Bazar ertəsi, 14 iyul 2025, 08:33:37  
   Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                     36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? .....                     DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI .....                     “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” .....                     Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR .....                     Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                     Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? .....                     Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                 

Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Tarix: 26-06-2025, 11:17 | Çap et

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisadi Kollecin son bir neçə aydır qəribə hadisələr baş verir. Mart ayında məlumat yayıldı ki. sözügedən kollecin direktoru Şəhriyar Laçınov döyülüb. Hadisədən sonra döyülən direktor Şəhriyar Laçınov Xəzər TV-yə bildirib ki, hadisə səhər saatlarında kollecdə baş verib: “Kollecin baş mühasibi mənə hücum edərək güc tətbiq etməyə çalışıb. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişik. Hazırda araşdırma aparılır. Qeyd olunan digər məsələlər isə əsassızdır”, – deyə o bildirib.

Daha sonra kollecin tarix müəllimi Qələndər Muxtarlı sosial şəbəkələrdə müəyyən iddialarla çıxış edib. Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci “cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə” çevirib. Q. Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib. Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Q. Muxtarlı həmçinin qeyd edib ki, direktorun bu cür məsələlərə deyil, kollecin ərazisində olan maşın təmiri sexlərindən, icarəyə verdiyi kollecin idman zalından, kollecin bufetinin arendasını 1000 manata qaldırmaqdan başı açılmadığı üçün kollecdə belə bir mənzərə yarandı. Necə olur ki, yuxarıda sadaladığım məsələlər həmən həllini tapdı, amma Kollecin əsas vəzifəsi olan məsələlər təhsil, imtahan kimi həyati əhəmiyyətli məsələlər öz həllini tapmadı? Bu qədər kəsir yarandı? Ən maraqlısı da odur ki pedaqoji heyətə bu biabırçılığı uğur kimi təqdim edə biləsən.

Bu məlumatlardan da göründüyü kimi Sosial İqtisadi Kollecin idarəetməsində müəyyən problemlər var. Qeyd edək ki, Kollecin direktoru Şəhriyar Laçınov bu vəzifəyə ötən ilin iyulunda təyin olunub. Yəni, təyinatının heç bir ili tamam olmayıb. “Yüksəliş” müsabiqəsinin finalçısı olub və oradan da Sosial İqtisadi Kollecin direktoru təyin edilib. Qeyd edək ki, “Yüksəliş” çalışdığı sahədə intellektual səviyyəsi və idarəetmə bacarıqları ilə fərqlənən potensialları üzə çıxaran və kadr ehtiyatı bankının yaradılmasını təmin edən müsabiqədir.

Qeyd edək ki, döyülməsindən, kollecdə yaratdığı qeyri-sağlam mühitdən fərqli olaraq Aktualinfo.org-a Şəhriyar Laçınovun dövlət vəsaitini mənimsəməsi ilə bağlı yeni məlumatlar daxil olub.

Məlumatda qeyd edilir ki, UNEC nəzdində Sosial-İqtisadi Kollecinə direktor təyin olunan, hələ direktor kimi fəaliyyətinin bir ili tamam olmayan Şəhriyar Laçınov ilk aylardan büdcə vəsaitlərini müxtəlif yollarla talamağa başlayıb.

Belə ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil Nazirliyinin “aparıcı ali təhsil müəsissələrinin ikili diplom proqramlarının məzunu kimi xaricdə təhsil almış”, “uğurlu əmək fəaliyyəti ilə diqqəti cəlb edən”, cavan 33 yaşlı direktoru Şəhriyar Laçınov vəzifəyə 2024-cü ildə iyul ayında başlayıb. Artıq avqust ayı üçün özünə maaşdan əlavə mükafat olaraq 1264 manat, sürücüsünə maaşdan əlavə 812 manat, digər əməkdaşların adına avqust ayı üçün mükafat kimi yazıb mənimsədiyi pulun ümumi məbləği 4986 manat edib. Sentyabr ayında isə mükafatlandırma adı ilə 1264 manat özünə, 812 sürücüsünə, ümumilikdə 4326 manat yazaraq mənimsəyib. Oktyabr- noyabr aylarında isə bu mükafatlandırmanın məbləği 4326.00, manat təşkil edib. Dekabrdə isə gənc kadr dövlətin 3926.00 manat vəsaitini mükafat adı altında mənimsəyib. Direktor işə başlayandan dekabra qədər mənimsədiyi pulun məbləği olub 21 890 manatdır. Məlumatda həmçinin qeyd edilir ki, əməkdaşların adlarına yazılan pullar qəpiyinə qədər direktorun kartına ödənilib.

İndi gəlin görək qanunla işçilər hansı hallarda mükafatlandırıla bilər. AR Əmək Məcəlləsinin 157.6 maddəsinə əsasən: Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. İşçilərə müəssisə tərəfindən verilən mükafatlar 2 cür ola bilər:

  • Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar (stimullaşdırıcı xarakter daşıyan)
  • Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar. Müəssisənin rəhbərliyinin qərarı əsasında birdəfəlik mükafatlar-hədiyyələr (sosial xarakter daşıyan).

Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar.

AR Əmək Məcəlləsinin 157.2-ci maddəsinə görə, işəgötürən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin müxtəlif formalarını tətbiq edə bilər.

Belə olduqda, müəssisədə təyin edilən mükafatlandırma sistemi əvvəlcədən müəyyən edilmiş göstəricilər və şərtlər əsasında müəyyən şəxslərə mükafatların verilməsini nəzərdə tutmalıdır.

Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar.

AR Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilə bilər.

Bundan başqa, işəgötürən bayramlarda, işçilərin ad günlərində və s. hallarda işçilərə pul şəklində mükafatlar, və ya qiymətli əşyalar hədiyyə edə bilər. Birdəfəlik mükafatların kimə, hansı məbləğdə və hansı formada verilməsi müəssisə rəhbərinin əmri ilə təsdiq edilir. Əmrdə işçinin müəssisənin işində tövhəsi barədə, işçinin işlədiyi bölmənin nəticələri, müəssisənin nəticələri barədə qeyd edilir. İşçilər əmək müqaviləsində qeyd edilən müəyyən göstəricilər və şərtlər əsasında təyin edilmiş mükafatları işəgötürəndən tələb edə bilərlər. İşəgötürən isə bu mükafatları ödəməyə borludur Əmək müqaviləsində qeyd edilməyən birdəfəlik mükafatlar isə işəgötürənin qərarı əsasında təyin edilir və verilir. Və işçi bu cür mükafatları işəgğtürəndən tələb edə bilməz.

Bundan əlavə Nazirlər Kabinetinin 22 dekabr 2020-ci il tarixli 505 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib. Həmin qaydaya əsasən işçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi; qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.
Buradan Elm və təhsil naziri Emin Əmrullayevə sual ünvanlayırıq. 2024-cü ilin iyul ayının 5 də Sosial-İqtisadi Kollecinə direktor təyin olunan Şəhriyar Laçınov Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydada tələb edildiyi kimi hansı səmərələşdirici təkliflər verib ki, nə kimi təşəbbüskarlıq göstərib ki, işdə nə kimi yeni forma və metodlar tətbiq edib ki, avqust ayında özünə 1264 manat, sürücüsünə maaşdan əlavə 812 manat mükafat yazıb?
Hesab edirik ki, aidiyyatı qurumların, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Hesablama Palatasının UNEC nəzdində Sosial-İqtisadi Kollecin fəaliyini təcili yoxlamaladırlar. Yoxsa, islahatçı nazir Emin Əmrullayevin gənc, “Yüksəliş” müsabiqəsinin finalçısı olan kadrı Sosial-İqtisadi Kollecində daha böyük qanun pozuntularına yol verəcək.
Qeyd edək ki, Emin Əmrullayevin gənc kadrı Şəhriyar Laçınov Sosial-İqtisadi Kollecində döyüləndə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev mediaya baş vermiş hadisə ilə bağlı mediaya açıqlama vermişdi ki, “18 mart 2025-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş vermiş hadisə ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində sağlam və təhlükəsiz iş mühitinin qorunmasına xüsusi önəm verir və etik prinsiplərin təmin olunması üçün zəruri addımlar atılacaqdır.”
Buyursun Pərviz Əliyev bir açıqlama da indi versin görək, Sosial-İqtisadi Kollecində direktorun mükafatlandırma adı altında büdcə vəsaitlərini mənimsəməsi nə dərəcədə etik bir prinsip və nə dərəcədə qanunauyğun bir haldır?
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru