Naxçıvan şəhər Məhkəməsinin hakimi Aslan Heydərov ötən həftə xitam verdiyi, universitet müəllimi Aysel Quliyevaya qarşı sifarişli işi dünən yenidən icraata götürüb. Onun bu zidiyyətli qərarı məhkəmə sədri Gülnar Səfərəliyevanın göstərişi ilə qəbul etdiyi bildirilir.
Bundan öncə daxildəki mənbə bildirmişdi ki, qarşı tərəf- universitet rəhbərliyi uduzduğu işin yenidən icraata götürülməsi üçün məhkəmə sədrinə vəkil Vüsal Həsənov vasitəsi ilə 20 manat rüşvət təklif edib.

Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək, məhkəməyə şikayət etmişdi. Şikayət olunan şəxsin- Aysel Quliyevanın isə, müraciətin yayılması ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, Naxçıvan şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva dekan müavininin şikayətini qəbul etmişdi. Məsələ ictimailəşdikdən sonra hakimin bu hərəkəti ciddi ictimai qınağa səbəb olmuşdu. Bu qınağı nəzərə alan hakim, elə ilk iclasdaca işə baxmaqdan imtina etmişdi. Bundan sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova həvalə olunmuşdu. O isə, bu şikayəti icraata götürməkdən imtina edərək, işə xitam vermişdi.
Bundan sonra, ötən həftə isə Abbas Əhmədov eyni ittihamla yenidən məhkəməyə müraciət etmişdi.
"Gündəlik Naxçıvan"