Beyləqan rayon icra hakimiyyətinin əməkdaşı Hüseynov Nadir Vidadi oğlu dövlət qulluğu imtahanından kəsilib. "DİA-AZ" xəbər verir ki, bu barədə "Məmurlar" hesabında məlumat verilib.
Xəbərə görə, kəsilmə səbəbi odur ki, Azərbaycan himni kim yazıb sualına cavab verə bilməyib. Daxili imtahanla Nadir Hüseynovun problemi yoluna qoyulub və imtahandan keçirilib.








