İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI ŞOK FAKTLAR AÇIQLANIR
Tarix: 4-10-2012, 10:11 | Çap et
QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI ŞOK FAKTLAR AÇIQLANIR
HADİSƏLƏRƏ GÖRƏ HƏBS OLUNMUŞ JURNALİST NƏLƏRİ ETİRAF ETDİ?

DİA.AZ: - Qubada baş verən 1 Mart olaylarının üstündən xeyli müddət keçməsinə baxmayaraq hələ də cəmiyyət həmin olaylarla bağlı dolğun bilgilərə malik deyil. Bu səbəbdən DİA.AZ olaraq həmin mübhəm hadisələrin canlı şahidi olan və həmin hadisələrə görə bir neçə gün "bandotdel"də saxlanılan juralist Cemil Memmedlinin öz bloqunda yerləşdirdiyi “Quba hadisələri- hər şey olduğu kimi…” başlıqlı yazının birinci hissəsini diqqətinizə çatdırmaq qərarını verdik.

“Çoxdan tanıdığım dostlardan biri mənə blog yaratmağı məsləhət görmüşdü. Ancaq fikirləşirdim ki, mən də o vaxt hardadı ki, blog yazım.
Nədənsə sonradan fikrimi dəyişdim. Qərara gəldim ki, blog yaradım və gündəlik rastlaşdığım informasiyaları ora yükləyim. Ancaq bir sual qabağımı kəsmişdi, necə və hardan başlayım. Çox düşündükdən sonra bunu da tapdım. Biri-birinə ziddiyyətli açıqlama və informasiyaların ayaq açıb cəmiyyətimizə sırındığı bir vaxtda şimal regionunda yaşadığım üçün ilin ən səs-küylü hadisəsi olan Quba hadisələrini öz çılpaqlığı və reallığı ilə qələmə almağı düşündüm.
Beləliklə Quba hadisələri-olduğu kimi…
Mənə hələ 2011-ci ilin noyabr ayının son günlərində Xəzər TV-nin şimal bölgə müxbiri Emin Kərimov zəng vuraraq görüşmək istədiyini bildirdi. Razılaşdım, Xaçmazda görüşməyi planlaşdırdıq. Adəti üzrə, o zaman fahişəxana kimi fəaliyyət göstərən “Şəfəq” restoranında məni gözləyəcəkdi. İnsafən desəm, bu restorandan mənim də xoşum gəlirdi.Ona görə yox ki, orada gənc, gözəl qızlar fahişəliklə məşğul olurdu.Onsuz da məni içəri girən kimi obyekt sahibi qızları gizlədir, özü də gəlib yanımda otururdu ki, heç bir yerə çıxa bilməyim. Qınamıram, orada işləyən bir nəfər tanışımın dediyinə görə, onu “yuxarılardan” xəbərdarlıq etmişdilər ki, Cəmil heç nəyə baxan deyil, bir şeyi görsə, yazacaq.
Bu yer ona görə xoşuma gəlirdi ki, əvvəllər adlı-sanlı bir restoran idi.Bura ancaq müxalifət və digər siyasi qüvvələrin rayondakı təmsilçiləri, rəislər, vəzifəli şəxslər toplaşardı.Çünki, əvvəllər olduqca təmiz və sakit bir yer idi. Nə isə, bu yer Eminə də doğma idi. Ancaq bizim dostlarımızın hamısından fərqli olaraq o, “həm ziyarət, həm ticarət” taktikasından istifadə edirdi. Qabağına bir gözəl qız çıxdısa, day vəssəlam. Emin o saat, onun gözəlliyinə vurulduğunu, imkanlarının böyük olduğunu və onunla kəbin kəsdirərək yaşamağı təklif edən bir adam idi. Vay o gündən ki, qız onunla otağa keçməkdən imtina etsin, onda obyekt sahibi “xərcə” düşməli olurdu. Ya maşına təkər almalıydı, ya da Xəzər Televiziyasının “rəhbərliyi tərəfindən keçirilən reydə” düşməliydi.
Emin gəldi, onun həyəcanlı olmasından başa düşdüm ki, nəsə baş verib.Emin tələsə-tələsə “heç bilirsən nə oldu? Dünən iclasda Qubanın İcra başçısı Rauf Həbibov bütün qubalıları söyüb, təhqir elədi.”
Mən gülərək elə o saat da “çək ver də, qalan vaxtı orda-burda mənim dalımca danışmağı bilirsən ki…ay müxalifətdi, ay nə bilim kimdi…indi quyruğunuz qapıda qalan kimi mənim yanıma niyə qaçırsız? Bütün bölgə müxbirləri Qubada oturmur??? Çəksinlər də…qalan vaxtı Raufun pullarını alıb yeyəndə deyirdiz ki, kişi adamdı, 200 manatdan qara qəpik aşağı pul vermir?!”
Emin “yaxşı da, mən sənin dalınca nə vaxt danışmışam ki, həmişə deyirəm ki, Cəmildən başqa yalandı,pul almır, xahiş eləmir, ona görə də hamı ondan çəkinir ki, nəyi görsə yazır…Ancaq bu dəfə doğrudan da vəziyyət başqadı, sən öl Rauf Həbibov o boyda camaatın içində dedi ki, qubalılar 30-40 manata öz ailələrini də, namuslarını da satarlar”
Məni doğrudan da gic gülmək tutmuşdu. O saat dilim dinc durmadı:
- Ay tpoy, o iclasda kimlər var idi?
- Bütün rayon rəhbərliyi, Bakıdan gələnlər, Dini Qurumlarla İş üzrə Komitənin nümayəndələri, jurnalistlər, nə bilim e, adam çox idi…
Gülə-gülə soruşdum:
- Qubalılardan kimsə var idi?
- Həəə….Bələdiyyə sədri, idarə müdirləri, Ağsaqqallar Şurası…
- Heç kim ona cavab vermədi? Bir söz demədilər?
- Yooxx…nə desinlər?
Bərkdən qəhqəhə çəkdim və dedim
- Adə, kişi düz deyib də, əgər o boyda zalda heç bir qubalı ona cavab verməyibsə, deməli haqq deyib. Neçə nəfər adam var idi zalda, ümumiyyətlə tədbir harda olub???
- Heydər Əliyev Mərkəzində, 150-yə yaxın adam vardı, bir də jurnalistlər.
Doğrudan da Rauf Həbibovun çıxışlarına az-çox bələd idim. İnandırıcı gəldi. Fikirləşdim ki, bu adam doğrudan da bəlkə deyib.Çünki, özüm bir neçə dəfə jurnalistlərdən eşitmişdim ki, bu “ağıllı” hərdən çıxış edəndə çıxışını belə başlayırmış:
“Əziz tədbir iştirakçıları, mən çox istərdim ki, sizinlə öz ana dilimdə danışım, təəssüf ki, Azərbaycanda bu mümkün deyil (?)”
Ancaq Emindən israrla yenə soruşdum.
- Dəqiq bu cür deyib?
- Atamın goruna and olsun hə…elə bu cür də dedi.
Həqiqətən artıq bu məlumatı ictimailəşdirmək istədim. Ancaq Emini də yaxşı tanıyırdım, zərrə qədər etibarlı adam olmadığını bildiyim üçün sözlərini təsdiqləyəcək bir sübut istədim.
- Sən çəkmisən, o tədbiri?
- Həə, əlbəttə ancaq bir problem var ki, bizdən o çəkilişləri götürdülər.
- Kim?
- Birinci müavin Sahib Məmmədov.
Mən Eminə heç nə demədim, nə söz verdim,nə də etiraz etdim.Sadəcə dedim ki, icra başçısı balaca adam deyil, ondan əsaslı olmasa heç nə yazmaq olmaz.Heç nə olmasa məhkəməyə verib, sübut istəyəcəklər.Çəkiişlər də yoxdu.
Özüm isə Qubada olan dost tanışlarla əvvəlcə iclasda baş verənləri maraqlandım. Hamı bir nəfər kimi Rauf Həbibovun o sözləri işlətdiyini deyirdi.Sadəcə yanaşmalar müxtəlif idi. Dəqiqi bu idi ki, Qubada şəhər bələdiyyəsi Elxan Əliyevlə Rauf Həbibovun arasında böyük bir mübahisə gedirdi. Bunun da səbəbləri vardı.
1) Elxan Əliyev Quba camaatı üçün qəbiristanlıq salmaq adı ilə böyük bir ərazini əvvəl bələdiyyənin balansına salmış, sonradan isə olduqca baha qiymətə müxtəlif adamlara satmışdı və Rauf Həbibov bundan çox gec xəbər tutmuşdu.
2) Qubanın girəcəyində yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin ətrafındakı torpaqları köhnə tarixlərlə satmağa müvəffəq olmuşdu.Hətta qiymətini də hamı bilirdi. Burada torpaq almaq üçün mən də müraciət etmişdim, daha doğrusu torpaq almağa yox, vətəndaş kimi yanaşıb, qiymətini soruşmuşdum. Heç jurnalist olduğumu bilmədən mənə 6 sotuna 3000 manat pul istəmişdilər.
3) Elxan Əliyevin rəhbərlik etdiyi Mərkəzi Bazarın Rauf Həbibov tərəfindən gözaltı olunub, kiməsə böyük adama hədiyyə olunması üçün rayonda gedən mübarizə heç kimə sirr deyildi.
4) Bundan başqa Elxan Əliyevin atası Abasqulu kişinin adında olduğu söylənilən, Qəçrəş yolunun kənarında yerləşən “Aynur” restoranının da Rauf Həbibovun hədəfinə tuş gəlməsini də hamı bilirdi.
Qısası, bu rayonda mülkiyyət və pul üstündə şəhər bələdiyyəsi və icra başçısı əməlli-başlı ölüm-dirim savaşına girmişdilər.
Apardığım araşdırmalar zamanı məlum oldu ki, həmin gün Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əsas müzakirə mövzusu dini durum olub.

( ardı var…)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru