Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Tarix: 27-07-2025, 06:19 | Çap et

"DoğruXeber.az" informasiya portalının redaksiyasına daxil olmuş məlumata əsasən, Zərdab rayonunda suvarma sistemləri ətrafında baş verənlər korrupsiyanın və nəzarətsizliyin bariz göstəricisinə çevrilib.

Suvarma – kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyan bu sahə Zərdabda nəzarətdən çıxıb. İdarəçilikdəki pərakəndəlik, qiymət manipulyasiyası və məsuliyyətsizlik rayon sakinlərini və fermerləri sözün əsl mənasında çarəsiz vəziyyətə salıb. Redaksiyamıza daxil olan məlumatlara əsasən, suyun dəyəri süni şəkildə şişirdilir, dövlətin təqdim etdiyi resurslar vətəndaşlara rəsmi mənbədən kənar, qeyri-rəsmi yollarla satılır.

Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Peyman Sadiqi ilə redaksiyamız tərəfindən əlaqə saxlanılıb. Sadiqi bildirir ki, idarə tərəfindən su “Sudan İstifadə Birliyi”nə hər kubmetri cəmi 50 qəpikdən verilir. Lakin həmin birlik bu suyu əhaliyə 7-10 manata qədər baha qiymətə satır. Qanunazidd bu əməl, əslində dövlət resurslarının şəxsi mənfəət naminə istismar olunmasından başqa bir şey deyil. Sadiqinin sözlərinə görə, birlik müstəqil hüquqi şəxsdir və idarənin bu qiymət artımına nəzarət səlahiyyəti yoxdur.

Zərdabda su işində xaos – Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır”

Peyman Sadiqi

Mövqeyini öyrənmək üçün redaksiyamız tərəfindən “Sudan İstifadə Birliyi”nin rəhbəri Eldəniz Vəliyevlə də əlaqə saxlanılıb. Vəliyev bu ittihamları təkzib edərək bildirib ki, suyun qiyməti yalnız üzv və qeyri-üzvlər arasında fərqləndirilir: üzvlərə 2 manat, qeyrilərə 2 manat 50 qəpik. Onun açıqlamasından belə çıxır ki, suyun 7-10 manata satılması barədə iddialar qərəzlidir.

Lakin reallıq başqa mənzərə ortaya qoyur. 13 saylı sahənin su istifadəçisi Natiq bəyin iddiasına görə, Eldəniz Vəliyev dövlətin 50 qəpiyə verdiyi suyu 7-10 manata satır və toplanan vəsaitin yalnız az bir hissəsi – 18 min manatı rəsmi hesabatlara düşür. Qalan 70 mindən artıq vəsait isə guya şəxsən Eldəniz Vəliyevin bank hesabına yönəldilir. Əgər bu iddialar doğrudursa, ortada açıq şəkildə cinayət tərkibli əməllər və vəzifə səlahiyyətlərindən sui-istifadə var.

Əslində, bu hal ölkədə illərdir müzakirə olunan su siyasətinin necə çökdüyünü sübut edir. Dövlət Su Ehtiyatları Agentliyi yaradılarkən ictimaiyyət bu sahədə sistemli nəzarət və şəffaflıq gözləyirdi. Lakin görünən odur ki, Zərdabda su resursları qeyri-rəsmi bazara çevrilib və nə Meliorasiya idarəsinin, nə də Agentliyin buna əngəl olacaq real mexanizmi yoxdur. Əksinə, bu strukturlar arasında əlaqə yoxluğu və məsuliyyətdən yayınma halları vəziyyəti daha da kritikləşdirir.

Burada əsas sual yaranır: suyu bu qədər baha satan “birlik” kimə və nə üçün cavabdehlik daşıyır? Dövlətə məxsus su resurslarını özəl kommersiya məhsuluna çevirməyə kim icazə verib? İdarələrin bir-birinə “bizimlə əlaqəsi yoxdur” cavabları verməsi, məsuliyyətin paylaşdırılması yox, bölüşdürülməsi deməkdir. Ortada isə bir həqiqət qalır – fermer susuz, torpaq məhsulsuz, cavabdeh şəxslər isə məsuliyyətsizdir.

Bu məqalə sadəcə Zərdab rayonunda baş verən bir hadisəni deyil, bütövlükdə ölkədəki su idarəçiliyi böhranını da açıq şəkildə göstərir. Mövcud vəziyyət təkcə hüquqi yox, həm də sosial və iqtisadi təhlükədir. Dövlətin susması isə bu korrupsiya mexanizmini stimullaşdırır.

Araşdırmamız davam edir.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru