İRANDAN SƏRHƏD QALMAQALI İLƏ BAĞLI ŞOK İDDİA
Tarix: 1-11-2012, 10:27 | Çap et
FARS-MOLLA REJİMİ AZƏRBAYCANIN RƏSMİ QURUMLARINI NƏDƏ SUÇLAYIR?
DİA.AZ: - İran “İslam” Respublikasının Sərhəd Komandanlığı Azərbaycan sərhədçilərinin İran ərazisindən silahlı dəstənin Azərbaycana keçmək istəməsi barədə iddiasına münasibət bildirib. DİA.AZ-ın məlumatına görə, bur barədə İranın İSNA agentliyi məlumat yayıb.
Xəbərdə deyilir: “26 oktyabrda Azərbaycan sərhədçiləri bir qrup silahlı dəstənin ölkəmizin sərhəddindən Azərbaycan ərazisinə keçməsini iddia ediblər. Sərhəd pozucularının qarşısı alınarkən onlarla sərhədçilər arasında silahlı atışma olub. Nəticədə sərhəd pozucularından 1 nəfər yaralanıb və onu saxlaya biliblər. Lakin, üç gündən sonra o, Azərbaycanın xəstəxanasında vəfat edib.
İki ölkə sərhədçilərinin hadisə yerinə birgə baxışı zamanı Rusiya istehsalı olan bir ədəd köhnə və paslanmış döyüş silahı bir neçə patron və güllə ilə birlikdə hadisə yerindən və təqribən 40 metr aralıda Azərbaycan sərhədçilərinin istifadə etdikləri yenə bir neçə ədəd həmin patrondan tapılmışdır. Araşdırmaların ardında məlum olub ki, vəfat etmiş şəxs Ərdəbil əyalətinin Parsabad rayonunun sakini olub. O, Azərbaycanda yaşayan qohumlarını görmək üçün bu ölkəyə səfər edibmiş və qabaqlar heç bir cinayətə mürtəkib olmayıb.
Azərbaycan sərhədçiləri tərəfindən bu xəbərin yayılmasının hədəfinin bəyanında məsələnin şişirdilməsi və qaranlıq qoyulması xüsusi hədəfi izləyən qərəzli və tamamilə qeyri-peşəkar xəbərlərin verilməsini göstərir. Bu xəbərin əks etdirilməsinin növünə azacıq diqqət etmək bir neçə önəmli mövzunu vurğulamağa əsas verir.
Müxtəlif ölkələrin vətəndaşlarının xəta və cinayətə mürtəkib olması adi bir məsələdir. Hər gün sərhədçilər tərəfindən belə şəxslər saxlanılır və qanun əsasında onlarla rəftar olunur. Bu elə də ciddi bir məsələ deyil ki, Azərbaycan sərhədçiləri bunu o qədər şişirdiblər. Bundan əlavə, iki ölkə arasında bağlanan sərhəd təhlükəsizliyinin qorunması müqaviləsinin 20-ci maddəsində sərhədçilərə digər ölkənin ərazisinə keçən vətəndaşlara qarşı zorakı hərəkət, zərər yetirmək qadağan edilmişdir.
Azərbaycan Respublikasının sərhədçiləri 5 abanda (26 oktyabr) Biləsuvar bölgəsində İran İslam Respublikasının sərhədçiləri ilə görüşündə bildirdilər ki, iki nəfər İran vətəndaşı Azərbaycan ərazisindən İrana qayıtmaq istəyiblər və azərbaycanlı qüvvələri ilə atışma olub. Əgər Azərbaycan sərhədçilərinin bu şəxslərin silahlı olması barədəki iddiası düzgün olsa, gərək araşdırılsın ki, onlar hansı məqsədlə və özü də silahlı olduqları halda İran İslam Respublikasına keçmək istəyiblər və adətən Azərbaycan Respublikasında işlədilən bu növ silahları onlar haradan və necə əldə ediblər? Azərbaycan sərhədçilərinin qabaqlar da zorakı hərəkətlər etməsinə diqqət etməklə haradan məlumdur ki, Azərbaycan sərhəd qüvvələri İran vətəndaşına atəş açdıqdan sonra sərhəd qayda-qanunlarının əksinə əməl etdiklərindən bu hərəkətlərini ört-basdır etmək üçün özləri köhnə və qədimi silahları hadisə yerinə qoymayıblar?
Saxlanılmış şəxsin neçə gündən sonra Azərbaycanda şübhəli ölümü yenə bu sualı önə çəkir ki, Azərbaycan sərhədçiləri tərəfindən ortaya qoyulan mövzu həqiqət və onların əsil niyyəti ilə nə qədər uyğundur? Və nə üçün qarşı tərəf İİR-nın sərhədçilərinə yaralı şəxslə görüşmək icazəsi verməyib? Görəsən, onunla görüşdükdə həqiqətin aşkar olmasından qorxublar?
İİR Sərhəd Komandanlığının Məlumat Mərkəzi sonda xatırladıb: İran İslam Respublikasının sərhədçiləri həmişə beynəlxalq narkotik qaçaqçılarının qonşu ölkələrə, o cümlədən Azərbaycana daxil olmasının qarşısında möhkəm sədd olmuş və hər növ qadağan olunmuş malın, narkotik maddələrin daxil və xaric olmasının qarşısını almaqda əməkdaşlıq edərək öz yaxşı niyyətini sübuta yetirmişdir və Azərbaycan Sərhəd Xidmətinin məsullarından da gözlədiyi budur ki, qarşıya çıxan mövzulara diqqət etsinlər, yaxşı qonşuluq prinsipini qorusunlar, bütün ölkələrin sərhədçilərinin yerinə yetirdiyi qanuni vəzifə və tapşırıqdan başqa məqsədlər üçün istifadə etməsinlər və iki ölkə arasında qərarlaşdırılmış qanun-qaydalar çərçivəsində aydın şəkildə İran İslam Respublikasının sərhədçilərinə məlumat versinlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28 |
|
|
|
• Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21 |
|
|
|
• Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18 |
|
|
|
• “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
• Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14 |
|
|
|
• "Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12 |
|
|
|
• Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37 |
|
|
|
• Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35 |
|
|
|
• Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30 |
|
|
|
• “Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26 |
|
|
|
• Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15 |
|
|
|
• Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12 |
|
|
|
• Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05 |
|
|
|
• İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi - MƏQALƏ
Bu gün, 09:02 |
|
|
|
• Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00 |
|
|
|
• Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR
Bu gün, 08:58 |
|
|
|
• Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:52 |
|
|
|
• "Paşinyan hakimiyyəti nə rusiyapərəst, nə də avropapərəstdir, əksinə, ermənipərəstdir..." - "Armtimes"
Bu gün, 08:47 |
|
|
|
• Lavrov erməni qadınları ilə zarafat etdi: - Ünvanı desinlər, kifayətdir
Bu gün, 08:41 |
|
|
|
• Azərbaycanda 7 milyon manata süni intellekt laboratoriyası quracaq
Bu gün, 08:38 |
|
|
|
• "İran uzun müddətdir ki, Azərbaycanla hədə dilində danışır" - Çingiz Qənizadə
Bu gün, 08:30 |
|
|
|
• "Bəlkə mən heç bu şərtlərə razı olmayacam..." - ETİRAZ
Bu gün, 08:27 |
|
|
|
• Jurnalistdən AYNA-ya ÇAĞIRIŞ - "Bakı Bombeyə, Karaçiyə çevrilir…"
Bu gün, 08:19 |
|
|
|
• Yeni qanunvericilik Fuad Nəcəfliyə işləyəcək? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:15 |
|
|
|
• Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 08:09 |
|
|
|
• TƏBİB stomatoloqların “dişini çəkir” - 1800 manat qovğası
Bu gün, 08:06 |
|
|
|
• Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... - “Bloomberg”
Bu gün, 07:03 |
|
|
|
• Daha bir məktəb direktoru: İLLİK 300 MİN QAZANC .. - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:57 |
|
|
|
• ““Son zəng” məktəb rəhbərlərinin mənfəətinə çevrilib” - FAKT BUDUR!
Bu gün, 06:46 |
|
|
|
• İctimai nəqliyyatda XAOS - “Dərhal psixiatrın nəzarətinə götürülməlidir, yoxsa…”
Bu gün, 06:41 |
|
|
|
• Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...
Bu gün, 06:28 |
|
|
|
• BDU rektoru kafe biznesinə girişir - Allah BAZAR VERSİN...
Bu gün, 06:21 |
|
|
|
• KRATON klinikasının dövlətə yenidə vergi borcu üzə çıxdı - Sahibi olan bu xanım isə...
Bu gün, 06:09 |
|
|
|
• Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
Bu gün, 06:05 |
|
|
|
• Məktəb direktorundan növbəti 'ŞEDEVR' - BU NƏDİ BELƏ?
Bu gün, 06:01 |
|
|
|
• Bıçaqla insanları hədələyir, qızını döyür, şüşəni sındırır... - Son günlər NƏLƏR BAŞ VERİR?
Bu gün, 05:52 |
|
|
|
• Bir əldə iki qarpız: İrəvanla strateji ittifaq, Bakı ilə birgə təlim - Tehran bölgədə HOQQA VERİR...
Bu gün, 05:49 |
|
|
|
• Putin qazandığı vaxt və müharibənin davam etməsi üçün üç səbəb - GƏLİŞMƏ
Bu gün, 05:46 |
|
|
|
• Sabiq hakim Xaxaleva Azərbaycanı mart ayında tərk edib - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 05:40 |
|
|
|
• "Mən hər gün atasızlığı hiss edirəm..."
Bu gün, 00:17 |
|
|
|
• "Qayınanadan ayrı yaşamaq gözəldir"
Bu gün, 00:13 |
|
|
|
• Gizlənən məktəb direktoru görün, NƏ DEDİ... - AÇIQLAMA
Bu gün, 00:06 |
|
|
|
• Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Dünən, 19:08 |
|
|
|
• Sarkisyanı məhkəmədə sıxırlar
Dünən, 18:24 |
|
|
|
• Paşinyan Lavrovla görüşüb
Dünən, 18:13 |
|
|
|
• Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Dünən, 18:11 |
|
|
|
• “Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Dünən, 18:08 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Dünən, 18:02 |
|
|
|
• "JEK" 31 ədəd qaloş alır
Dünən, 17:54 |
|
|
|
|