Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                 

GƏNCLƏR FORUMUNDA REPRESSİYALAR MÜZAKİRƏ OLUNUB
Tarix: 2-11-2011, 17:05 | Çap et
GƏNCLƏR FORUMUNDA REPRESSİYALAR MÜZAKİRƏ OLUNUB

FORUMDA ÇAĞIRIŞ ELAN OLUNDU

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Gənclər Forumu keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, təşkilatın siyasi şurasının üzvü Samir Əsədli gənclərin problemlərindən danışaraq Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyətə gəldiyi gündən bəri müxalifət və müxalif düşüncəli insanların təzyiqlərə məruz qaldığını və hakimiyyətin müxalifətə qarşı səlib yürüşünə çıxdığını deyib. Eyni zamanda, təhsil sistemindəki problemlərdən danışan S.Əsədli bu sahənin bərbad vəziyyətə salındığını bildirib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı çıxışında bildirib ki, hazırki rejim gənclərin öz potensialını dövlətin mənafeyi üçün sərf etməyə imkan vermir. O, çıxışında, həmçinin gənclərin sosial hüquqlarının təmin olunmadığını, yaşayış üçün minimum şərtlərin ödənilmədiyini, mədəni hüquqlarının təmin olunmadığını diqqətə çatdırıb. Ə.Qurbanlı ölkədə gənc yazarların qarşılaşdıqları problemlərə də diqqət çəkib. O da təhsildəki problemlərdən danışaraq mütərəqqi boloniya sisteminin ölkəmizdə rüşvət üçün istifadə olunduğunu deyib. Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almalarına maneələrin yaradıldığını və hakimiyyətin gənclərin ABŞ kimi ölkədə deyil, Çində yaxud Sinqapurda təhsil almasında maraqlı olduğunu qeyd edib: “ Buna əsas kimi isə həmin ölkədə təhsil alan tələbələrin müxalifətçi kimi ölkəyə qayıtmaları göstərilir”.

Ölkə hakimiyyətinin öz nəznində fəaliyyət göstərən gənclər təşkilatlarına daha çox diqqət ayırdığını deyən Ə,Qurbanlı Gənclər Təşkilatları Milli Şurasına narkomaniya ilə mübarizə üçün milyonlarla vəsait ayrıldığını xatırladıb: “GTMŞ-na narkomaniya ilə mübarizə aparmaq milyonlar ayrılır, DİN isə elan edir ki, narkomaniya gəncləşir”.

Gənclər Forumunda qəbul edilən bəyanatda 2 aprel məhbusları və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə də münasibət bildirilib və bu faktlar hakimiyyətin cəmiyyəti uçuruma sürükləmək niyyətinin göstəricisi kimi dəyərləndirilib. Bəyanatda deyilir:

“02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb. Məhkəmələrin gedişi zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri, onların və vəkillərin məhkəmədə etdikləri son çıxışları qaldırılan cinayət işinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta malik olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslərdən, ittiham tərəfinin şahidlərinin isə əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu sübut olundu.

Məhbusların və onların vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi və s. bu işin siyasi sifariş olduğunu təsdiqləyən faktlar sırasındadır.

Artıq Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmə əsasən Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il və Elnur Məcidli 2 il, Göyçay rayon məhkəməsinin çıxardığı hökmə əsasən Vidadi İsgəndərli 3 il azadlıqdan məhrum ediliblər. Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Fuad Qəhrəmanlı 2 il şərti cəzaya məhkum edilib.

02 aprel mitinqinə hazırlığı pozmaq məqsədilə şərlənərək həbs olunan Şahin Həsənli qanunsuz silah saxlamaq ittihamı ilə avqust ayında Şəmkir rayon məhkəməsinin çıxardığı hökmə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Alışlı, Elnur İsrəfilov, Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Zülfüqar Eyvazlı və Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb, 6 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Hənçinin Bəxtiyar Hacıyev və Cabbar Savalanlı da siyasi fəallıqlarına görə daha öncə azadlıqdan məhrum edilmişlər ki, onların da vicdan məhbusları olduqları artıq sübut olunmuşdur.

Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad edilməsi tələb edilir.

Gənclər forumu hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri - vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru