

- Bəs onun etdiyi bu təhqiramiz fikirlər haradan yayıla bilər?

- Dediyim kimi, orada məndən başqa 15-20 nəfər var idi. Onun adını çəkdiyi İmişlidən olan dostları bu hadisədən bir il sonra xəbər tutublar. Vüqarın ən yaxın dostum dediyi insan mənə zəng vurmuşdu ki, belə bir söz eşitmişəm, həqiqətdirmi?

- Bildirilir ki, Vüqar Muradov Moskvada döyüldüyü ərəfədə siz də həmin şəhərdə olmusunuz...

- Heç vaxt Rusiya ərazisində olmamışam.

- Azərbaycandan başqa hansı ölkələrdə olmusunuz?

- Gürcüstan, Ukrayna və Türkiyədə olmuşam.

- Hadisədən sonra Vüqarın dostlarından, çevrəsindən kimsə sizinlə əlaqə saxladımı?

- Onun ətrafından ən yaxın dostu dediyi İlkin İmişlidəndir. O, mənə zəng vurdu. Dedim ki, mən də efirdən və saytlardan xəbər tutmuşam. Adımı da ilk hallandıran Ruslan Əhmədoğlu adlı şəxsdir. O da buna görə məsuliyyət daşıyır. Mənə polisdən zəng gəlməyib, heç yerə çağırılmamışam, amma adım efirlərdə hallanır.

- Şou-biznesdə danışılmış qalmaqallar da istisna deyil. Əgər bir müddət sonra məlum olsa ki, bu da onlardan biridir. Onda necə olacaq?

- Danışdığım hadisədən sonra mən Vüqardan hər şey gözləyirəm. Bilmirəm, onun nəsə problemi var, tutması var, tutanda başı çönür. Belə insanlar var da, birdən tutması tutur. Vüqar on gün sonra desə ki, döyülməmişəm, təəccüblənmərəm. Hərçənd ki, mən onun döyülməyinə inanmıram.

- Amma gözünün altında izlər var idi...

- Moskavadan göndərdiyi şəkillərdə gözünün altında heç nə yox idi, amma ATV-yə gözü göy çıxdı. Bir dostundan “gözümün altını göyərt” deyib xahiş etmək elə də çətin məsələ deyil. Moskvanın düzündə tonal krem tapdı, televiziya kanalında bir krem tapıb gözünə vura bilmədi? Çünki Moskvadan göndərdiyi fotolarda gözünün altında göy yox idi. Görün səkkiz nəfər silalhı adam bundan necə qorxurmuşsa, üzünə vurmağa qorxublar? Gör Vüqar onlara necə hədə-qorxu gəlibsə, bunlar deyib ki, amandı, Vüqarın üzünə vurmaq olmaz.

- Bəlkə bədəninə vurublar?

- Başqa vaxt İnstagram-da yarıçılpaq şəkillər paylaşırsan. Paltarının bir yerini aç göstər ki, yaralarım var.

- Deməli inanmırsınız?

- Xeyr, inanmıram. Hətta istərdim oxucular da bilsin ki, bir aydan sonra çıxıb “bu hadisəni Fidanla özümüz düzüb-qoşmuşduq ki, reklamımız getsin” də deyə bilər. Məni cinayətdə günahlandırır. Görsə ki, bu işdə əlim yoxdur, yenə də məni başqa cür ləkələməyə çalışacaq. Efirdə dedikləri də çox gülməliydi. Guya dostları buna deyib ki, sən lap Polad Alemdar kimi on dəfə ölüb-dirilirsən. Polad Alemdar ona əl qaldıran insanlara özü müqavimət göstərir, vəziyyətdən çıxır. Bunu döyüblər yazıqları gəlib atıblar qırağa. Bunun harası Polad Alemdardı? Əgər dediyi kimi hadisə olubsa.

- Bir hadisəyə görə bu qədər kin-küdurət saxlamağa dəyməz axı. Niyə məhz sizinlə? Bəlkə məsələnin kökündə bilmədiyimiz məqamlar var.

- Bu insan mənə qarşı çox böyük səhv edib.

- İcazə verin, sizə opponentlik edim. Əgər səhvi sizə qarşı o edibsə, bəs niyə özü də kin saxlayır? Məntiqlə siz ona qarşı kinli olmalı deyilsinizmi?

- İçimdə ona qarşı ömür boyu sürəcək nifrət var. Şərəf və ləyaqətimə dil uzadan insanı ömür boyu bağışlamıram.

- Döyüldüyünü eşidəndə sevindiniz?

- Sevinmədim desəm, səmimi olmaz. Tam əmin olsam ki, həqiqətən, döyülüb, daha rahat sevinə bilərəm. Bir məqamı da vurğulamaq istəyirəm. ATV-də mənə qarşı çox ciddi ittihamlar səsləndirilirdi. Heç kim demirdi ki, Vüqar, bəlkə, heç bu qız günahkar deyil, bəlkə yanılırsan.

- Nə vaxtsa Vüqarla barışmağa razı olarsınız?

- Heç vaxt. Çünki o, məni dünyaya gətirən, böyüdən insanın - anamın şərəf və ləyaqətinə dil uzadıb. Yaxşı ki, anama çox yaxın durmuşdum. Əgər onun əli mənim anama dəysəydi, orada nə baş verərdi, bilmirəm.

- Və son olaraq yaradıcılığınız barədə bir neçə kəlmə. Hansı yenilikləriniz var?

- Səhhətimdə problemlər var. Ona görə müvəqqəti kənara çəkilmişəm. Hələ ki, müalicə alıram. İki aydır efirə çıxmıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru