Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                     400 milyon dollarlıq mübahisə: .....                     Putini NECƏ RAM ETMƏLİ... .....                     Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb .....                     1,5 milyardlıq ANLAŞMA .....                     Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? .....                     Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                     ARDNF kritik lisenziyaların müddətini uzadır .....                 

MASALLIDA QAN ÇANAĞI
Tarix: 6-11-2012, 10:37 | Çap et
MASALLIDA QAN ÇANAĞI
YERLİ MƏMURLAR QONŞULARI QAN DÜŞMƏNİ ETDİ

Masallının Qəriblər kəndində məskunlaşmış Cəbrayıldan köçkün Qurban Həşimov qərib olduğu kənddə icra nümayəndəsinin təzyiqlərindən bezərək ölkə Prezidentinə müraciət ünvanladı...

Dünən redaksiyamızda olan Cəbrayıl rayonundan məcburi köçkün Həşimov Qurban Məhəmməd oğlu qəzetimizə geniş müsahibə verdi, həmçinin ölkə Prezidentinə və digər Dövlət qurumlarının rəhbərlərinə ünvanlı müraciətini bizə təqdim etdi. Məlum olur ki, Masallının Qəriblər kəndinin icra nümayəndəsi Vahid Mirzəyev Q.Həşimovu 1993-cü ildən ailəsi ilə məskunlaşdığı bu kənddən qovmaq istəyir. Niyə? “Sənin bu bölgədə nə işin var, get öz torpağına..." deyən icra nümayəndəsinin deyəsən ölkənin qayda-qanunlarından, Prezidentin məlum sərəncamlarından xəbəri yoxdur. Kim bilir, bəlkə də bu kəndin adının Qəriblər olmasının da bir mənası budur ki, burada məskunlaşmış insanlar da nə vaxtsa hardansa köçüb gəliblər deyə, adı “Qəriblər" qalıb. İndi bu Qəriblər kəndinin baş biləni-icra nümayəndəsi bir məcburi köçkün ailəyə göz verib işıq vermir. Səbəbi aşağıdakı şikayət ərizəsində ətraflı açıqlanıb...

İcra nümayəndəsi niyə kənddə qan çanağı yaratmaq istəyir?

Şikayətçi Q.Həşimovun şikayət məktubunu olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə!

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova!

Respublikanın ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova!

Dövlət Əmlak Komitəsinin sədri cənab K.Həsənova!

Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Q.Məmmədova!

Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Ə.Həsənova!

Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Masallı rayonunun Qəriblər kəndində əskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Həşimov Qurban Məhəmməd oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Mən 1993-cü ildə, Cəbrayıl rayonu işğal olunandan sonra ailəmlə birlikdə Masallı rayonunun Qəriblər kəndində məskunlaşmışam. 2008-ci ildə Qəriblər kəndi ünvanında yerləşən ləğv edilmiş “Azərsutikinti” DK-nın 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahələrini “Mülkiyyət” qəzetində elan olunmuş hərrac yolu ilə dağılmış binasını və torpaq sahəsini 29.251 manata özəlləşdirərək almışam. Bu zaman bütün qanuna uyğunluqlara əməl edərək dövlətin lazım olan rüsumlarını ödəmişəm. Aldığım əmlakın ümumi torpaq sahəsi bina ilə bir yerdə 11.050 kv.m.-dir. Hazırda da ləğv edilmiş “Azərsutikinti” DK-nın 26 saylı SMD-nin 1 və 3 saylı xətti istismar sahəsinin inzibati binasında yaşayıram və torpaq sahəsində müəyyən işlər görmüşəm. Lakin Masallı rayon İcra Hakimiyyətinin Qəriblər kəndi üzrə artıq sabiq icra nümayəndəsi Vahid Mirzəyevin birdən-birə yadına düşüb ki, bu yer və bina ona da lazım imiş. Odur ki, mənə əvvəlcə “Sənin bu bölgədə nə işin var, get öz torpağına...” deyərək müxtəlif formada təzyiqlər etməsinin əhəmiyyətsiz olduğunu görən V.Mirzəyev sonra əyri yollarla məhkəmə instansiyalarına üz tutaraq binanı və torpağı ələ keçirmək niyyətinə düşüb. Hər yerdə də bildirir ki, Həşimov Qurban Cəbrayıldan bura qaçqın gəlib. Ona görə də onun Masallı torpağında yaşamağa haqqı yoxdur.

Hörmətli cənab Prezident!

Mən bilmək istəyirəm: məgər Masallı rayonu Azərbaycan torpağına və dövlətinə aid deyil? Yoxsa, 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma “Talış-Muğan Respublikası” hələ də fəaliyyət göstərir? Ancaq bildiyimizə görə “Talış-Muğan Respublikası” elə yarandığı andan ümummilli lider Heydər Əliyev tərəfindən darmadağın edildi, Ə.Hümbətov həbs edildi, sonra isə əfv edilərək Avropa ölkələrinə çıxıb getdi. Məlum separatçı lider Əlikram Hümbətov həbs ediləndə nəinki Masallıda, bütün cənub zonasında insanlar Heydər Əliyevin bu addımını alqışladı. Ancaq indi görünür ki, bu addımı alqışlamayanlar da var imış. Bunlar isə Vahid Mirzəyevin özü və 4 qardaşı, həmçinin 3 qaynıdır.

“Vahid Mirzəyev mənə təklif etdi ki, 50 min dollar verirəm, sən o yerdən çıx. İstəməsən, həmin 50 min dolları Xətai rayon Məhkəməsinin hakimi (2011-ci ildə) İlqar Qaralova verib hərracın nəticələrini ləğv etdirəcəyəm”

Bu insanlar birləşərək bildiriblər ki, mənə Masallı torpağında yaşamağa imkan verməyəcəklər. Onun üçün də bir çox məhkəmələri pulla ələ alaraq mənim qanuni mülkümü və torpağımı əlimdən almağa çalışırlar. Maraqlıdır ki, bütün bu qanunsuzluğa əyri yollarla nail olurlar. Bunun üçün Bakıda müxtəlif vəzifəli insanlardan istifadə etməkdən də çəkinmirlər. Vahid Mirzəyev camaat içərisində şaiyə buraxır ki, Prezident Aparatında elə adam tapmışam ki, bütün bu kimi qanunsuzluqlara qanuni don geyindirmək imkanı var. Kimin belə problemli işi varsa, kömək etməyə hazıram və s. Hətta yersiz yerə bir çox vəzifəli adamların adını da çəkir. Məsələn, məhkəmədən qabaq Bakıda “28 may” metro-stansiyası ərazisində rastlaşarkən mənə təklif etdi ki, 50 min dollar verirəm, sən o yerdən çıx. Sən istəməsən, həmin 50 min dolları Xətai rayon Məhkəməsinin hakimi (söhbət 2011-ci ildən gedir) İlqar Qaralova verib, sənin hərracını ləğv etdirəcəyəm.

Hörmətli cənab Prezident!

V.Mirzəyev qanuni mülkümü və torpağımı əlimdən almaq üçün əvvəlcə Masallı rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə mənim bütün sənədlərimin qaydasında olduğunu görüb, onun iddiasını rədd etdi. Sonra V.Mirzəyev Şirvan İnzibati İqtisad Məhkəməsinə müraciət etdi. Məhkəmə baxışı zamanı V.Mirzəyevin vəkili hakimlə söhbətdən sonra onlara məlum oldu ki, qanun mənim tərəfimdədir və qanuni də qərar çıxarılacaq. Qanuni qərar da mənim xeyrimədir. Bunu belə görən V.Mirzəyev şikayətini geri götürdü. Söz verdi ki, bir daha bu qərəzli əməllərini təkrarlamayacaq. Lakin sonradan yuxarıda dediyi kimi, Xətai rayon Məhkəmsinə müraciət etdi. Özü əvvəldən demişdi ki, İlqar Qaralov işi görəcək... İş doğrudan da hakim İlqar Qaralovun icraatına verildi. Lakin İ.Qaralov məzuniyyətə getdiyindən işi hakim Leyla Talıbova qəbul etdi. L.Talıbova isə V.Mirzəyevin qanunsuz iddiasını qismən təmin etdi.

“Bakı Apellyasiya Məhkəməsinin hakimi İsa İmayılov xəstəliyim haqqında göndərdiyim arayışı nəzərə almadan, vəkilimin məhkəmədə iştirakı olmadan qanuni yolla aldığım mülkün və torpağın hərracını bir göz qırpımında ləğv etdi”

Mən bu qərarla razılaşmayıb Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. Bu instansiya məhkəməsi isə görünməmiş bir qanunsuzluğa əl atdı. Belə ki, apellyasiya məhkəməsinin hakimi İsa İmayılov mənim xəstəliyim haqqında göndərdiyim arayışı nəzərə almadan, mənim və vəkilimin məhkəmədə iştirakı olmadan qanuni yolla aldığım mülkün və torpağın hərracını ləğv etdi. Qalmışdım mat-məəttəl! Sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdim. Axı mən Dövlət Əmlak Komitəsinin qanuni hərracından qanuni pul ödəməklə və özəllişdirməklə ləğv edilmiş idarənin köhnə binasını almışdım. Burada nə səhv ola bilərdi?

Vəziyyətin bu həddə çatdığını-haqsızın pulunun, mənim isə qanuni sənədlərimin olduğunu görüb və haqlı olduğumu sənədlərlə sübut etmək üçün Ali Məhkəmənin sədri Ramiz Razayevin qəbulunda oldum. Çox təəssüf ki, R.Rzayevə müəyyən qüvvələr mənim işim barədə düzgün məlumat verməmişdilər, doğru məruzə edilməmişdi. Ona görə də bu Ali Məhkəmə orqanı da bütün qanuni sənədlərimə əhəmiyyət vermədən, əlüstü apellyasiya məhkəməsinin qanunsuz qərarını qüvvədə saxladı.

“1993-cü ildə Cəbrayıldakı evimi, torpağımı ermənilər aldılar. İndi isə Vahid Mirzəyev qardaşları və qohumları ilə birləşib məhkəmə hakimlərinin ədalətsiz qərarları ilə məni qanuni mülkümdən və torpağımdan çıxartmaq istəyirlər”

Hörmətli cənab Prezident!

Son ümid yerim olaraq Sizə müraciət edirəm. Mənim pozulmuş hüquqlarımın bərpasına kömək edin. Yəni doğurdanmı mənim bir məcburi köçkün olaraq Azərbaycan torpağında yaşamağa haqqım yoxdur? 1993-cü ildə Cəbrayıldakı evimi, torpağımı ermənilər aldılar. İndi isə Vahid Mirzəyev qardaşları və qohumları ilə birləşib məni məhkəmə hakimlərinin qanunsuz qərarları ilə qanuni mülkümdən və torpağımdan çıxartmaq istəyirlər. Mən elə bilirdim ermənilər orda imiş. Sən demə, onların əməllərini burada da icra edənlər var... Açıq şəkildə də bildirirlər ki, mən Masallı torpağında yaşaya bilmərəm, çünki Qarabağ bölgəsindən gəlmişəm və s. Məni bezdirib, rayondan qovmaq üçün üstümə tez-tez hücum çəkirlər, qorxudurlar. Hətta bir dəfə evimə od vurub yandırıblar. Ancaq illərlə dişimlə, dırnağımla, həyat yoldaşımın sonuncu qızıllarını da satmaqla, həmçinin qohum-əqrabadan borc aldığım pullarla aldığım mülkdən və torpaqdan heç yerə getmək fikrim yoxdur.

Mən hələ ki, səbrlə dözürəm. Açıq şəkildə bildirirəm ki, Vahid Mirzəyev burada qan çanağı yaratmaq istəyir. Qoy rayonun hüquq mühafizə orqanları bunu bilsinlər. Və Allah eləməmiş, bir hadisə olsa, həm də məlum məhkəmə hakimləri məsuliyyət daşıyırlar. Çünki V.Mirzəyevi ruhlandıran, ona qol-qanad verən onlardır. Aldığım məlumata görə Ali Məhkəmədəki qanunsuzluğa isə Vahid Mirzəyevin həmyerlisi, əslən Lənkərandan olan hakim Vafəddin İbayev bu işin başında durur.

Cənab Prezident!

Ona görə də artıq dərəcədə xahiş edirəm ki, Azərbaycan qanunlarına arxa çevirən bu insanların, ayrı-ayrı hakimlərin cəzalandırılmasına və Azərbaycan qanunçuluğunun bərpasına yardım edəsiniz. Bütün bu dediklərimi sənədlərlə, rəsmi arayışlarla və aidiyyəti qurumların torpağıma və evimə verdikləri şəhadətnamələrlə sübut etməyə hazıram. Bütün sənəd və sübutları Sizə ayrıca göndərirəm və həmçinin “Təzadlar” qəzeti redaksiyasına təqdim etmişəm.

Hörmətli cənab Prezident!

Özüm haqqımda əlavə olaraq bildirmək istəyirəm ki, mən 40 il polis orqanlarında qüsursuz işləmişəm. İşlədiyim müddətdə Qarabağ döyüşlərində fəal iştirak etmişəm. Yaxşı işimə görə dəfələrlə nazir cənab Ramil Usubov tərəfindən mükafatlandırılmışam. Hətta cənab nazir polisdəki uğurlarıma görə təqaüd müddətimi əlavə olaraq 2 il də artırmışdır. Çünki Prezident və parlament seçkilərində mən cənub zonasında böyük hörmət qazandığımdan fəal iştirak edirdim. Təqaüdə çıxandan sonra da dövlətçilik və dövlətin yolunda var qüvvəmi əsirgəməmişəm. Mən həmişə qanunçuluğun keşiyində dayanaraq dövlətimizin möhkəmlənməsinə xidmət etmişəm. İnanıram ki, siz də mənim pozulmuş hüququmun bərpasına kömək edəcəksiniz.

Çox təəssüflər olsun ki, bəzən dövləti maraqları şəxsi istəklərindən üstün tutan bəzi məmurlar, o cümlədən məhkəmə hakimləri vətəndaşları məcbur edirlər ki, öz haqqını müdafiə etmək üçün ölkəmizdəki xarici dövlətlərin səfirliklərinə, Avropa Məhkəməsinə müraciət etsinlər. Amma mən dövlət qulluğunda işlədiyim üçün bilirəm ki, bizim qanuni prezidentimiz və onun yerlərdə layiqli kadrları var. Ona görə də bir daha 15 nəfərlik ailənin başçısı kimi sizdən xahiş edirəm, Vahid Mirzəyev qardaşlarından məni, mülkümü, torpağımı və ailəmi, nəhayət, sığındığım qanunları qorumaq üçün aidiyyəti dövlət orqanı rəhbərlərinə göstəriş verəsiniz.

Hörmətlə: Masallı rayonunun Qəriblər kəndində yaşayan Cəbrayıl rayonundan məcburi köçkün: Q.Həşimov

***

Redaksiyadan: Masallı rayonu Qəriblər kəndində məskunlaşmış Cəbrayıldan məcburi köçkün, 40 il polis orqanlarında çalışmış, Qarabağ veteranı Həşimov Qurban Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və bir çox dövlət orqanlarına ünvanlanmış müraciəti bizə verdi. Təqdim edilən sənədlər, arayışlar və məktublar onu göstərir ki, Q.Həşimov qanuni bina və torpaq sahəsi alıb. Lakin Masallı RİH-in Qəriblər kənd üzrə sabiq icra nümayəndəsi Vahid Mirzəyev və qardaşları müxtəlif əyri yollarla Q.Həşimovun evini və torpağını əlindən almağa çalışırlar. Sənədlərlə və məhkəmə qərarları ilə tanış olandan və bu qədər qanunsuzluğu görəndən sonra inanmaq olmur ki, Azərbaycan məhkəmələri belə əyintiyə yol verə bilər. Ancaq fakt faktlığında qalır. Çünki doğrudan da məhkəmələr ədalət prinsipini unudaraq bir köçkünün mülkünün əlindən çıxmasına süni şərait yaradıblar. Biz hələlik Q.Həşimovun rəsmi müraciətini olduğu kimi təqdim edirik. Ancaq sənədlər əsasında yazını, onun dəhşət saçan müsahibəsini növbəti saylarımızda oxuyun. İnanmaq çətindir ki, Cəbrayılda ermənilər tərəfindən mülkü əlindən alınmış polis əməkdaşının indi də Masallıda əmlakını qondarma iddia və məhkəmə qərarları ilə ələ keçirmək istəyənlər var. \ Tezadlar \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Bu gün, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Bu gün, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Bu gün, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Bu gün, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Bu gün, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Bu gün, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Bu gün, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Bu gün, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Bu gün, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru