“Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                 

FAZİL MUSTAFA PARLAMENTİ “AZADLIQ” QƏZETİNƏ BƏNZƏTDİ?
Tarix: 11-10-2012, 12:36 | Çap et
FAZİL MUSTAFA PARLAMENTİ “AZADLIQ” QƏZETİNƏ BƏNZƏTDİ?
“MƏGƏR ONLAR DAYANDIMI?”

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi

- Fazil bəy, bu günlərdə AŞPA-nın tədbirində iştirak etmisiniz. Bu sessiyada müzakirə olunan məsələlər barədə nələri deyə bilərsiniz?

- Sessiyada çox gərgin müzakirələr oldu. Əsasən iki məsələ üzərində daha çox müzakirələr aparıldı. Bunlardan birincisi siyasi məhbus meyarlarının müəyyən olunması, ikincisi isə Ramil Səfərovla bağlı məsələ idi. Hər iki məsələdə hiss olunan bu idi ki, Avropanın qurumları, ayrı-ayrı şəxsləri Azərbaycana qarşı çox sərt və müəyyən dərəcədə təzyiq formasında münasibətlərini çözmək üçün bu mövzulardan istifadə olundu. Hətta başqa ölkələrin deputatları da söylədilər ki, siyasi məhbuslarla bağlı problem bütün ölkələrdə - Rusiyada, Ermənistanda və s. ölkələrdə var. Burada isə yalnız Azərbaycanın adı çəkilirdi. Bəlli idi ki, hazırlıqlı kampaniya aparılır. Təbii ki, demokratiya nöqteyi-nəzərindən başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən çatışmazlıqlar, problemlər var. Hamıya eyni standartlar olmadığına görə hiss olunur ki, qəbul edilən qərarlar gələcəkdə Azərbaycan üçün müəyyən narahatlıq yaratmaq məqsədi güdür. Siyasi məhbuslar məsələsində Azərbaycan nümayəndə heyətinin təklifi o idi ki, bu məsələlər Avropa İnsan Haqları Məhkəməsində konkret insan haqları predmeti kimi ələ alınsın, konkret müddətlər qısaldılsın. Amma bundan imtina edildi. Qəbul edilən sənəd ciddi problem yaradacaq. Biri var məhkəmənin qərarı hamı üçün məcburidir, onu həyata keçirməyə bütün ölkələr borcludurlar. Biri də var ki, AŞ-ın hansısa şəxsi siyasi məhbus elan etməsi komitədə müzakirəyə çıxarılır. Səs çoxluğu qazanmadısa, onun siyasi məhbus adı alması məsələsi xeyli ləngiyir.

Ramil Səfərov məsələsində ermənilər çox sərt mövqe nümayiş etdirdilər. Hətta siyasi məhbus məsələsində erməni deputat Rustamyan açıq şəkildə bildirdi ki, biz bu qərarı ona görə dəstəkləyəcəyik ki, bundan sonra Azərbaycana ciddi təzyiqlər başlayacaq. Maraqlısı odur ki, siyasi məhbus kateqoriyasına ən çox daxil olan insanlar Ermənistandadır. Hətta onların müxalifət nümayəndəsi də bildirdi ki, Ermənistanda Levon Ter-Petrosyanın tərəfdarlarının müəyyən bir hissəsi həbsdə yatır. Onlar siyasi baxışlarına görə həbsdədir. Biz Ramil Səfərovla bağlı məsələdə Ermənistana qarşı əks arqumentlər qoyduq. Ermənistanın AŞ üzvü olandan sonra Parisdə aeroportu partlatmış terrorçunu necə Milli Qəhrəman elan etməsi və s. arqumentləri dilə gətirdik. Bu məsələdə qərar qəbul edilmədi. Düşünürəm ki, bu, ermənilərin könlünü almaq üçün AŞ-da açılan müzakirə idi. Məncə, artıq bu məsələ öləziməyə başladı. Ramil Səfərov məsələsi Avropa məkanında siyasi sui-istifadə olma predmeti olmaqdan çıxır.

- Sizin məlum video qalmaqalı ilə bağlı məsələyə münasibətinizi bilmək istərdik. Sizcə, bu, parlamentin imicinə nə dərəcədə ziyandır?

- Bu məsələ mürəkkəb formada həllini tapmadı. Gülər Əhmədovanın özünün ərizə yazması problemin asan yolla həllinə imkan verdi. Təbii ki, istintaq gedir və istintaqda müəyyən addımlar atılmalıdır. Çünki kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir. Araşdırılmadan, istintaq başa çatmadan hansısa şəxsləri konkret adla tanıtmaq doğru deyil. İstər müxalifət, istər iqtidar olsun. Görüntülərin saxta olmadığı da bəlli oldu. Elşad Abdullayev bildirdi ki, o videoları beynəlxalq ekspertizaya göndəriləndən, rəyi alandan sonra təqdim edib. Belə olan halda dələduzluq iddiası ilə müəyyən məsələlərin başa çatdırılması zəruri olacaq. Bunun parlamentin imicinə təsiri, parlamentin buraxılması ilə bağlı müəyyən fikirlər səslənir. Məgər В«AzadlıqВ» qəzetinin direktorunun nalayiq hərəkətinə görə В«AzadlıqВ» qəzeti dayandımı? Yaxud onlarla belə hadisə olur. Məsuliyyət fərdidir. Milli Məclis süddən çıxmış ağ qaşıq deyil ki... Əgər partiya bunu müdafiə edirsə, israrla gizlədirsə, prokurorluq orqanları yayındırıcı addım atırsa, onda bu məsələnin üzərinə getmək olar. Əgər konkret addımlar atılırsa, onda niyə şübhələnməliyik? Cinayət işinin prezidentin də nəzarəti altında olduğunu nəzərə alsaq, deyə bilərik ki, hakimiyyət özü məsələyə reaksiya verib. Prezident Administrasiyasının rəhbəri də açıq şəkildə fikrini bildirib və deyib ki, dələduz kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır.

- Bir hüquqşünas kimi nə deyə bilərsiniz - cinayət işi doğru maddə ilə açılıb?

- Məncə, doğrudur. Əgər Elşad Abdullayev deputat seçilsəydi, bu, rüşvət alma sayılırdı. Amma alınan vəsait müqabilində deputat seçilməsi mümkün olmayıbsa, artıq bu, dələduzluq, etibardan sui-istifadə etmədir.

- Bir qrup dindarın Təhsil Nazirliyi qarşısında hicabla bağlı keçirdiyi aksiyaya münasibətinizi bilmək istərdik...

- Mən orta məktəblərdə, xüsusilə də Bakıxanov qəsəbəsində hicab məsələsi ilə bağlı məktəb direktorları ilə söhbət etmişəm. Heç bir problem yoxdur. Baxmayaraq ki, əvvəllər hicablı azyaşlı uşaqların sinfə buraxılmasında müəyyən problemlər olurdu. Problem olmadığı halda birdən-birə belə bir aksiyanın keçirilməsi ilə bağlı iki variant ola bilər. Birincisi odur ki insanlar kəskin addım ataraq hicabın bir qərarla tanınmasına çalışırlar. Bu inandırıcı deyil. Səmimi dindarlar bu cür səbirsiz və zorakı üsullardan heç vaxt istifadə etmirlər. İkincisi isə hansısa xarici qüvvələrin birbaşa tapşırığının olmasıdır. Aksiya “bu ölkədə bizim gücümüzü nümayiş etdirin, əlinizə dəyənək götürüb savaşın” təlimatını xatırlatdı. Açıq-aşkar aqressiv çıxış idi. Bu onu göstərir ki, dindarlarla bağlı məsələ deyil. Xüsusi hazırlanmış və məqsədyönlü aksiya idi. Amma bu aksiya başqa bir problemi, xüsusilə dini qurumlarla bağlı fəaliyyət göstərən qurumların yetərsiz fəaliyyətini də üzə çıxardı. Bu yetərsiz fəaliyyət nədir? Elə sahələr var ki, cəmiyyətlə bu formada təmasda olmaya bilərlər. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aktivlik nümayiş etdirməli, dindarların içində olmalı, onlarla diskussiyalar keçirməli, müzakirələr aparmalıdır. Bu boşluq bir daha göründü və polislə dindarı birbaşa üz-üzə qoyan vəziyyətə gətirib çıxardı. Bundan qaçmaq lazımdır. Onlarla kim bir diskussiya apardı? Bəhanələri kəsmək üçün mütərəqqi düşünən dindarları kim topladı? Hakimiyyətə kim hansı sənədi təqdim elədi? Tək küçədəki insanları qınamaqla iş bitmir.

- Siz Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunu zaminə götürmək üçün prokurorluğa müraciət etmisiniz. Müraciətinizə hər hansı bir reaksiya varmı? Maraqlıdır ki, 2010-cu ildə onun atası Tofiq Yaqublu ilə eyni dairədə alternativ idiniz...

- Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Hələ ki, bir cavab verilməyib. Bilirsiniz, kiməsə bir elementar insanlıq yardımı göstərirsənsə və ya buna cəhd edirsənsə, onun reklamına doğru baxmıram. Bu məsələdə humanistlik göstərmək lazımdır. O ailə eyni zamanda mənim seçki dairəmdə olan insanlardır. Dairəmdə olan insanların hüquqlarını qorumaq borcumuzdur. Burada qadın məsələsi var. Qadının ehtiyatsızlıq üzündən törədilmiş cinayətlərə görə həbsdə olması yaxşı tendensiya deyil. Cinayət işinin açılması, istintaqın getməsi prosessual qaydalara uyğundur. Qəsdən törədilmiş cinayət olsa, buna müdaxilə etməzdim. Amma ehtiyatsızlıqdan törədilmiş cinayət olduqda, burada öz mövqeyimizi bildirməliyik. Hesab edirəm ki, yaxın günlərdə bu məsələ çözülə bilər. Bu məsələnin daha da dərinləşməsi ölkəmiz üçün beynəlxalq miqyasda problemə çevrilə bilər. Bunun yanında onlarla suallar olacaq.

- Oktyabrın 13-nə planlaşdırılan müxalifətin yürüş-mitinqinə baxışınızı bilmək istərdik.

- Yürüş və ya mitinq keçirmək konstitusion hüquqdur. Amma burada motiv fürsəti motivdir. Müxalifət əslinə bu formada addımlara çox da meyl göstərməməlidir. Havadan bir fürsət düşüb. Bayaq dedim, məsuliyyət fərdidir və onu hamıya aid eləmək olmaz. Belə olan təqdirdə hakimiyyət də dönüb ayrı-ayrı fərdi insidentləri müxalifətin özünə qaytaracaq. Qarşıdan prezident seçkiləri gəlir. Hakimiyyətlə müxalifət arasında dialoq mühitini yaratmağa səy göstərmək lazımdır. Burada “oyundan küsəcəm, meydana çıxmayacam” fikri yetərli deyil. Meydana çıxmayacaq, 2013-cü ildə müxalifətə yeni texniki məğlubiyyət veriləcək.

- Meydançaya çıxsalar, nə olacaq?

- Meydançaya çıxsalar, ən azı hakimiyyətdən bir-iki nəfərin ayağını zədələyə bilərlər. Qələbə ehtimalı mövcud şərtlərdə çox çətindir. Ola bilsin, bu seçkidə qalib gəlməyəsən, amma toplanıb 2015-ci ilin parlament seçkilərində nəyəsə nail olmaq olar. Hesab edirəm ki, bu seçkilərdə müxalifətin dialoq mühitini yaratmağa səy göstərməsi vacibdir. Ramil Səfərov məsələsi bunu göstərdi. Düşünürəm ki, daha ağlabatan mövzularda müzakirələrin təşkili və hakimiyyətin bura cəlb olunması lazımdır. Biz müxalifətlə münasibətlərə yenidən baxılmasının tərəfdarıyıq. 2013-cü ilə qədərki dövr doğru dəyərləndirilməsə, mitinqlərin də bir əhəmiyyəti olmayacaq. Çünki Azərbaycan əhalisi ideoloji cinahlara meyl etməkdən uzaqlaşıb. Nəbzi doğru tutmaq lazımdır.

- Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyi sizcə Azərbaycana hansı təsiri göstərəcək?

- Məncə Gürcüstandakı hadisələrin Azərbaycana ciddi təsiri yoxdur. Azərbaycanda baş verən hadisələrin Gürcüstana böyük təsiri var. Çünki Azərbaycanda pul, Gürcüstanda mədə var. Bu mədə də nə iləsə dolmalıdır. Gürcüstanda müəyyən layihələrin maliyyələşməsi ölkənin sosial vəziyyətini yaxşılaşdırılır. Azərbaycan Gürcüstan bazarından çəkilsə Saakaşvilinin vəziyyəti daha pis olardı. Gürcüstanda bir hadisə baş verdi ki Rusiyanın təsiri bu ölkədə güclənməyə başlayacaq. Bu da əslində Azərbaycanın xeyrinədir. Çünki Gürcüstan bəhanəsi ilə Rusiya həm də Qafqaz üzərində ciddi təsir imkanı əldə edib. Bu fürsəti Rusiyanın əlindən almaq lazımdır. Gürcüstanla münasibətlər düzələndə Rusiyanın bölgədə aqressiv siyasət izləməsinə ehtiyac qalmır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru