Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun müdaxiləsindən sonra qanunsuz estetik əməliyyatlar apardığı iddia edilən “Dr.Gülü” Gülbadə Abdullayevanın fəaliyyətini dayandırdığı bildirilsə də, onun yenidən bu sahədə aktiv olduğu ilə bağlı məlumatlar yayılmaqdadır.
Məlumata görə, özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə Əliqizmət qızının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində həmçinin Analitik Ekspertiza Mərkəzinin plastik cərrahiyyə ixtisası üzrə
praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin SİYAHISIn da adı olmadığı məlum olmuşdur. Həmçinin heç bir həkim sertifikasiyası olmayan şəxsin tibbi fəaliyyətlə məşgul olması müəmmalıdır.
İddialara əsasən, o, “Billur Estetik” adı altında müxtəlif estetik prosedurlar həyata keçirir. Bu barədə xəbər verilmişdir.
Qeyd olunur ki, sözügedən məkanda liposaksiya, bədən şəkilləndirmə və üz nahiyəsinə müdaxilələr,qaşqaldırma, üzgərmə kimi prosedurlar icra edilir. Bununla bağlı yayılan videogörüntülərdə isə pasiyentlərlə birbaşa pul razılaşmalarının aparıldığı əks olunur. Hətta əməliyyat narkozla icra olunucağı razılaşdırılır.
Həmin videogörüntülərdən belə qənaət formalaşır ki, tibbi ixtisası və müvafiq icazələri ilə bağlı suallar doğuran şəxslər estetik əməliyyatları davam etdirirlər. Bu isə həm tibbi təhlükəsizlik, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından ciddi narahatlıq yaradır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, əvvəlki müdaxilələrdən sonra fəaliyyətin dayandırıldığı bildirilsə də, yeni hesablar açılaraq müştəri cəlbi prosesi davam etdirilir. “Billur Estetik” adlı sosial platformadan müştərilər yığılır canlı açaraq pasiyentlər qiymətlər və əməliyytlar barəsində Fatimə adlı şəxs estetik əməliyyatlarla bağlı məlumatlar verir.
Bütün bu iddialar fonunda əsas sual açıq qalır: icazəsiz və ixtisassız şəkildə estetik prosedurların həyata keçirildiyi iddia olunan bu kimi hallara nə üçün effektiv nəzarət təmin olunmur? Gülbadə Abdullayeva barəsində hüquq mühafizə orqanları araşdırma aparacağlna və qanun pozuntularına yol veriilməsi ilə bağlı hüququ qiymət veriələcyinə inanırıq
Məsələ ilə bağlı araşdırmaların aparılması və hüquqi qiymətin verilməsi aidiyyəti qurumların səlahiyyətindədir.
Xəbərdə adları keçənlərin və aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.
” Dr. Gülü” kimi tanınan estetik prosedurların icrasına heç bir icazəverici sənədi olmayan Gülbadə Abdullayevanın qəbulunda olan pasiyentin narkozla icra olunacaq əməliyyatın görüntüləridə yayılıb.
XALQ.ONLİNE











