Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                 

Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir - NARAZILIQ VAR...
Tarix: 29-09-2025, 16:34 | Çap et

Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir çox tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.

Tribunainfo.az-a daha bir şikayət ünvanlayan, və dələduzluqla üzləşən Aylin Hüseynova başına gələnləri danışıb.

“Mən” Pilgrm Education”u 3cü kursda olandan, yəni 2023-cü ildən tanıyıram. İlk dəfə onları Instagram hesabından paylaşdığı postlar üzrə tanımışam və onlara müraciət etdikdə, ortalamam/könüllülük səviyyəm və s. ilə bağlı mənim DP uyğun olduğumu bildirdilər. Həmin ərəfələrdə
şirkətin icraçı direktoru Aisa Aslanova mənə kiçik vərəqdə siyahı yazıb təqdim etdi: siyahıya Almaniya, Avstriya, İngiltərə kimi ölkələrlə yanaşı DP proqramına və sonsuz sayda universitetlərə müraciət paketinin 1500 AZN olduğunu qeyd etdilər. Və 2 aya yaxın mən qərar verməmiş mənə çoxlu zənglər edirdilər. Qərarımı vermədiyimi, hazırda düşündüyümü desəm də 2 aya yaxın mənə daima zəng və mesaj atırdılar. O zamanlar onların ofisi Hökümət evinin yanındakı hündür mərtəbəli binada yerləşirdi. Daha sonra 1 il keçdi, 4-cü kursda olanda ortalamama və “background”uma baxıb qərara gəldim ki, bəli, mən xaricdə təhsil üçün müraciət edə bilərəm. Əvvəllər” Pilgrm” ilə konsultasiyamız olduğu üçün yenidən konsultasiyalara dəvət üzərindən yollarımız kəsişdi. 2024-cü ildə konsultasiyalara başladıq və fevral ayında anamla İçərişəhərə getdikdə Aisa xanım çox güclü “motivator” olduğu üçün yüksək səviyyəli vədləri və sözləri ilə bizdə əminlik yaradaraq, mənə DP üçün hər şeyin qaydasında olduğunu, yalnız IELTS çatışmadığını, ancaq mənim o sertifikatı asanlıqla ala biləcəyimi dedilər. Hətta mənə 90 faiz bizlikdir, 10 faiz sənlikdir dedilər. Onlar ödənişi alanda DP üçün almışdılar, ancaq hələki IELTS sertifikatım olmadığını bilirdilər. Ödənişlə bağlı təyin olunacaq konsultasiyaya gəlməzdən əvvəl mənimlə telefonda danışarkən, qiymətlərin qalxdığını, yəni 2500 olduğunu dediklərində, razı olmadığımı və imtina edəcəyimi bildirdim, onlar isə: “sənin üçün xüsusi endirim edəcəyik, 1500 azn ödəyərsən” dedilər. Halbuki, xaricdə təhsil proseslərində 1 il əvvəldən 1500 AZN almaq mənasız və əsassızdır, həmçinin proseslərin toplam dəyərinin əslində 1500 AZN dəyərində olmadığını öyrənə bilərsiniz. Müşahidə etdiyim problemli vəziyyətlərdən biri də odur ki, onlar xüsusilə yüksək nəticəli tələbələri cəlb etmək istəyirlər və onlara yüksək səviyyəli vədlər verirlər, çünki bilirlər ki, yüksək səviyyəli tələbələr ancaq yüksək səviyyəli universitetlərə müraciət edir və onların yüksək “vədləri” cəlbedici gələcəkdir, amma il boyunca müraciətlərin və ölkələrin səviyyəsi yavaş-yavaş düşür və proses zamanı sizə istəmədiyiniz yerlərə müraciət etmək üçün dəfələrlə təzyiqlər/təsirlər edirlər ki, prosesi dayandırıb ödənişi geri istəməyəsiniz.
Bu şirkətdə baş verən ən böyük manipulyasiyalardan biri də odur ki, müraciətlərə başlamasalar belə, qətiyyən ödənişi geri qaytarmırlar. Halbuki, ödəniş müraciətlər üçün verilib, buna baxmayaraq heç bir iş görülməyib və universitetlərə müraciətlər başlamayıb. Ancaq onlar hər yolu sınayırlar ki, siz ödənişi geri tələb etməyəsiniz və vaxt ötüb keçsin, keçəndən sonra da desinlər ki bizlik deyil, sən edə bilmədin, sən bacarmadın.
Biz ödənişi aylara böldürdüb ödəyirdik amma onlardan dayanmadan zənglər gəlirdi ki, ödənişi ödəyin, “deadline” qoyulub. Mən də soruşurdum ki, axı qeydiyyat prosesləri başlamayıb və ya sənədlər, müraciətlər başlamayıb, niyə ödənişi təcili istəyirsiz?! Onlar isə deyirdilər ki, “Əzizim, əvvəlcədən qeydiyyat üçün ödəniş tamamlanmalıdır ki, biz sənin proseslərinə bütün tələbələrdən tez başlayaq, sən öndə olacaqsan, səndə hər şey rahat olacaq və s.” Halbuki, bütün proses boyunca mən yadlarına salmasam, heç bir məlumat vermirdilər, IELTS 6.5 aldıqdan sonra da DP üçün uyğun olmadığımı bilirdilər və konsultasiyalara gələndə Polşa, Litva kimi ölkələrə müraciət təklif edirdilər, halbuki, dəfələrlə Polşanı istəmədiyimi demişəm.
Valideynlərimin zəhmətlə yığdığı pulu ona görə verməmişdim ki, məni istəmədiyim ölkələrə yönləndirsinlər. Ödəniş etdikdə isə sizə müqavilə imzaladırlar, hansı ki, ödənişin qaytarılmadığı qeyd olunur. Yenidən qeyd edirəm, heç bir müraciət və ya proses başlamayıb amma ödənişiniz qaytarılmır. Ödənişi etdikdən 1 ay sonra “Pilgrm” haqqında çıxan məhkəmə prosesləri, şikayət xəbərlərini tapdım. Hətta, sui-istifadə edən şirkət və ya fırıldaqçı adı ilə ittiham olunmuşdular. Təbii ki, təşvişə düşdüyüm üçün araşdırma etdim. Və ilk öncə “Pilgrm” də işləyən dostuma zəng etdim, o məni “hər şirkət barədə belə şeylər yazırlar, deyilənə inanma, hər şey yaxşı olacaq” deyirdi. Və dedi ki, “nəzərin müraciətlərinin üzərində olsun, özün” deadline”ı izlə, özün prosesi idarə et, yaxşı olacaq”. Mən isə bir şeyi başa düşmürdüm, əgər, 1500 AZN vermişəmsə, nəyə görə üstəlik əziyyət çəkib prosesi mən izləməli idim.
Daha sonra mən onlara inandığım üçün oktyabr-noyabr aylarında IELTS imtahanı verərək 6.5 yığdığım üçün konsultasiyaya gedirəm ki, qərar verək ki, mən artıq ödənişimi geri alım və prosesləri dayandırım. Çünki DP 7 istəyir. Onlar isə qətiyyən ödənişi qaytarmaqla bağlı qərarlı olduqları üçün və çox yaxşı manipulyator olduqları üçün mənim nə üçün ora gəldiyimi bilirlər və mənə başqa ölkələri, yəni Polşa, Litva İtaliya kimi ölkələri təklif edirlər. Mən dəfələrlə Litva və Polşa Universitetlərinə müraciət etmək istəmədiyimi desəm də mənim istəyimi nəzərə almayıb listdən onları çıxarmırlar və kuratorum dəfələrlə polşanın adını çəkərək məni bezdirirdi. Mən uzun müddət ərzində onlara Polşa və Litva istəmədiyimi, yalnız İtaliyadan siyahıda olan bəzi universitetləri istədiyimi deyirəm. Amma onlar təkrar-təkrar məni Polşaya göndərməkdə qərarlıdırlar. Təsəvvür edin, 2025-ci ilin iyun-iyul aylarına qədər kuratorum mənə yenə və yenə Polşadan olan universitetlərin linkini atırdı. Bütün uyğunsuz və istəmədiyim yerləri yönləndirə bilirlər, ancaq heç bir müraciət başlamamış ödənişi qaytara bilmirlər. Həmin dövrdə heç bir müraciət başlamamışdı.
Biz həmin konsultasiyada İtaliya üçün qərarlaşdıq və xüsusilə Padua universiteti siyahıda çoxdan (2024-cü ildən) olmasına baxmayaraq müraciətin 1-ci raundunun “deadline” qaçırmışdılar. İtaliyadan olan əksər unicersitetlərdən 5-6.5-ə qədər olan IELTS balı ilə təsdiq və təqaüd almaq olar. Ancaq onlar mənim ən çox istədiyim universitetlərdən biri Padua üçün deadline qaçırdılar. Deadline fevralın 1-i idi və mən soruşanda ki, “müraciət etdiz Padua üçün? – cavabında dedilər ki, narahat olma 2-ci raund üçün edəcəyik. Və mən yenə konsultasiya istəyirəm. Və artıq təxmin etdiyiniz kimi, konsultasiyaya nə üçün gəldiyimi bildikləri üçün məni yumşaldıb müxtəlif texnikalara əl atırlar. Həmçinin “dualingo” imtahanı vermək üçün mənə ayrılmış əməkdaş, proseslərin başlamamasına baxmayaraq qabaqcadan ödənişi etmədiyim üçün imtahanla bağlı dəstəyi düz 1 ay gecikdirir. Vaxtımızın olmadığını, deadline bitəcəyini desəm də onlar ancaq imtahan verməli olduğumu və 7 almalı olduğumu deyirdilər. İmtahan dəstəyi üçün yönləndirdikləri əməkdaş isə imtahan yeniliklərindən xəbərdar deyildi və əməkdaş kamera mövzusundan məlumatlı olmadığı üçün kəsildim.
Yenidən onlardan təkliflər gəlir: sertifikat ala bilməyimlə bağlı guya əlaqələri var və mənə görə sertifikat mərkəzinə yazacaqlar, və ya hətta məni gələn ilə saxlamaq fikirləri də var. Ən çox təzyiqi də dəfələrlə uğursuz olsan da IELTS almaq üzrə edirlər. Çünki 6.5-lə qəbul etdirə bilmirlər və deadline müraciət məsələlərinə məsuliyyətsiz yanaşırlar. Buna görə də tələbədən 7+ tələb edirlər. 2-ci raundun xəbərini almaq üçün yazıram daxili işçilərə, daxili işçilər mənə maildən yazır ki, xeyr etməmişik, qeydiyyat bitib. Mən təbii ki, çox əsəbləşirəm və kuratorum Leyla xanıma yazıram ki, niyə mən soruşmasam mənə heçnə deyilmir? Kurator da mənə bildirir ki, onlar sənə yalnış yazıblar, əslində demək istəyiblər ki, Padua 2-ci raund üçün Avropa tələbələrini götürür, Azərbaycandan qeydiyyat olmur. Ona görə etməyiblər. Mən isə dəfələrlə soruşuram ki, Leyla, yeganə şansım olan Paduanın birincini raunduna qeydiyyat etməyiblər, 2ci də belə. Nə oldu? elə heç kim Azərbaycandan Padua üçün qeydiyyat etməyib???
Mən onlardakı soyuqqanlılığı IELTS nəticəmi demək üçün görüşə getdiyim gün gördüm. Onlara maraqlı deyildi ki, mən 6.5 yığımışam və DP üçün uyğun olmadığıma görə, pulumu qaytarmalı idilər və davam etmək istəmirəm. Onlara bir şey maraqlı idi, o da sona qədər tələbəyə başqa variantlar təklif edib sonda onun qəbul olmadığı üçün vicdan əzabı çəkməmək: çünki bəhanə edirlər ki, “biz hər şeyi təklif etdik…” Yəni, bizdən çıxdı iş.
Bu proseslərdən sonra mən onlarla ciddi danışıram, hardasa, iyun-iyul aylarıdır və telefonla faktlara malik olduğumu və s. deyirəm. Kuratorum isə bu günə qədər Almaniyadan olan universitetlərə müraciətin qeyri mümkün olduğunu desə də, mənim ciddi danışıqlarımdan sonra və deadline qaçırıldığından sonra nədənsə, Almaniya təklifləri gəlir. Təklif etdi ki, Almaniyada sənə uyğun proqramlar var, onlara müraciət edək. Onu da qeyd edim ki, bura qədərki proseslərdə nə qədər mail hesabımı tələb etsəm də mənə açılmış hesabın şifrəsi ilə mənə təhvil verməyiblər. Başlarda, böyük vədlər verdiyi üçün tələb etmədim, amma daha sonra bir neçə dəfə istədim. Ən son proseslərdə də bunun düzgün olmadığını qeyd etdim, ancaq mənə bəhanə edərək dedilər ki, birdən tələbə girib nəyisə dəyişər ona görə vermirik. Sual meydana çıxır: Əgər tələbə özü istədiyi universitetlə bağlı qəbul alsa, nə üçün öz əli ilə özünü məhv etsin? Nəticədə mən qeyd etdim ki, “nə oldu? İndi variant yoxdur deyə, Almaniya işə düşdü?”
Mənə bildirdilər ki, guya, Almaniya bu ildən yeni müraciətlər açıb. Yəni, indilərdə açıb. Ona görə təklif etdik. Nəysə, Almaniyaya göndəriləcək müəyyən sənədlər üçün məndən 70 avro, təxmini 150 azn istədilər ki, müraciət pulludur. Daha sonra mən soruşuram ki, ayın neçəsi gəlir cavab- kurator mesaj yazır ki, maksimum avqustun 15-nə kimi cavablar gələcək. Bu mesajın yazılı sübutu da var. Və mən sentyabrda artıq heç bir cavab görmürəm və mail hesabımı istəyirəm, yenə vermirlər. Sonra sentyabrın ortalarında yenə ciddi mesajlara keçirəm, yazıram ki, prosesin üstünə düşün, bir şirkət kimi bu sizin borcunuzdur, yazırlar ki, Almaniyaya müraciət edəcəyik ki, cavabları tezləşdirsinlər. Amma etmirlər. Dəfələrlə soruşuram ki, “demişdiz edəcəyik, etdiz?” Mənə yenidən manipulyativ cavablar gəlir ki, biz də sənin kimi gözləyirik. Bu ərəfədə “Pilgrm”dan mənə zəng gəlir ki, təhvil-təslim aktı imzalamalısız ki, sizə məlumatlarınızı və mail hesabınızı təhvil verək. Bunu birinci Aisa xanım deyir, amma o qədər tezləşdirir ki, prosesləri, qeyd edir ki, bu axşama bitir artıq o imzanı. Daha sonra onların hüquq məsələlərinə baxan işçisi zənglə bunu mənə deyir və dialoq belədir:
— Aydan xanım, mən bunu Almaniya cavabları/proseslər bitəndə imzalasam olar?
— Olar, amma indi etməlisiz ki, sizin indidən yataqxana və digər məsələlər həll olsun və siz öndə olun digər tələbələrdən. (Halbuki mənim qəbulum gəlməyib, amma nədənsə yataqxanadan danışılır. Və Aydan xanım da Aisa xanım kimi bildirir:
— Mənim iş saatım 6-da bitir, tez imzalayın və bunu mənə göndərin.
—Axı, dediz proseslər bitsə, edə bilərsiz?
—Bəli, amma siz indidən imzalayın ki, mən vaxtında sənədinizə baxa bilim.
—Siz işdən çıxırsızsa, axşam və ya sabah Aisa xanıma göndərərəm, indi alınmayacaq.
—Aha, axşam göndərərsiz. Yox, sabah etməyin, çünki sabahdan mən məzuniyyətə çıxıram. Sabaha qədər çatdırın aktı. (Xanım artıq məzuniyyətə getmək yalanı danışır)
— Əgər mən imzalayası olsam, Aisa xanıma göndərərəm, narahat olmayın.
Bu danışıqdan 2-3 gün sonra həmin o məzuniyyətə gedən xanım, nədənsə, işlərlə maraqlanmağa başlayır və təzədən zəng edir ki, niyə imzalamamısız?
Deyirəm ki mən Aisa xanıma demişəm, düşünürəm. Aydan isə mənə bildirir ki, “Aisa xanım şirkətin rəhbəri deyil, o sizə çox söz verə bilər, amma bu şirkətdə qanunlar var”.

Daha sonra Aisa Aslanova mənə yenə mesaj yazır və zəng edir. Və nədənsə, təcili sürətdə o aktı imzalamığımı istəyirlər. Deyirəm ki, nə var axı onun içində və mənə Almaniyadan cavab lazımdı, hal-hazırda akt lazım deyil. Aisa xanım deyir ki, sən onu imzalamalısan ki, biz sənin proseslərini tamamlayaq və daha sonra izləyə bilək. Hətta, mənə minnətlə bildirir ki, sənin Almaniya universitetlərinə müraciətin şirkət hesabına olub. Əlavə paket almalı idin, amma şirkət hesabına etdik biz onu. Ona görə də imzala ki bitirək işi və aktı ona görə imzalayırsan ki, sabah biri gün səndən pul istəməsinlər, sübut olsun. Halbuki, müraciət pulunu özüm ödəmişəm, şirkət hesabından heç nə ödəməyib. Çox gülüncdür: deməli, mənə il boyunca 2-cə universitetdən təsdiq alıblar: İngiltərə 1il 30 min avro (ödənişli oxuya bilməyəcəyimi demişdim) + proseslərdə problemlər var + hələki mənimlə iş bitməyib, yəni davam edir +məni söz verdikləri ölkəyə qəbul etdirməyib Almaniya üçün cavab gözləmələrinə baxmayaraq, hələ mənə də minnət edirlər ki, biz Almaniyaya şirkətin hesabı ilə müraciət etmişik. Almaniya application fee mən ödəmişəmsə və məni heç yerə qəbul elətdirmədiyiniz üçün mənə Almaniyanı təklif edən sizsinizsə, onda niyə mənə minnət qoyulur və hələ akt imzaladılır?! Heç yerdən qəbul almadığım üçün Almaniyanı mənə əlavə variant kimi siz təklif etmisiz və şirkət öz hesabından heçnə etməyib. Nəticədə, sizə o Aktın içərisində olan məlumatlardan danışım: Təhvil-təslim adlandırdıqları o aktda qeyd olunur ki, siz “Pilgrm”dakı bütün proseslərdən razısız, şirkətin bütün işləri qüsursuz gördüyünə dair təsdiqləmə edirsiz, hər şeylə razılaşırsız və prosesi bir növ sonlandırıb təhvil verirsiz. Yəni, bir növ sizin özünüzə öz əlinizlə yalan sözlərə imza atmağınızı istəyirlər. Və hər maddəsində də “Pilgrm”ın bütün işləri uğurla tamamladığı və bütün hər şeyi yerinə yetirdiyi yazılıb. Mən aktı oxuduqdan sonra əmin oldum ki, onlarla nə danışsam boşdur və indiyə qədər etdiyim bütün əziyyətlər və danışıqlar hər biri boşa gedib. Çünki onlarla nə qədər danışsam da yenə öz bildiyini edib mənə öz əlimlə təsdiq məktubu imzalatmaq istəyirlər ki, sabahkı gün şikayət və ya hər hansı bir məsələdə qeyd etsinlər ki, tələbə özü hər şeylə qane olub və bizim işimizi yerinə yetirdiyimizi təsdiqləyib.
Daha sonra Aisa xanım yenidən mənimlə danışıb gələn il və ya yanvar müraciətləri ilə bağlı mənimlə danışdı. Və geri qaytarılma üzrə məbləğin 20-cə faizi ilə bağlı mənə söz verdi. O da hələ müraciətlər bitdikdən sonra. Və mənim müraciətləri dayandırmaq və artıq 20 faiz ödənişi belə, əldə etmək kimi haqqım da yox imiş, onların dediyinə görə. Həmçinin məni neqativ/mənfi olmağımla bağlı günahlandıraraq, bütün olanların onların səhvi imiş kimi deyil, sanki mənim neqativ enerjimə görə olmadı deyə, hələ bir məni günahlandırır ki, “neqativ danışırsane, ona görə belə olur”.
Son olaraq bir məsələni də qeyd edim ki, mənə gələn 2-cə universitetdən illiyi 30 min avro təşkil edən təsdiq sənədləri öz ixtisasım olan Psixologiya deyil, “Public Health” üzrə gəlmişdir. Onlar ilk danışıb razılşadığımız anda mənə “Public health”, yəni İctimai Səhiyyənin içərisində psixologiyaya dair dərslər olduğu üçün gəlib Azərbaycanda psixoloq kimi fəaliyyət göstərə biləcəyimi iddia ediblər. Ancaq il boyunca bu absurd fikri kimdən soruşub öyrəndimsə, bütün mütəxəssislər fırıldaqçılığa uğradığımı, və İctimai səhiyyənin mənimlə heç əlaqəsi olmadığını, həmçinin bu sahənin yalnız səhiyyə sahəsi ilə əlaqəsi olduğunu bildirdilər. Orta hissələrdə onlara bununla bağlı fikrimi də bildirdim. Kuratoruma dedim ki, İctimai səhiyyədən başqa mənim ixtisasım olan universitet yoxdur heç? Çünki o mənə uyğun deyil. O isə mənə borclu çıxarırmış kimi “orda sənə məlumat verildi, sən özün seçdin, biz elə şey deməmişik kimi” sözlər dedi. Yəni, onlar manipulyasiya edib müqaviləni imzaladırlar və sonra boyunlarından atırlar ki, sən özün elədin: yəni etməyəydində…
Ən pisi isə budur ki, yüksək nəticələri olan tələbələr onsuz da yüksək təhsil arzusundadırlar və bu kimi şirkətlər onlardan sui-istifadə edərək öz müqavilələrini və özünəməxsus yaratdıqları qanunlarını bizə göstərərək əslində isə ədalətə uyğun olmayan qanunlar ərsəyə gətirirlər”.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov “Pilgrim” və bunun kimi saxta, fəaliyyət göstərən şirkətlər barədə bildirib:

“Xaricdə təhsil bazarında son illər müşahidə olunan fırıldaqçılıq halları təhsil sisteminə və ictimai etimada ciddi zərbə vurur. Təhlillər göstərir ki, Azərbaycanda xaricdə təhsil almaq istəyənlərin sayı artmaqla yanaşı, bu sahədə qeyri-rəsmi və nəzarətsiz fəaliyyət göstərən vasitəçilərin də sayı çoxalıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ildə 15 mindən çox azərbaycanlı gənc müxtəlif ölkələrin ali məktəblərinə sənəd təqdim edib. Lakin həmin tələbələrin mühüm bir hissəsi öz seçimlərini rəsmi universitetlərin portallarından deyil, vasitəçi şirkətlər vasitəsilə həyata keçirib. Bu isə dələduzluq riskini yüksəldib.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsində açıq şəkildə qeyd olunur ki, vətəndaşların xaricdə təhsil almaq imkanları dövlət tərəfindən dəstəklənir və təhsil haqqında sənədlərin tanınması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Bu, əslində vətəndaşları qoruyan mexanizmdir. Lakin şirkətlərin fəaliyyətini tənzimləyən ayrıca normativ baza olmadığı üçün, müxtəlif şəxslər və firmalar bu boşluqdan istifadə edərək qanunsuz qazanc əldə edirlər.

Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi artıq bu istiqamətdə nəzarət mexanizmlərinin yaradılması, maarifləndirici tədbirlərin keçirilməsi və rəsmi akkreditasiya mexanizminin tətbiqinə dair addımlar atır. Nazirlik tərəfindən valideynlər və tələbələr üçün hazırlanmış “xaricdə təhsil üzrə tanınan universitetlər siyahısı” bu baxımdan mühüm bir vəsaitdir. Bu siyahı əsasında vətəndaşlar asanlıqla diplomlarının Azərbaycanda tanınıb-tanınmayacağını əvvəlcədən öyrənə bilirlər. Nazirliyin belə şəffaflıq təşəbbüsləri müsbət qiymətləndirilməlidir və ictimaiyyətin maarifləndirilməsinə xidmət edir.

Mənfi tərəfi ondan ibarətdir ki, hələ də sosial şəbəkələr üzərindən qeyri-rəsmi reklamlarla yüzlərlə gənc aldadılır. “Garantiyalı qəbul”, “təqaüdlə oxumaq” kimi vədlərlə manipulyasiya edilən gənclər nəticədə böyük məbləğdə vəsaitlərini itirir, bəzən isə heç bir universitetdə qeydiyyata alınmırlar. Türkiyə və Gürcüstan nümunəsi göstərir ki, bu ölkələrdə xaricdə təhsil şirkətləri ciddi lisenziyalaşdırmadan keçir və fəaliyyətlərinə görə illik hesabat təqdim edirlər. Azərbaycanda da bu təcrübənin tətbiqi qaçılmazdır.

Dünya təcrübəsi sübut edir ki, xaricdə təhsil prosesində dövlət nəzarəti ilə yanaşı, vətəndaş maarifləndirilməsi də əsas amildir. Məsələn, Almaniyada bütün qəbul prosedurları yalnız universitetlərin rəsmi portallarında aparılır, hər hansı vasitəçi şirkətin iştirakı qanunla qadağandır. ABŞ və Böyük Britaniyada isə yalnız dövlətin təsdiqlədiyi agentliklər fəaliyyət göstərə bilər və onların fəaliyyətinə mütəmadi audit tətbiq olunur. Azərbaycanda da bu mexanizmlərin tətbiqi həm hüquqi boşluqları aradan qaldırar, həm də ictimai etimadı möhkəmləndirər.

Valideynlər və tələbələr xaricdə təhsil şirkətini seçərkən diqqətlərini ilk növbədə hüquqi statusa yönəltməlidirlər. Vergi ödəyicisi kimi qeydiyyat, rəsmi müqavilə bağlanması, ödənişlərin yalnız bank yolu ilə aparılması, universitetlərlə əməkdaşlıq sənədlərinin mövcudluğu əsas göstəricilərdən sayılır. Əgər bu şərtlər ödənilmirsə, həmin qurumla əməkdaşlıq risklidir. Təcrübə göstərir ki, belə sadə yoxlama addımları onlarla ailəni fırıldaqdan xilas edə bilər.

Elm və Təhsil Nazirliyi tərəfindən maarifləndirmə işlərinin daha da genişləndirilməsi, ictimaiyyət üçün rəsmi “etibarlı şirkətlər reyestri”nin yaradılması və sosial şəbəkələrdəki saxta elanlarla bağlı mübarizə mexanizmlərinin gücləndirilməsi ölkədə xaricdə təhsil prosesinə şəffaflıq gətirəcək. Bu, təkcə valideyn və tələbələrin maraqlarını qorumaq deyil, eyni zamanda dövlətin təhsil siyasətinin etibarlılığını möhkəmləndirmək baxımından da vacibdir. Nazirliyin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir və onların davamlılığı Azərbaycanda təhsilin beynəlxalq etibarını artıracaq.

Hesab edirəm ki, həm hüquqi mexanizmlərin möhkəmləndirilməsi, həm də maarifləndirmə işlərinin gücləndirilməsi sayəsində bu sahədə sui-istifadə halları minimuma enə bilər. Elm və Təhsil Nazirliyinin indiyədək həyata keçirdiyi islahatlar isə gələcəkdə xaricdə təhsilin daha təhlükəsiz və etibarlı mühitdə inkişafına imkan yaradacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru