Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

SAVAŞDA AYAĞINI İTİRƏN QAZİNİN ADI NİYƏ MƏNZİL SİYAHISINA SALINMIR? - Ölkə rəhbərliyinə müraciət
Tarix: 30-04-2025, 16:58 | Çap et
SAVAŞDA AYAĞINI İTİRƏN QAZİNİN ADI NİYƏ MƏNZİL SİYAHISINA SALINMIR?
Ağdam rayonu, "Baharlı 2" qəsəbə sakini, 3-cü qrup Qarabağ qazisi Paşazadə Qasım Adil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Cənablar!

Mən, 3-cü qrup Qarabağ qazisi Paşazadə Qasım Adil oğlu, yazaraq Sizdən kömək istəyirəm.

44 günlük müharibədə, antiterror əməliyyatlarında iştirak etmiş, daimi qeydiyyatda olduğum və həmin kənddən məlum əməliyyatlarda bir ayağını itirmiş əlil, qaziyəm. Heç vaxt əlilliyimdən və yaxud da qazi olmağımdan sui-istifadə edib, hansısa qurumun qapısını döyməmişəm. Son olanlara kimi. Sağ olsunlar, onlar da bir dəfə də olsun, məni axtarmayıblar.

Mən də, digər qazi yoldaşlarım kimi, ev növbəsindəyəm. Sol ayağımı dizdən aşağı itirmişəm. Son 2 ay ərzində Ağdam rayonunun Kəngərli kəndində inşa edilmiş evlərə biz köçkünlərin yerləşdirilməsi üçün siyahı tərtib olunmuş və insanların həmin evlərə köçürülməsi prosesi başlanmışdır. Lakin çox təəssüf edirəm ki, həmin 1-ci və 2-ci siyahıya mənim, eləcə də kirayədə yaşayan qardaşım Paşazadə Aqil Adil oğlunun adımız salınmamışdır.

Hər kəsə bəllidir ki, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva biz əlillərin sosial müdafiəsinin təşkil və təmin olunması istiqamətində Azərbaycan və dünya ictimaiyyəti qarşısında açıq etiraflarını səsləndirmiş və icra hakimiyyəti orqanlarının rəhbərlərinə biz imtiyazlı insanlara xüsusi diqqət ayrılmasını tələb etmişdir.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Buradan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova sual verirəm və xahiş edirəm ki, cavablandırsın:

1. Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin biz müharibə əlillərinin sosial həyat şəraitinin yaxşılaşdırılması və mənzil probleminin həll edilməsi barədə vermiş olduğu sərəncam və göstərişlərinin sözsüz icra edilməsinin Ağdam Rayon İcra Hakimiyyətinin başçısına, siz - cənab Vaqif Həsənova birbaşa aidiyyəti varmı?

2. Mənim haqlarımın Ağdam Rayon İcra Hakimiyyəti orqanlarının vəxifəli şəxsləri (o cümlədən, Siz başda olmaqla) tərəfindən pozulması, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin "bizim sözümüz imzamız qədər etibarlıdır" ifadəsinə kölgə salınmasına hesablanmış xidmətdən, hərəkətlərdən (və ya hərəkətsizlikdən) başqa nəyə xidmət edir?

3. Ağdam Rayon İcra Hakimiyyətində biz əlillərə növbədənkənar və həftənin 5 günü ərzində qəbulların keçirilməsinin (bu işin təşkili barədə Prezidentin xüsusi göstərişi olduğu halda) təşkil edilməməsi kimin göstərişidir və nəyə xidmət edir?

4. Məcburi köçkünlərin yeni tikilmiş qəsəbələrə köçürülməsi İlə bağlı bizim ailələrin siyahıya salınmamasına görə məsuliyyət daşıyacaq vəzifəli şəxslər kimlərdir?

5. Mənim - müharibə əlilinin və kirayədə yaşayan qardaşımın ailəsinin istifadəyə verilən evlərə köçürülməsi üçün televiziya və kütləvi informasiya vasitələri ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etməyim zərurəti qaçılmaz olursa, onda Sizin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərinin vəzifələri, işlərinin mahiyyəti nədən ibarət olur?

Azərbaycan Respublikasının Konstitusiyanda biz insanların süründürməçiliyə məruz qoyulması ilə bağlı heç bir müddəa təsbit edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 71-ci maddələrində Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların hüquqlarının və azadlıqlarının qorunması icra, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının üzərinə borc kimi qoyulmuşdur. Bunu bilirsinizmi? Əgər bilirsinizsə, onda zəhmət çəkin, vəzifənizi icra edin!

Son olaraq tələbim ondan ibarətdir ki, Ağdam rayonu, Kəngərli kənd sakinləri üçün yeni salınmış qəsəbədə mənim və kirayədə yaşayan qardaşımın ailə üzvlərinin mənzillə təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirin!

Qeyd edim ki, Ağdam rayonu, Pirəsənli Kəngərlisində 292 ədəd ev tikilib. İlkin mərhələdə 64 evin açarları sahiblərinə paylanıldı. 2-ci mərhələdə isə 84 evin açarları paylanacaq. Bu siyahıda isə nə mənim, nə də qardaşımın adı, soyadı yoxdur.

Cənab Prezident!

SAVAŞDA AYAĞINI İTİRƏN QAZİNİN ADI NİYƏ MƏNZİL SİYAHISINA SALINMIR?

Burada həqiqətən də haqsızlıq var. Mən illərdir susuram, heç bir orqanın qapısını döymürəm. Nəyim var, pensiyam nə qədərdir, onunla dolanmağa, iynə-dərmanımı almağa çalışıram. Bu o demək deyil ki, burada da mənim haqqım tapdalanmalıdır. Mən Sizə inanıram. Sizin bu istiqamətdə tapşırığınıza güvənib media vasitəsilə Sizə müraciət edirəm. Dəfələrlə Sizə məktub göndərmişəm, lakin cavab verilməyib. Əlbəttə, məktubun Sizə çatmağına mane olublar. Bu, açıq-aydın görünür.

Siz hər zaman bildirmisiniz ki, şəhid ailələrinin və qazilərin yanında olmalıyıq. Bu gün, sabah o köçün siyahısında mənim də ailəm omalı idi. "Qaçqınkom"a müraciət edirik, orada səlahiyyətli şəxslərdən olan Gülər xanım deyir: "Bizə tapşırıq veriblər ki, şəhid ailələrini və 1-ci qrup əlilləri qabağa salın". Bəs necə olur ki, onların içərisində başqa qrup nümayəndələri də olur? Ola bilsin, mənim ayağım yendən yerinə gələcək, bu səbəbdən də şikayətimə əhəmiyyət verən yoxdur.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sizlərdən xahiş edirəm, may ayının 10-da sahiblərinə verilən açarların içində mənim də evimin açarı olsun".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru