İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

Fakültənin dekan müavini ilə kafedra müəllimi arasında qalmaqal - “Uzun müddətdir müəllim və tələbələrə qarşı...”
Tarix: 28-11-2025, 17:15 | Çap et

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin dekan müavini Abbas Əhmədovla universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Quliyeva arasında uzun müddətdir ki, problem yaşanır. Aysel Quliyeva işdən çıxarılmasına baxmayaraq, dekan müavini bununla kifayətlənmir. Aysel Quliyeva dekan müavininin müəllim və tələbələrə qarşı həddindən artıq kobud davrandığını, bir çoxlarına ziyan vurduğunu bildirir. Abbas Əhmədov da müəllimin ona böhtan atdığını və onun özünün dərsə məsuliyyətsiz yanaşdığını iddia edir.

Bizimyol.info xəbər verir ki, dekan müavini Abbas Əhmədov bütün bunlarla kifayətlənməyərək, müəllimin həbsini tələb edir. O, Aysel Quliyevanın Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması üçün məhkəməyə müraciət edib. Ərizəsində də tələb edib ki, 37 yaşlı müəllimə bu maddələrin sanksiyasının yuxarı həddində cəza təyin olunsun.

Dekan müavini bildirir ki, “Gündəlik Naxçıvan” adlı “Instagram” və “Facebook” səhifələrində onun haqqında təhqir, böhtan xarakterli materiallar yayımlanır. Hesab edir ki, müəllifin kimliyi açıqlanmasa da, onları yayan Aysel Quliyevadır. Onun sözlərinə görə, “Whatsapp” qrupunda tələbələrlə Aysel Quliyevanın yazışmalarında da onun haqqında danışılıb. Həmin yazışmalarda da Aysel Quliyeva onun haqqında təhqir və böhtan xarakterli fikirlər yazıb.

“Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov dərsimizi zorla pozdu. Müəllimimiz və biz tələbələr alçaldıcı şəkildə azarlanmağa məruz qaldıq. Hadisə zamanı dövlətə məxsus qapı və partalara ziyan vuruldu. Müəllimimizin əli qapıya ilişərək xəsarət ala bilərdi. Daha sonra müəllimimiz rəsmi şəkildə işdən çıxarıldı. Biz tələbələr açıq şəkildə bildirdik ki, bu hadisə təsadüfi bir hal deyil. Abbas Əhmədov tərəfindən uzun müddətdir tələbələrə və müəllimlərə qarşı zorakı və qeyri-etik davranışlar sərgilənir: bir tələbənin qulağının zərini partlatmışdı, başqa barici bir tələbəni pilləkəndən itələmişdi. Dəfələrlə tələbələri və müəllimləri təhqir etmiş, psixoloji təzyiq göstərmişdi”, - tələbələr dekan müavini haqqında yazıb.

Abbas Əhmədov isə hesab edir ki, Aysel Quliyeva tələbələri onun əleyhinə yönləndirir, qanunsuz əməllərə təhrik edir.

Təqsirləndirilən müəllim isə bildirir ki, ünvanına səslənən ittihamlar yalandır. Aysel Quliyevanın sözlərinə görə, Abbas Əhmədov təhqir və böhtanla bağlı ondan şikayət edib, amma özü onu təhqir edir, böhtan atır: “Deyir ki, guya “Gündəlik Naxçıvan”da onunla bağlı mən paylaşmışam, bunu sübut etməlidir, yalan danışmaq olmaz axı. Mən bunu öz ünvanıma böhtan hesab edirəm. Abbas Əhmədov özü müəllimləri təhqir edərək, “gerizəkalı” adlandırıb, bununla bağlı video var. Müəllimlərdən biri olduğuma görə bu sözü öz üzərimə də götürüəm. “Whatsapp” qrupu yazışmalarının yayılması müəllim və tələbələrin söz və fikir azadlığının pozulmasıdır. Şəxsi yazışmalar icazə olmadan dekanlığa verilib. Biz bundan sonra rahat yazışa bilməyəcəyik”.

Məhkəmə araşdırmalardan sonra qərar verib ki, Aysel Quliyevanın “Whatsapp” yazışmalarında Abbas Əhmədov haqqında yazdığı fikirlərdə təhqir və böhtan xarakterli heç nə yoxdur.

“Gündəlik Naxçıvan”ın sosial media səhifələrində paylaşılanlara gəlincə, dekan müavini onun Aysel Quliyeva tərəfindən yayıldığını təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb. Bütün bunları nəzərə alaraq, məhkəmə müəllim haqqında bəraət hökmü çıxarıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru