Keçən günlərdə SOCAR "Neftçi" MTK-nın neftçiləri necə aldatması, necə korrupsiyaya yol verməsi ilə bağlı ilginc faktları təqdim etmişdik. Qeyd edək ki, Neftçilərin Hüquqlarının MÜdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sosial şəbəkə hesabında açıqlanan bu faktlar geniş rezonansa nədən olub və SOCAR "Neftçi" MTK-nın aldatdığı digər neftçilər də gileylərini paylaşıblar.
"DİA-AZ" olaraq NHMT-nin sosial şəbəkə hesabına istinadla narazı neftçilərin gileylərini təqdim edirik. Beləliklə...
***
Mən də onlardan biriyəm. Məndən də məcburi müqaviləni dəyişdirməyimi istədilər. Mən dəyişmədim, pulu ödəmişəm və çıxarışı almışam. 25 kvadratın aqibəti nə olacaq, hələlik bilmirəm...
***
Polad Suleymanov
Mən də "Neftci" MTK-dan ev almışam. 2015-ci ildə... Sahil qəsəbəsində təhvil verilib. 88 kvadratın pulunu ödəmışəm 10 il ərzində... "Kupça"nı alanda isə ğördum ki, "kupça"da 72 kvadrat ğöstərılıb. 16 kvadrat pul artıq ödətdiriblər 10 il ərzində və həm də kvadratı 752 manatdan... Görunur, nə qədər artıq pul ödətdırıblər... Şikayət elədim, xeyri olmadı... İşdən çıxaracaqları ilə hədələdilər! Bilmirəm necə edım...
***
Mirismayil Yusifli
SOCAR-ın bütün işləri qeyri-qanunidir. Bu şirkət heç bir şikayətə baxmır. Öz qanunzuz işləri ilə məşğuldur. Bu şikətə "dur" deyən tapılacaqmı? İnanmıram...
***
Məsələ diqqətimizdədir...











