ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                 

“Məni dinləmədilər, ərizə yazmağa məcbur etdilər” - İTTİHAM VAR...
Tarix: 6-10-2025, 12:48 | Çap et

Lənkəranın dərin küçələrindən birində, illərini alova qarşı mübarizəyə həsr etmiş bir adam var — Pərviz Yusubov. O, 2004-cü ildən bu yana Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Yanğınlar içindən qorxmadan keçən, insanların həyatını xilas etməkdən çəkinməyən, peşəsini qürurla daşıyan bir yanğınsöndürən kimi tanınıb.

 Amma bu dəfə alov onu binada yox, öz xidməti otağında, öz iş yoldaşlarının içində yandırdı.

“Məni boğmağa çalışdı, telefonumu sındırdı…”

2025-ci ilin 25 iyun tarixində Pərvizin həyatında dəhşət yaşanır. O gün bölməyə yeni təyin olunmuş zabit Hüseynağa Hüseynzadə ilə arasında mübahisə düşür. Qısa zamanda söhbət fiziki qarşıdurmaya çevrilir.

“O, məni boğmağa çalışdı. Bədənimdə xəsarətlər var idi. Telefonumu da sındırdı. Mən sadəcə işimi görürdüm, heç kimə pislik etmirdim”, — deyə, Pərviz hadisəni göz yaşları ilə xatırlayır.

Pərviz o gün xidmətdə idi. Lakin ona qarşı zorakılıq edən zabit nə cəzalandırılır, nə də sorğu-suala tutulur. Əksinə, hadisəni ictimailəşdirməyə çalışan Yusubovun özü susdurulur.

“Məni dinləmədilər, ərizə yazmağa məcbur etdilər”

Hadisədən sonra Pərviz Nazirliyin şəxsi heyət üzrə rəisi Sənan müəllimə müraciət edir. Deyir, haqsızlığa uğramışam, araşdırma istəyirəm. Amma cavab gözlədiyindən fərqli olur:

“Məni dinləmək istəmədilər. Əksinə, təzyiq göstərib dedilər, ‘ərizə yaz, çıx’. Mənə haqsızlıq edən qaldı, mən getdim”.

Yusubov iddia edir ki, zabit Hüseynzadə həm Sənan müəllim, həm də hissə rəisi Seymur Baxşiyev tərəfindən himayə olunur.

“Hüseynağa özü demişdi ki, bölməyə gəlmək üçün Seymur Baxşıyevə 6 min manat vermişəm. Mən inanmamışdım, amma indi hər şey yerinə oturur”, — deyə, o bildirir.

“Üç dəfə töhmət alıb, amma yenə qorunur”

Yusubovun sözlərinə görə, Hüseynzadənin intizam tarixi heç də təmiz deyil. O, FHN Akademiyasında işlədiyi üç il ərzində üç dəfə töhmət alıb.

“Belə bir adam indi bizdə zabit kimi işləyir. Sürücülük vəsiqəsi olmamasına baxmayaraq, idarəyə məxsus avtomobillərlə avtoşluq edir. Mən isə sadəcə həqiqəti dediyim üçün işdən çıxarılıram”, — deyə, Pərviz acı-acı gülümsəyir.

O, bu günə qədər aldığı həkim rəylərini, bədənindəki xəsarət izlərini belə qoruyur. Amma nə bu sənədlər, nə də illərin xidməti onu qoruyub.

“Cənab nazir, bəlkə siz eşidərsiniz”

Pərviz Yusubov indi tək bir ümidə söykənir — nazir Kəmaləddin Heydərovun ədalətinə.

“Cənab nazirin bu hadisədən xəbəri yoxdur. Əgər bilsə, mütləq tədbir görər. Mən artıq başqa heç kimə güvənmirəm. Bu qurumda ədalət varsa, onu yalnız o bərpa edə bilər”.

Onun səsi titrəyir, baxışları uzaqlara yönəlir. Həyatını xilas etdiyi insanların evlərində indi sakitlik var, amma onun içində haqsızlığın alovu sönmür.

“Yeni gələnlər vəzifə alır, təcrübəlilər isə kənarda qalır”

Yusubov deyir ki, FHN-də bu cür hallar artıq tək-tük deyil. Yeni gələnlər vəzifə alır, amma illərini xidmətə vermiş əməkdaşlar sistemdən sıxışdırılır:

“Bu, tək mənim başıma gəlmir. Təcrübəli kadrlar kənara atılır, tanışlıqla gələnlər isə baş tacı edilir”.

Onun sözlərinə görə, Lənkəranda və digər şəhərlərdə də oxşar hallar var, amma çoxları qorxudan danışmır.

“Mən qorxmuram. Mən yanğından da keçmişəm. Amma ədalətsizlik alovundan yanmaq daha ağırdır”.

Susqunluq davam edir

Hadisə ilə bağlı hələlik Fövqəladə Hallar Nazirliyindən heç bir rəsmi açıqlama verilməyib.

Arazpress.com məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün sorğu göndərib.

Pərviz Yusubov bu gün işsizdir, amma içində bir qərarlılıq var — “əgər səsini çıxartmazsansa, belə bir təhlükə sabah başqasının da başına gələcək”.

Onun səsi indi təkcə bir əməkdaşın fəryadı deyil, FHN-dəki sistemli özbaşınalıqlara qarşı bir xəbərdarlıqdır.


 araz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru