Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifə polis baş leytenantı Abbaslı Orxan Habil oğluna həvalə olunub.
Yeni təyinata əsasən, Orxan Abbaslı bundan sonra bölmənin fəaliyyətinə rəhbərlik edəcək.











